landırmışlar».
Ulularımız təsadüfi olaraq
deməyiblər: “Gül solanda bülbül ağ-
lar”, “Gül qədrini bülbül bilər, nə bilir
hər divanə?!”, “Gül bülbüldən artıq
insan əlindən çəkir.
Category: Folklor
“Azərbaycan ədəbiyyatı tarixi” kitabının birinci – “Şifahi xalq ədəbiyyatı” cildində akademik İsa Həbibbaylinin ədəbiyyatşünaslığımızda ilk dəfə geniş sistemli şakildə araşdırmaya cəlb edilən “Azərbaycan ədəbiyyatı: dövrləşdirmə konsepsiyası və inkişaf mərhə1ə1əri” adlı tadqiqatı, tanınmış folklorşünas alimlarimizin mifologiya, folklorun arxaik və ənənəvi janrları, epos-dastan yaradıcılığı, ozan-aşıq sənəti və s. ilə bağlı dəyərli oçerkləri, o cümlədən Ramazan Qafarlının “xalq mahnıları”, “xalq dramları”, “uşaq folkloru” oşerkləri taqdim olunur.
Monoqrafiyada Azərbaycan türklərinin mifologiyası, nağıl, əfsanə və rəvayətləri təhlil olunur. Mif-ritual sintezinin folklorun epik ən‘ənənəsinə tə‘siri, janrlararası əlaqənin prinsipləri göstərilir. Mif, nağıl və əfsanənin janrlaşmasında poetik vasitələrin rolundan bəhs açılır. Monoqrafiyada söykökümüzlə bağlı bir sıra mübahisəli məsələlərə aydınlıq gətirilir. İlk dəfə olaraq Azərbaycan türklərinin mifoloji modellərinin, sistemlərinin ilkin qaynaqlarına üz tutulur, kateqoriyaları araşdırma obyektinə çevrilir. Nağıl süjetqurma sənətinin bünövrəsini qoyan yaradıcılıq forması kimi təqdim edilir. Əfsanələrin əlamətləri, sərhədləri aydınlaşdırılır. Sakral rəqəmlərin mahiyyəti və işlənmə dairəsi nəzərdən keçirilir. Monoqrafiya tədqiqatçılar, aspirantlar, magistrlər və tələbələr üçün nəzərdə tutulmuşdur.
Monoqrafiyada Azərbaycan uşaq folklorunun nəzəri əsasları, mənşəyi, yaranma yolları, toplanması, nəşri və araşdırılması tarixi, təsnifatı, lirik, epik, dramatik janrların poetikası, ideya-məzmunu, ana nəğmələri (layla, oxşama, dilaçma), uşaq nəğmələri (düzgü, sanama, dolama, acıtma), tapmaca, yanıltmac, nağıl, oyun və tamaşaların spesifik xüsusiyyətləri ilk dəfə sistemli şəkildə təhlil edilir.
Şifahi xalq ədəbiyyatının mühüm qollarından birini təşkil edən uşaq folkloru minlərlə dinləyicisini, oxucusunu uşaq aləminə səyahətə aparır, mahir bələdçi kimi onlara körpələrin istəklərini, arzularını, oyunlarını, əyləncələrini, məşğuliyyətlərini, psixologiyasını göstərir. Ən ümdəsi isə Azərbaycan türklərinin milli xüsusiyyətlərini, mənəvi dünyasını, adət-ənənələrini canlandıra bilir və keçmişinin qaranlıq səhifələrinə aydınlıq gətirir. Kitabda Azərbaycan türklərinin uşaq folkloru ilk dəfə sistemli şəkildə toplanaraq oxuculara təqdim olunur.
Monoqrafiyada Azərbaycan türklərinin mifologiyası, nağıl, əfsanə, rəvayət və eposları təhlil olunur. Mifritual sintezinin folklorun epik ən‘ənənəsinə tə‘siri, janrlararası əlaqənin prinsipləri göstərilir. Mif, nağıl və əfsanənin janrlaşmasında poetik vasitələrin rolundan bəhs açılır. Monoqrafiyada söykökümüzlə bağlı bir sıra mübahisəli məsələlərə aydınlıq gətirilir. İlk dəfə olaraq Azərbaycan türklərinin mifoloji modellərinin, sistemlərinin ilkin qaynaqlarına üz tutulur, kateqoriyaları araşdırma obyektinə çevrilir. Nağıl süjetqurma sənətinin bünövrəsini qoyan yaradıcılıq forması kimi təqdim edilir. Əfsanələrin əlamətləri, sərhədləri aydınlaşdırılır. Sakral rəqəmlərin mahiyyəti və işlənmə dairəsi nəzərdən keçirilir. Monoqrafiya tədqiqatçılar, aspirantlar, magistrlər və tələbələr üçün nəzərdə tutulmuşdur.
Monoqrafiyada Azərbaycan uşaq folklorunun nəzəri əsasları, mənşəyi, yaranma yolları, toplanması, nəşri və araşdırılması tarixi, təsnifatı, lirik, epik, dramatik janrların poetikası, ideya-məzmunu, ana nəğmələri (layla, oxşama, dilaçma), uşaq nəğmələri (düzgü, sanama, dolama, acıtma), tapmaca, yanıltmac, nağıl, oyun və tamaşaların spesifik xüsusiyyətləri ilk dəfə sistemli şəkildə təhlil edilir.