Category: Simpozium və konfraslarda iştirak

“DƏDƏ QORQUD” EPOSUNUN “TÜRKMƏN-LİSANİ” NÜSXƏSİNİN STRUKTUR-SEMANTİK ÖZƏLLİKLƏRİ

“Kitabi-Türkmən lisani” abidəsindəki “Salur Qazanın əjdahanı öldürməsi” oğuznaməsi ilə “Kitabi-Dədə Qorqud”dakı nəğmənin bir-biri ilə bağlılığı heç bir şübhə doğurmur. Ancaq bu, “Kitabi-Türkmən lisani” oğuznaməsini “Kitabi-Dədə Qor-qud”un nə üçüncü əlyazması və nüsxəsi, nə də “Salur Qazanın əjdahanı öldürməsi” oğuznaməsini “Kitabi-Dədə Qorqud”un 13-cü boyu hesab etməyə, zərrə qədər də olsun, əsas və imkan vermir. Əgər “üçüncü əlyzamaçılar” bu qədər həyəcanlanmayıb, soyuq başla düşünsə idilər, o halda epos poetikası haqqındakı bütün nəzəri bilikləri yadlarına düşər və bilərdilər ki, “Kitabi-Dədə Qorqud”un on birinci boyundakı bu “kontaminativ düyün” heç vaxt eyni mətn sisteminin (12-lik struktura malik sistemin) müstəqil elementi (13-cü boyu) ola bilməz.

3.NEVRUZ KONGRESİ 2-ci kitab

Novruz bayramı, əsasən,
üç böyük etnosa: türk, hind-Avropa və sami etnoslarına aid olan xalqların mədəniyyətlərini və
dillərini bir kontekstdə birləşdirir. Bu bayram rəsmi və qeyri rəsmi olaraq azərbaycanlılar,
türklər, qazaxlar, türkmənlər, qırğızlar, özbəklər, qaraqalpaklar, krım-tatarlar, kazan-tatarlar,
başqırdlar, saxalar, yakutlar, şorlar, teleutlar, xakaslar, altaylılar, noqaylar, qaraimlər,
qaraçaylar, uyğurlar, çuvaşlar, qarapapaq-tərəkəmələr, qaqauzlar, Dağıstanın bəzi iberqafqazdilli xalqları, çeçenlər, farslar, giləklər, taciklər, əfqanlar, puştunlar, pakistanlılar,
ərəblər, kürdlər və s. xalqlar arasında yayılmışdır. Novruz bayramı müxtəlif etnos və xalqları
vahid mədəniyyət fenomeni ətrafında birləşdirməklə xalqlararası harmoniya modeli kimi
çıxış edir.

4.NEVRUZ KONGRESİ 3-cu kitab

Novruz bayramı coğrafi
strukturuna görə kontinental mahiyyət daşıyır. Avropa, Asiya və Şimali Afrikada müxtəlif
etnosların nümayəndələri tərəfindən müxtəlif transformativ şəkil və modifikasiyalarda qeyd
olunan bu bayram həmin etnosların ana vətəni kimi dünyanın üç qitəsini, miqrasiyaların
nümunəsində isə bütün materik və qitələri biri-birilə birləşdirən, onlar arasında sülh və sevgi
yaradan ümumbəşəri harmoniya və sülh bayramıdır.

4.NEVRUZ KONGRESİ 2-ci kitab

Novruz bayramı dünyanın Asiya,
Avropa və Afrika kimi üç böyük qitəsində müxtəlif etnosları, xalqları, etnik qrupları, dövlətləri,
siyasi quruluşları, ideologiyaları, tarixi və müasir mədəniyyətləri, səmavi və qeyri-səmavi
dinləri, adət-ənənələri, dil ailələrini, mədəni arealları, insanlığın keçmişi, bugünü və gələcəyini
biri-biri ilə birləşdirən, onlar arasında sosial, siyasi, mədəni, psixoloji harmoniya və sülhü
bərqərar edən fenomenal mədəniyyət hadisəsidir

4.NEVRUZ KONGRESİ 1-ci kitab

Novruz bayramı dünyanın Asiya,
Avropa və Afrika kimi üç böyük qitəsində müxtəlif etnosları, xalqları, etnik qrupları, dövlətləri,
siyasi quruluşları, ideologiyaları, tarixi və müasir mədəniyyətləri, səmavi və qeyri-səmavi
dinləri, adət-ənənələri, dil ailələrini, mədəni arealları, insanlığın keçmişi, bugünü və gələcəyini
biri-biri ilə birləşdirən, onlar arasında sosial, siyasi, mədəni, psixoloji harmoniya və sülhü
bərqərar edən fenomenal mədəniyyət hadisəsidir

3.NEVRUZ KONGRESİ 1-ci kitab

Türklərin ən qədim təbiət bayramıdır. Çin mənbələrində b. e. yüz illər öncə
Hunların 21 martda bahar şənlikləri təşkil etdikləri barədə qeydlərə rast gəlirik. “Ərgənəkon” dastanında əski yurda dönüş yazın ilk günü ilə bağlanır və
üç min əvvəl bünövrəsi qoyulmuş adət – kürədə qızdırılan dəmiri döymə törəni bu gün də ən
yüksək dairələrdə icra olunur.

“ZİYALI İŞAĞİNDA” / “ZEKA IŞIĞINDA” RAMAZAN QAFARLI / RAMAZAN GAFARLI – 70 Uluslararası Sosyal ve Kültürel Bilimler Kongresi

AMEA-nın Folklor İnstitutu, ADPU-nun Quba Filialı Türkiyə Cumhuriyyətinin İKSAD İnstitutu ilə birlikdə 2021-ci ilin 15-16 Temmuz (iyul) ayında Bakıda (Azerbaycan) “ZİYALI İŞAĞİNDA” / “ZEKA IŞIĞINDA” RAMAZAN QAFARLI / RAMAZAN GAFARLI – 70 Uluslararası Sosyal ve Kültürel Bilimler Kongresi keçirir.

Back to top