Cildin ön sözündə – Ramazan QAFARLININ “MİN İLİN MİN BİR OYUNU… (B.Vahabzadə şeirlərini oxuyarkən düşündüklərim)” məqaləsində B.Vahabzadə poeziyasının qayəsi barədə deyilir ki, “Xeyir şərə qardaş doğulub. Amma Xeyir şərlə qardaşlaşa bilməyib. Biri işığı, ay- dınlığı əlində silaha çevirib, o biri qaranlığı, zülməti. İnsanlar da xeyirləşib, şərləşiblər. Vicdan mizan-tərəzisi ilə xeyirxahlarla şərxislətlilər bir-birindən ayrılıb. Bəziləri qurbanlar tələb ediblər…” Xalq şairi Bəxtiyar Vahabzadənin çoxcildlik “Əsərləri”nin 4-cü cildinə onun ötən əsrin 70-ci illərində (1970-1079) yazdığı şeirlər toplanmışdır. Şair bu illərdə də “Əlvan çiçəklər”, “İnsan və zaman”, “Həsrət nəğmələrəri” silsilələrinə çoxlu lirik şeirlər həsr etmiş, qəzəllər, qoşmalar, gəraylılar yazmışdır. Cildə dahi söz sənətkarının “Səyahət dəftərindən”, “Nəğmələr”, “Uşaq və məktəb dünyası” pubrikalarında yaratdığı dolğun poetik əsərləri ilə yanaşı, “Qismət”, “Vətən mənəm, mən Vətən”, “Leninlə söhbət”, “Muğam” və “Atılmışlar” poemalarını da daxil etmişik.
Category: Bəxtiyar Vahabzadə
Cildin ön sözündən – “BƏXTİYAR VAHABZADƏNİNVARLIQ MÖHÜRÜ” məqaləsindən: “Xalq şairi Bəxtiyar Vahabzadənin çoxcildlik “Əsərləri”nin 3-cü cildinə onun ötən əsrin 60-cı illərində (1960-1067) yazdığı şeirlərin bir qismi (onların böyük əksəriyyəti, 320-dən çox şeir 2-ci cilddə verilmişdir) daxildir. Həmin şeirilər “Səyahət dəftərindən”, “Nəğmələr”, “Uşaq və məktəb dünyası” bölmələrində toplanmışdır. Cilddə, həmçinin, şairin həmin dövr yaradıcılığının məhsulu olan 10 epik və lirik poeması da çap olunmuşdur. Təkcə B.Vahabzadənin öz yaradıcılığının uğurları deyil, həm də o illər ədəbiyyatımızın nailiyyəti sayılan “Etiraf”, “Ağlar-güləyən”, “Yollar-oğullar”, “Həyat-ölüm”, “Təzadlar”, “Dörd-yüz on altı” kimi məşhur poemalar da onların arasındadır. Müxtəlif mövzularda yazılmış bu şeir və poemalar şairin yaradıcılığına, ümumiyyətlə, xas olan fəlsəfi təfəkkür, insanın mənəvi-əxlaqı və psixoloji aləminə dərindən nüfuz etmək, vətəndaşlıq qayəsi, insanın, doğma xalqının, bütövlükdə bəşəriyyətin taleyi üçün narahatlıq, güclü həyati müşahidələrə əsaslanan zəngin obrazlı bədii dil birləşdirir. Xarici ölkələrə səyahət təəssüratları altında yazılmış şeirilərində, xüsusilə poemalarında şair uğurlu bir bədii üsuldan – hadisə və mətləbləri başqa məkan və zamana keçirməklə, bir növ, “qızım sənə deyirəm, gəlinim sən eşit” üsulundan məharətlə istifadə edərək, o illərdə açıq demək mümkün olmayan həqiqətləri, əslində, imperiya əsarətində olan, maddi və mənəvi sərvətləri əsrlər boyu yadellilər tərəfindən talan edilən doğma xalqının milli azadlıq amallarını tərənnüm etmiş, totalitar sovet rejiminin bir sıra sosial-mənəvi eybəcərliklərini cəsarətlə qamçılamışdır. Tam inamla demək olar ki, B.Vahabzadənin digər əsərləri kimi, bu əsərlər də xalqımızın milli-mənəvi oyanışında və özünə qayıdışında, müstəqillik ideologiyasının yaranmasında, təşəkkülündə və inkişafında önəmli rol oynamışlar”. Ramazan QAFARLI
Kitabda Türk dünyasının dahi şairi, akademik, ictimai xadim, el ağsaqqalı Bəxtiyar Vahabzadənin ölümündən (13 fevral 2009-cu il) sonra Azərbaycan və dünyanın digər ölkələrinin mətbuatında işıq üzü görən müxtəlif səpgili yazılar toplanmışdır. Şairsiz qaldığımız bir il ərzində onun ölməz əsərlərini, ədəbi-ictimai fəaliyyətini qələm dostları ilə yanaşı elm və siyasət adamları da yüksək qiymətləndirmişdilər. Kitabda B.Vahabzadəyə həsr olunan vida şeirlərinə də yer ayrılır. Eləcə də oxucular qüdrətli söz ustasının son müsahibə və şeirləri ilə tanış ola bilərlər.
Cildin ön sözündə – Ramazan QAFARLININ “UCALIQ POEZİYASI” məqaləsində deyilir ki, “Bəxtiyar Vahabzadənin poeziyası elə nəhəg çıraqdır ki, nurunu mənəvi aləmin ən dərin guşəsinə çatdırmağa qadirdir, dinləyicilərinə haqqın yolunu göstərir, ruhları saflaşdırır. Bu poeziyanın sadəliyinin içərisində dərin fəlsəfi fikirlər gizlənir. Şeirlərinin poetik strukturuna nəzər salanda görürük ki, o, xalqın universallaşıb ümumbəşəri anlam kimi işlənən rəmzlərinə daha çox üz tutur”. Bəxtiyar Vahabzadənin külliyatının ikiinci cildinə 1960-1969-cu illərdə çap olunan “Əlvan çiçəklər”, “İnsan və zaman”, “Həsrət nəğmələri”, “Qəzəl, qoşma, gəraylı” rubrikasına aid şeirləri daxil edilmişdir. Ramazan Qafarlının “Ucalıq poeziyası” ön sözündə dediyi kimi, şairin “poeziyası elə nəhəg çıraqdır ki, nurunu mənəvi aləmin ən dərin guşəsinə çatdırmağa qadirdir, dinləyicilərinə haqqın yolunu göstərir, ruhları saflaşdırır. Bu poeziyanın sadəliyinin içərisində dərin fəlsəfifikirlər gizlənir. Şeirlərinin poetik strukturuna nəzər salanda görürük ki, o,xalqın universallaşıb ümumbəşəri anlam kimi işlənən rəmzlərinə daha çox üz tutur”.
Kitabın ön sözündə – Ramazan QAFARLININ “ŞEİRİN FƏLSƏFƏSİ, yaxud BƏXTİYAR VAHABZADƏNİN PƏNCƏRƏSİNDƏN GÖRÜNƏN DÜNYA” məqaləsində yazılır ki, “Bəxtiyar Vahabzadə poeziyası həyat dərsliyimizdir. Onun içərisində zaman, eşq, vətəndaşlıq, mübarizlik, üsyankarlıq, mərdlik, ərənlik, qeyrət, ar, namus, düzlük, saflıq və daha nələrə çağırış var. Bu poeziyada inamsızlıq, tərəddüd, məğlubluq, üzüdönüklük yoxdur. İnsan oxuduqca düşünür, düşündükcə mətinləşir, dözümlülük, əyilməzlik tapır, Bəxtiyar Vahabzadənin “ mən”ini – qəhrəmanlarını tanıdıqca özünü dərk edir, ümidsizlikdən yaxa qurtarır, vuruşmaq, qələbə çalmaq istəyir”. Şairin külliyatının birinci cildinə 1949-1959-cu illərdə çap olunan “Mənim dostlarım”, “Bahar”, “Dostluq nəğməsi”, “Əbədi heykəl”, “Çinar”, “Ceyran”, “Aylı gecələr”, “Seçilmiş əsərləri”, “Səyahət dəftərindən” kitablarındakı şeirləri, “Əbədi heykəl”, “Sadə adamlar”, “İztirabın sonu”, “Şəbi-hicran” və “Gülüstan” poemaları daxil edilmişdir.