Category: Dədə Qorqud

“Dədə Qorqud kitabı” türkdilli ilkin yazılı abİdələrdən bİrİ kimi

«Dədə Qorqud» türklərin dünya mədəniyyəti xəzinəsinə bəxş etdiyi ən möhtəşəm abidələrdən biridir. Heç bir xalqda analoqu tapılmayan elə bir ədəbi əsər nümunəsidir ki, onda əcdadlarımızın ilkin dünyagörüşündən başlamış orta çağların tarixi hadisələrinə qədər əksər sosial institutların izləri əks olunur, daha dəqiq desək, Qafqaz türkünün milli xarakteri, psixologiyası, adət-ənənələri, dini, fəlsəfi baxışları, əxlaqı, dövlət quruculuğu, qəhrəmanlıq səlnaməsi, ailə münasibətləri (ər-arvad, ata-oğul), Vətənə, torpağa bağlılığı, qonşularla əlaqələri, ritualları, məişəti, yaşayış tərzinin əksər atributları, daxili və xarici düşmənlərlə mübarizəsi, müxtəlif təbəqələrə və yaş dövrlərinə məxsus insanların davranışı, şifahi və yazılı dilinin tarixiözünə yer tapır.

Dünya xalqlarının qədimliyini, ilkinliyini təsdiqləyən faktlardan biri epos-dastan ənənəsinin mövcudluğu, xüsusilə onların şifahi mətninin qədim və orta əsrlərdə yazı yaddaşına köçürülməsi, söz ustaları tərəfindən nəzmə çəkilməsi və mədəniyyətin sonrakı çağlarındakı ədəbi-bədii nümunələrdə bu əsərlərin izlərinin qorunub saxlanması hesab olunur. Bu mənada Türk dastan ənənəsinin, epos düşüncəsinin dünya mədəniyyəti xəzinəsində tutduğu mövqeyi, yeri müəyyənləşdirmək üçün başqa xalqların epos və eposdan törəyən yazılı abidələrini qatmaqla 3 min illik zaman xətti üzrə inkişaf xronikasını göstərən cədvəl tərtib etmişik

AZƏRBAYCAN QORQUDŞÜNASLIĞI [MƏQALƏLƏR TOPLUSU]

“Kitabi-Dədə Qorqud”un alman dilində ilk tərcüməsi və nəşrinin 200 illiyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 20 fevral 2015-ci il tarixli sərəncamı və Azərbaycan Nazirlər Kabinetinin həmin sərəncama uyğun olaraq hazırladığı fəaliyyət proqramı əsasında çap olunur. Qorqudşünaslıq elminin əsas qaynaqlarını özündə əks etdirən elmi əsərlər toplusunda XX əsrin birinci yarısında yaşayıb-yaratmış Əmin Abid, Həmid Araslı, Əli Sultanlı, Məmmədhüseyn Təhmasib, Əzəl Dəmirçizadə kimi klassik Azərbaycan tədqiqatçılarının əsərləri ilə bir sırada ötən yüzilliyin ikinci yarısında elmi fəaliyyətə başlayıb eposun alt qatdakı məziyyətlərini üzə çıxaran Fərhad Zeynalov, Samət Əlizadə, Tofiq Hacıyev, Xalıq Koroğlu, Bəkir Nəbiyev, Kamal Abdulla, İsa Həbibbəyli, Nizami Cəfərov, Şamil Cəmşidov, Bəhlul Abdulla, Ramazan Qafarlı və b. araşdırıcıların da elmi əsərlərinə yer ayrılmışdır.

“DƏDƏ QORQUD” EPOSUNUN “TÜRKMƏN-LİSANİ” NÜSXƏSİNİN STRUKTUR-SEMANTİK ÖZƏLLİKLƏRİ

“Kitabi-Türkmən lisani” oğuznaməsi şifahi “Dədə Qorqud” eposu (“dastanı” – yox, eposu: bu barədə irəlidə xüsusi bəhs olunacaq) ənənəsi ilə birmənalı şəkildə bağlı olan mətndir. O, poetik strukturunun hər bir səviyyəsi və həmin səviyyələri təşkil edən elementləri ilə istisnasız olaraq bütün hallarda “Dədə Qorqud” eposu nüvəsinə gedib çıxır. Bu, inkarolunmaz və mübahisəsiz məsələdir. Bu cəhətdən, “Kitabi-Türkmən lisani” oğuznaməsi şifahi “Dədə Qorqud” eposunun “postoğuz”, yəni türkman/türkmən epoxasındakı ənənəsinə aid əlyazma mətnidir. Lakin bu əlyazma oğuz babalarımızın şifahi “Dədə Qorqud” eposunun türkman/türkmən versiyası olsa da, o, heç bir halda və heç bir şərtlər daxilində yazılı “Kitabi-Dədə Qorqud” dastanının onunla eyniləşəcək, “nüsxə”ləşəcək yeni əlyazması deyildir.

Back to top