«Ozan» və “aşıq” türklüyün pasportudur, onun həm yer-yurd adlarımımızda (Ozanlar məhləsi, Ozan kəndi, Ozan ocağı, Ozan qəbri, Ozan yolu və s.), həm də folklorumu-zun müxtəlif nümunələ-rində bu günədək qorunub saxlanması təsadüfi deyil.
Category: Oğuz kağan
Dünya xalqlarının qədimliyini, ilkinliyini təsdiqləyən faktlardan biri epos-dastan ənənəsinin mövcudluğu, xüsusilə onların şifahi mətninin qədim və orta əsrlərdə yazı yaddaşına köçürülməsi, söz ustaları tərəfindən nəzmə çəkilməsi və mədəniyyətin sonrakı çağlarındakı ədəbi-bədii nümunələrdə bu əsərlərin izlərinin qorunub saxlanması hesab olunur. Bu mənada Türk dastan ənənəsinin, epos düşüncəsinin dünya mədəniyyəti xəzinəsində tutduğu mövqeyi, yeri müəyyənləşdirmək üçün başqa xalqların epos və eposdan törəyən yazılı abidələrini qatmaqla 3 min illik zaman xətti üzrə inkişaf xronikasını göstərən cədvəl tərtib etmişik