Xalq şairi B.Vahabzadə həm də görkəmli ədəbiyyatşünas alim, filologiya elmləri doktoru, AMEA-nın akademikidir. O, 60 illik yaradıcılığı boyu bədii əsərlərlə yanaşı, müntəzəm olaraq, ədəbiyyatın nəzəri məsələlərinə, ədəbiyyat tarixinə, klassik ədəbiyyat və incəsənətimizin aktual problemlərinə, onların ayrı-ayrı görkəmli nümayəndələrinin yaradıcılığına dair elmi-tədqiqi və ədəbi-tənqidi məqalələr yazmışdır. cilddə onların bir qismi toplanmışdır. Məqalələr (xüsusilə sovet dövründə yazılanlar) üzərində müasir dövrlə bağlı, habelə üs-lub xarakterli müəyyən redaktə işi aparılmışdır.
Ramazan Qafarlı cildin ön sözündə – “B.Vahabzadəni “Çətin addım” atmağa nə vadar etdi? Yaxud ustad şairin həyatının son günləri və son şeirləri” adlı essesində yazır ki, “Hər cür bəxtiyarlığa layiq olan ulu bir xalq Bəxtiyarını itirdi. Azərbaycanlıların, dünya türklərinin bəxtiyarlığını hamıdan çox o istəyirdi. Ömrünü şam kimi əridirdi, Nazim Hikmətin “Sən yanmasan, mən yanmasam, o yanmasa, Necə çıxar qaranlıqlar aydınlığa?” çağırı- şına qoşulub insanları el yolunda oda, alova atılmağa səsləyirdi. “Yaşa- maq yanmaqdır, yanasan gərək”.