Şir simvolu çox əski çağlarda fədəkarlıq və qanuna həsr olunan şəbihlər əsasında formalaşmış, ilahi hakimiyyəti, gücü, himayədarlığı və müdafiəni mənalandırmışdır.özünü
Category: Mifogenezis
Monoqrafiyada Azərbaycan türk mifologiyasının genezisi, ümumi-nəzəri məsələləri apaşdırılır və Azərbaycan miflərinin bərpası yolları aşkarlanır. Mifologiyanın tədqiqi və nəzəri əsasları, Azərbaycan miflərini bərpaetmək üçün əsas mənbələr, mif və Azərbaycan xalqının tarix, mifoloji dərketmənin ilkin mərhələləri, mif və sakrallıq, mifologiyada kəmiyyət kateqoriyası, ənənəvi təqvim (yazqabağı) ritualları və mif (keçi mifinin rituallaması,Günəş ata, Xızır), İlaxır çərşənbələr (su çərşənbəsi, yaxud əzəl çərşənbə, od çərşənbəsi, torpaq çərşənbəsi, yel çərşənbəsi) kimi məsələlər ilk dəfə sistemli şəkildə təhlil olunur.
Monoqrafiyada Azərbaycan türklərinin sakral düşüncə atributları və ən əski bədii yaradıcılıq formaları – mif-ritual sintezinin dinlə, əfsanələrlə, nağıllarla qarşılıqlı əlaqələri, bağlılığı, eləcə də mifologiyanın bir sıra nəzəri məsələləri, spesifik xüsusiyyətləri, bəzi arxetiplərin mənşəyi, yaranma yolları, bir sözlə, ritual-mifoloji rekonstruksiya problemləri ilk dəfə sistemli şəkildə təhlilə cəlb edilir.
Monoqrafiyada mifologiyanın tədqiqat tarixi, nəzəri-kateqorial aspektləri, araşdırılması yolları, mifogenezis, mifoloji görüşlərdə arxetipik simvollar, struktur poetikada mifoloji amillər, struktur təhlil sistemlərinin əsas kateqoriyaları, mifik düşüncənin genetik strukturu və s. kimi məsələlər ilk dəfə sistemli şəkildə təhlil edilir.
Maspero «Şərq tarixi» kitabında «müqəddəs fahişəlik»dən bəhs açır və qədim Misir qadınları haqqında sonralar əksər Avropa və rus alimlərinin dilinə düşən bu sözləri yazır: «La sainte est toujours prostituee» V.V.Rozanov «Люди лунного цъвета» («Ay işığının insanları») əsərində məsələyə aydınlıq gətirməyə…
Maraqlıdır ki, bir çox sufilər təsəvvüfü – mütləq azadlıq, xeyirxahlıq, qəlb genişliyi və özünə qarşı zülm etməmək kimi başa düşmüşlər. Rüvaym (915-ci ildə ölmüşdür) üzünü gənc İbn Hafifə tutub deyirdi ki, «Sufizm – ürəyi həqiqət naminə qurban verməkdir, onun haqqındakı…
Arxetiplər (ilk yaradılanlar) – universal mifoloji motiv və süjetlərin ilkin obrazları, isveçrəli psixoanalitik K.Q.Yunqun təliminə görə, kollektivin qeyri-şüuri əhatəsində öz-özünə doğulmuş, təkcə kortəbii yaranış formalarında (yuxu və b. ona oxşar formalarda) yaşamamış, həm də mif yaradıcılığına xidmət etmişdir.[1] Ona görə…
Milyon il əvvəllərdə, hələ mədəniyyətin və inkişafın göstəriciləri mövcud olmayan çağlarda insanların həyat, zaman və məkanla bağlı görüşlərinin əsasını təbiət obrazları təşkil etmiş, ilkin bədii yaradıcılıq formaları kimi mifologiya meydana gəlmiş və dünya barədə təsəvvürlərin qol-qanad açıb genişlənməsinə münbit şərait…