Monoqrafiyada mifologiyanın tədqiqat tarixi, nəzəri-kateqorial aspektləri, araşdırılması yolları, mifogenezis, mifoloji görüşlərdə arxetipik simvollar, struktur poetikada mifoloji amillər, struktur təhlil sistemlərinin əsas kateqoriyaları, mifik düşüncənin genetik strukturu və s. kimi məsələlər ilk dəfə sistemli şəkildə təhlil edilir.
Category: Monoqrafiyaları
Monoqrafiyada Azərbaycan türklərinin mifologiyası, nağıl, əfsanə, rəvayət və eposları təhlil olunur. Mifritual sintezinin folklorun epik ən‘ənənəsinə tə‘siri, janrlararası əlaqənin prinsipləri göstərilir. Mif, nağıl və əfsanənin janrlaşmasında poetik vasitələrin rolundan bəhs açılır. Monoqrafiyada söykökümüzlə bağlı bir sıra mübahisəli məsələlərə aydınlıq gətirilir. İlk dəfə olaraq Azərbaycan türklərinin mifoloji modellərinin, sistemlərinin ilkin qaynaqlarına üz tutulur, kateqoriyaları araşdırma obyektinə çevrilir. Nağıl süjetqurma sənətinin bünövrəsini qoyan yaradıcılıq forması kimi təqdim edilir. Əfsanələrin əlamətləri, sərhədləri aydınlaşdırılır. Sakral rəqəmlərin mahiyyəti və işlənmə dairəsi nəzərdən keçirilir. Monoqrafiya tədqiqatçılar, aspirantlar, magistrlər və tələbələr üçün nəzərdə tutulmuşdur.
Monoqrafiyada Azərbaycan uşaq folklorunun nəzəri əsasları, mənşəyi, yaranma yolları, toplanması, nəşri və araşdırılması tarixi, təsnifatı, lirik, epik, dramatik janrların poetikası, ideya-məzmunu, ana nəğmələri (layla, oxşama, dilaçma), uşaq nəğmələri (düzgü, sanama, dolama, acıtma), tapmaca, yanıltmac, nağıl, oyun və tamaşaların spesifik xüsusiyyətləri ilk dəfə sistemli şəkildə təhlil edilir.
Monoqrafiyada Azərbaycan türklərinin sakral düşüncə atributları və ən əski bədii yaradıcılıq formaları – mif-ritual sintezinin dinlə, əfsanələrlə, nağıllarla qarşılıqlı əlaqələri, bağlılığı, eləcə də mifologiyanın bir sıra nəzəri məsələləri, spesifik xüsusiyyətləri, bəzi arxetiplərin mənşəyi, yaranma yolları, bir sözlə, ritual-mifoloji rekonstruksiya problemləri ilk dəfə sistemli şəkildə təhlilə cəlb edilir.
Monoqrafiyada mifologiyanın tədqiqat tarixi, nəzəri-kateqorial aspektləri, araşdırılması yolları, mifogenezis, mifoloji görüşlərdə arxetipik simvollar, struktur poetikada mifoloji amillər, struktur təhlil sistemlərinin əsas kateqoriyaları, mifik düşüncənin genetik strukturu və s. kimi məsələlər ilk dəfə sistemli şəkildə təhlil edilir.