Category: Müəllif

Azərbaycan ədəbiyyatı tarıxı: xalq mahnıları, xalq dramları, uşaq folkloru. X cilddə. I cild

“Azərbaycan ədəbiyyatı tarixi” kitabının birinci – “Şifahi xalq ədəbiyyatı” cildində akademik İsa Həbibbaylinin ədəbiyyatşünaslığımızda ilk dəfə geniş sistemli şakildə araşdırmaya cəlb edilən “Azərbaycan ədəbiyyatı: dövrləşdirmə konsepsiyası və inkişaf mərhə1ə1əri” adlı tadqiqatı, tanınmış folklorşünas alimlarimizin mifologiya, folklorun arxaik və ənənəvi janrları, epos-dastan yaradıcılığı, ozan-aşıq sənəti və s. ilə bağlı dəyərli oçerkləri, o cümlədən Ramazan Qafarlının “xalq mahnıları”, “xalq dramları”, “uşaq folkloru” oşerkləri taqdim olunur.

BƏXTİYAR VAHABZASƏ. ƏSƏRLƏRİ. 12 CİLDDƏ /TƏRT., ÖN SÖZ MÜƏL. VƏ RED. RAMAZAN QAFARLI/ 11-ci cild (Publisistika)

Bəxtiyar Vahabzadə, həm də görkəmli publisistdir. Şairin poetik yaradıcılığının, dramaturgiyasının leytmotivini təşkil edən Vətən sevgisi, milli istiqlal, ana dili, mənəviyyat, haqq-ədalət və s. mühüm ictimai və bəşəri problemlər onun çoxşaxəli publisistikasında – məqalə, çıxış, məktub və müsahibələrində də eyni vətəndaşlıq mövqeyindən və bədii-emosional vüsətlə qaldırılır. Materialın həcmcə genişliyi nəzərə alınaraq, şairin publisistikasının iki cilddə verilməsi məqsədəuyğun sayılmışdır. Bu cildə, əsasən, mühüm ictimai-siyasi, sosial və mənəvi-əxlaqi problemlərə dair yazılar daxil edilmişdir.

Külliyatın tərtibçisi və elmi redaktoru Ramazan qafarlı cildə yazdığı “Bəxtiyar Vahabzadənin publisistikası” adlı ön sözündə yazır ki, “Bəxtiyar Vahabzadənin gələcək nəsillər üçün yadigar qoyduğu irs çoxcəhətlidir. Ədəbi ictimaiyyət vətənpərvər sənətkarı ilk-əvvəl lirik- fəlsəfi şeirlər və epik-lirik, üsyankar poemalar ustası kimi tanıyıb. Sonra o, məzmunlu dramlar – dövrünün ən məşhur səhnə əsərlərini yara- dıb, tamaşaçıların böyük rəğbətini qazanıb. Dahi yazarın nəsr əsərləri – hekayələri strukturu, dolğun xarakterləri, ideya-məzmunu, canlı epik lövhələri, dil və üslub xüsusiyyətləri ilə seçilib xüsusi poetik vüsətə malik olsa da, nədənsə, tədqiqatçıların diqqətindən kənarda qalıb. Ədəbi- nəzəri görüşləri isə Səməd Vurğunun yaradıcılıq yoluna həsr etdiyi iri həcmli monoqrafiyasında və Nizamidən, “Kitabi-Dədə Qorqud”dan başlayaraq gənc qələm sahiblərinədək iki min illik dövrdə yaşayıb-ya- radan onlarla fövqəladə istedadın sənət möcüzələrinə və xələflərinin uğurlu əsərlərinə yazdığı şərhlərdə öz təsdiqini tapır”.

BƏXTİYAR VAHABZADƏ. ƏSƏRLƏRİ. 12 CİLDDƏ /TƏRT., ÖN SÖZ MÜƏL. VƏ RED. RAMAZAN QAFARLI/ 10-cü cild (Məqalələr. Ədəbiyyat və sənət)

Xalq şairi B.Vahabzadə həm də görkəmli ədəbiyyatşünas alim, filologiya elmləri doktoru, AMEA-nın akademikidir. O, 60 illik yaradıcılığı boyu bədii əsərlərlə yanaşı, müntəzəm olaraq, ədəbiyyatın nəzəri məsələlərinə, ədəbiyyat tarixinə, klassik ədəbiyyat və incəsənətimizin aktual problemlərinə, onların ayrı-ayrı görkəmli nümayəndələrinin yaradıcılığına dair elmi-tədqiqi və ədəbi-tənqidi məqalələr yazmışdır. cilddə onların bir qismi toplanmışdır. Məqalələr (xüsusilə sovet dövründə yazılanlar) üzərində müasir dövrlə bağlı, habelə üs-lub xarakterli müəyyən redaktə işi aparılmışdır.

Ramazan Qafarlı cildin ön sözündə – “B.Vahabzadəni “Çətin addım” atmağa nə vadar etdi? Yaxud ustad şairin həyatının son günləri və son şeirləri” adlı essesində yazır ki, Hər cür bəxtiyarlığa layiq olan ulu bir xalq Bəxtiyarını itirdi. Azərbaycanlıların, dünya türklərinin bəxtiyarlığını hamıdan çox o istəyirdi. Ömrünü şam kimi əridirdi, Nazim Hikmətin “Sən yanmasan, mən yanmasam, o yanmasa, Necə çıxar qaranlıqlar aydınlığa?” çağırı- şına qoşulub insanları el yolunda oda, alova atılmağa səsləyirdi. “Yaşa- maq yanmaqdır, yanasan gərək”.

BƏXTİYAR VAHABZADƏ. ƏSƏRLƏRİ. 12 CİLDDƏ /TƏRT., ÖN SÖZ MÜƏL. VƏ RED. RAMAZAN QAFARLI/ 9-cü cild cild (Mərsiyə-rekviyem, hekayələr, pyeslər, tele-radio pyeslər)

Ədibin hekayələri, pyesləri, tele-radio pyesləri toplanan cild Ramazan Qafarlılının B.Vahabzadənin dramaturgiyasına həsr olunun “B.Vahabzadə dramaturgiyasında özgələşənlər və doğmalaşanlar” adlı 35 səhifəlik məqaləsi ilə açılır. Sonra şairin akademik Z.Əliyevanın ölümünı hısr olunan “Mərsiyə-rekviyem” poeması təqdim olunur, onun nəsr yaradıcılığı və səhnə əsərləri təqdim olunur.

BƏXTİYAR VAHABZADƏ. ƏSƏRLƏRİ. 12 CİLDDƏ /TƏRT., ÖN SÖZ MÜƏL. VƏ RED. RAMAZAN QAFARLI/ 7-ci cild

Bəxtiyar Vahabzadə poeziyası XX yüzilliyin II yarısında, totalitar sosialist rejiminin Böyük Vətən müharibəsindən sonra ikinci nəfəslə dirçəlib
gücləndiyi, ac pələngə döndüyü, azadlıq, müstəqillik ideyasına düşmən
kəsildiyi çağlarda həyəcan təbili kimi meydana atılıb ötən minillikdə türk
dünyasının son ən kəsərli bədii fikirlərinin daşıyıcısına çevrildi. Bu odlualovlu poetik söz və düşüncə yaranışları yarım əsrlik dövrün hadisələrinə
güzgü tutmaqla yanaşı insanlığın narahatlığına səbəb olan bütün ağrılı, acılı məsələləri də içərisinə aldı.

BƏXTİYAR VAHABZADƏ. ƏSƏRLƏRİ. 12 CİLDDƏ /TƏRT., ÖN SÖZ MÜƏL. VƏ RED. RAMAZAN QAFARLI/ 8-ci cild (2000- 2004)

Bəxtiyar Vahabzədənin 21-ci əsrin başlanğıcında yazdığı şeirləri Ramazan Qafarlı “Yeni eranın ilk çağırışları” adlı ön şözündə belə xarakterizə edir: “Azərbaycan zamanın bir çox çətin sınağından çıxdı, qardaş qırğınının qar- şısı alınsa da, torpaqlar əsir düşdü və III minilliyin ilk ən çılğın carçısı da məhz Bəxtiyar Vahabzadə oldu” Şairin təqib olunduğu çağlarda yazdığı şeirləri “Sandıqdan səslər” başlığı altında verdikdən sonra ənənəvi olaraq «Əlvan çiçəklər», «İnsan və zaman», «Həsrət nəğmələri», «Qəzəllər, qoşmalar, gəraylılar», «Uşaq dünyası» silsiləsindən hesab etdiyi şeirləri vermişik.

BƏXTİYAR VAHABZADƏ. ƏSƏRLƏRİ. 12 CİLDDƏ /TƏRT., ÖN SÖZ MÜƏL. VƏ RED. RAMAZAN QAFARLI/. 5-ci cild (1980- 1989)

Şairin 5-ci cildi Ramazan Qafarlının “HƏQİQOTİN BAŞQA BİÇİMİ VARMI? (Şairin hayatının iki maraqlı məqamı)” məqaləsi ilə açılır və sonra xalq şairi Bəxtiyar Vahabzadənin yaradıcılığının ötən əsrin 80-cı illərini (1980-1989) əhatə edən və ənənəvi olaraq «Əlvan çiçəklər», «İnsan və zaman», «Həsrət nəğmələri», «Qəzəllər, qoşmalar, gəraylılar», «Uşaq dünyası», «Poemalar» bölmələrində toplanmış əsərləri daxil edilmişdir. Cildə, həmçinin, şairin yaradıcılığının əvvəlki dövrlərinə aid olsa da, müxtəlif səbəblərdən «Əsərləri»nin müvafiq cildlərinə düşməmiş, yax-ud müəyyən naqisliklərlə çap olunmuş bəzi şeirləri də salınmışdır. Janrından, mövzusundan və formasından asılı olmayaraq, bu əsərlər də Bəxtiyar Vahabzadənin bütövlükdə yaradıcılığı üçün səciyyəvi olan həyata fəlsəfi baxış tərzi, milli ruhu, mübariz vətəndaşlıq mövqeyi və cəsarəti, müa- sirliyi, habelə yüksək bədii məziyyətləri, canlı və zəngin obrazlı dili, bənzərsiz üslub xüsusiyyətləri ilə seçilir.

BƏXTİYAR VAHABZADƏ. ƏSƏRLƏRİ. 12 CİLDDƏ /TƏRT., ÖN SÖZ MÜƏL. VƏ RED. RAMAZAN QAFARLI/ 4-cü cild (1970- 1979)

Cildin ön sözündə – Ramazan QAFARLININ “MİN İLİN MİN BİR OYUNU… (B.Vahabzadə şeirlərini oxuyarkən düşündüklərim)” məqaləsində B.Vahabzadə poeziyasının qayəsi barədə deyilir ki, “Xeyir şərə qardaş doğulub. Amma Xeyir şərlə qardaşlaşa bilməyib. Biri işığı, ay- dınlığı əlində silaha çevirib, o biri qaranlığı, zülməti. İnsanlar da xeyirləşib, şərləşiblər. Vicdan mizan-tərəzisi ilə xeyirxahlarla şərxislətlilər bir-birindən ayrılıb. Bəziləri qurbanlar tələb ediblər…” Xalq şairi Bəxtiyar Vahabzadənin çoxcildlik “Əsərləri”nin 4-cü cildinə onun ötən əsrin 70-ci illərində (1970-1079) yazdığı şeirlər toplanmışdır. Şair bu illərdə də “Əlvan çiçəklər”, “İnsan və zaman”, “Həsrət nəğmələrəri” silsilələrinə çoxlu lirik şeirlər həsr etmiş, qəzəllər, qoşmalar, gəraylılar yazmışdır. Cildə dahi söz sənətkarının “Səyahət dəftərindən”, “Nəğmələr”, “Uşaq və məktəb dünyası” pubrikalarında yaratdığı dolğun poetik əsərləri ilə yanaşı, “Qismət”, “Vətən mənəm, mən Vətən”, “Leninlə söhbət”, “Muğam” və “Atılmışlar” poemalarını da daxil etmişik.

BƏXTİYAR VAHABZADƏ. ƏSƏRLƏRİ. 12 CİLDDƏ. /TƏRT., ÖN SÖZ MÜƏL. VƏ RED. RAMAZAN QAFARLI/. 3-cü cild (1960- 1969)

Cildin ön sözündən – “BƏXTİYAR VAHABZADƏNİNVARLIQ MÖHÜRÜ” məqaləsindən: “Xalq şairi Bəxtiyar Vahabzadənin çoxcildlik “Əsərləri”nin 3-cü cildinə onun ötən əsrin 60-cı illərində (1960-1067) yazdığı şeirlərin bir qismi (onların böyük əksəriyyəti, 320-dən çox şeir 2-ci cilddə verilmişdir) daxildir. Həmin şeirilər “Səyahət dəftərindən”, “Nəğmələr”, “Uşaq və məktəb dünyası” bölmələrində toplanmışdır. Cilddə, həmçinin, şairin həmin dövr yaradıcılığının məhsulu olan 10 epik və lirik poeması da çap olunmuşdur. Təkcə B.Vahabzadənin öz yaradıcılığının uğurları deyil, həm də o illər ədəbiyyatımızın nailiyyəti sayılan “Etiraf”, “Ağlar-güləyən”, “Yollar-oğullar”, “Həyat-ölüm”, “Təzadlar”, “Dörd-yüz on altı” kimi məşhur poemalar da onların arasındadır. Müxtəlif mövzularda yazılmış bu şeir və poemalar şairin yaradıcılığına, ümumiyyətlə, xas olan fəlsəfi təfəkkür, insanın mənəvi-əxlaqı və psixoloji aləminə dərindən nüfuz etmək, vətəndaşlıq qayəsi, insanın, doğma xalqının, bütövlükdə bəşəriyyətin taleyi üçün narahatlıq, güclü həyati müşahidələrə əsaslanan zəngin obrazlı bədii dil birləşdirir. Xarici ölkələrə səyahət təəssüratları altında yazılmış şeirilərində, xüsusilə poemalarında şair uğurlu bir bədii üsuldan – hadisə və mətləbləri başqa məkan və zamana keçirməklə, bir növ, “qızım sənə deyirəm, gəlinim sən eşit” üsulundan məharətlə istifadə edərək, o illərdə açıq demək mümkün olmayan həqiqətləri, əslində, imperiya əsarətində olan, maddi və mənəvi sərvətləri əsrlər boyu yadellilər tərəfindən talan edilən doğma xalqının milli azadlıq amallarını tərənnüm etmiş, totalitar sovet rejiminin bir sıra sosial-mənəvi eybəcərliklərini cəsarətlə qamçılamışdır. Tam inamla demək olar ki, B.Vahabzadənin digər əsərləri kimi, bu əsərlər də xalqımızın milli-mənəvi oyanışında və özünə qayıdışında, müstəqillik ideologiyasının yaranmasında, təşəkkülündə və inkişafında önəmli rol oynamışlar”. Ramazan QAFARLI

Back to top