Demə məhəbbətə qılıncdan iti,
Ürəkdir yaradan bu məhəbbəti. (Nizami Gəncəvi)
Month: May 2021
İnan, zirək adam mələkdir, mələk,
Zirəklik gözəldir, əcəbdir gerçək. (Nizami Gəncəvi)
Bir neçə gün hicran dağıyla tək qal,
Ayrılıqdan sonra xoş olur vüsal. (Nizami Gəncəvi)
Kimin ki, eşqdən nişanı yoxdur,
Demək ruhu yoxdur və canı yoxdur. (Nizami Gəncəvi)
Eşqsiz bir adam bir neydir qırıq,
Yüz can olsa da ölüdür artıq. (Nizami Gəncəvi)
Pis fikrə düşərsə yaxşı bir insan,
Özünə yamanlıq edər hər zaman. (Nizami Gəncəvi)
Həmişə dünyada yaxşılıq axtar,
Yaxşı ad almaqda əbədiyyat var,
Yaxşı ad almışla yaxşı ol müdam,
Yoxsa, axır özün olarsan bədnam. (Nizami Gəncəvi)
Əgər istər isən haqdan inayət,
Pislik eyləməyi kökündən tərk et. (Nizami Gəncəvi)
Bir xərabə görsən qurmağa tələs,
Məsləhət belədir, əməyin itməz. (Nizami Gəncəvi)