Month: May 2021

“Qafqaz” jurnalı, sayı 010

Otən ilə “əlvida” deyək, yeni ilə salamlar olsun. 2007-ci ili – XXI ərin bir ilini də başa vurduq. Yeni ilin ilk günlərində qış sərt üzünü göstərdi. Yurdumuz hədsiz qar örtüyünə büründü. Bakının təbiətində son otuz ildə ən soyuq və şaxtalı hava şərati ilə rastlaşdıq. Ağappaq qar bir həftə yollardan, binaların, ağacların üstündən əskilmədi. Bütün bunlar «Qafqaz»ın səyahətlərinə əngəl yaratsa da, yolumuza davam etdik, gəzdik, gördük. İndi də jurnal vasitəsi ilə təəssüratlarımızı sizinlə bölüşürük.
Hər şeyin başlanğıcı və sonu var. Nəyinsə bitdiyi yerden yenisi baş qaldırıb həyata vəsiqə alır.
Ağrı-acılar, yanğılar zamanla unudulsa da, onların izəri, közləri qalır və ruhun dərinliklərində həmişə sızıltısı, sancısı yatır. Doğrudur, qoca Zaman sağaldandır, loğmanların loğmanıdır.
Bir haqiqət də var: sınıb çiliklənən güzgünü yapışdırmaqla bütövləşdirmək mümkündür, lakin o əvvəlki tək varlıqları əhatəli əks etdirə bilmir. Yaraları məlhəmsiz sağalan insanlar da belədir, tazədən ayaq üstə dursalar da, çatlı ayna kimi içərilərindəki boşluğu doldurmaqda acizdirlər. O ki, qaldı ulu bir xalqı günahsız yerə diz çökdürəsən, arxadan bağrını xancərləyəsan, onda zamanın da işi zorlaşır, loğmanlığı uzun müddət yardım etmir.
Son yüz ildə Azərbaycanı dəfələrlə əzmaya çalışıblar, iki tərəfdən məngənənin ağzı tək araya alıb sıxıblar, mənliyini, dilini, tarixini əlindən alıblar. Axırıncı dəhşətli zərbələr – Bakı va Xocalı qırğını daha ölümcül olub… Azərbaycan türkünün yaddaşını dondurub özünü, kökünü unutdurublar. Onu unutqanlıq xəstəliyinə yoluxdurublar, manqurdlaşdırıblar. Allahdan əlac gəlib mənliyini təzədən tanımağa başlayanda isə Odlar ölkəsini qan dənizində boğmaqla sivil dünyadan ayırmağa can atıblar. Yurd yerləri zorla boşaldılıb. Türkün əzəli torpaqları əsir alınıb. Azərbayan parçalana-parçalana kiçilib. Hamımızın bir məlhəmi qalıb. Vatənin olan-qalanını göz bəbəyi tək qorumalı, dədə-baba ocaqlarının qədr-qiymətini bilməliyik. Bu istəklə «Qafqaz» jurnalını yaşatmaq, şəhər və kəndlərimizə səfərlərimizin səmərəsini artırmaq istəyirik. «Köçəri», «gəlmə» damğalarını üstümüzdən götürməyin ən yaxşı yolu fakt və dəlillərin dili ilə danışmaqdır. Əcdadlarımızın qədim çağlara aid izlərini üzə çıxarıb dünyaya göstərməliyik. Bu xoş məramımızın elliklə dəstaklənəcəyinə böyük ümidlər bəsləyirik.
«Çox gəzən, çox bilər» deyib atalarımız. Jurnalımızın yardımı ilə Azarbaycanın və dünyanın möcüzəli, füsunkar yerlərini görüb Yer kürəsini daha yaxşı tanıdıqca, həyat eşqiniz coşacaq, qarşıda səfərlərinizin sayını artırmaq barədə düşünəcək, qurub-yaratmaq, ölkəmizdəki inkişafa öz töhfələrinizi vermək istəyəcəksiniz.
«Qafqaz»ın yeni marşrutunun ilk dayanacağında ölkə Prezidentinin Azarbaycanın düşmənlərinə qətiyyətli cavabı – “Vaxt bizə işləyir” mesajında birlik simfoniyamızın akordları səslənir. Yurdumuzun uğurları, mədəniyyətimizin nailiyyətləri Səudiyyə Ərəbistanı Krallığında nümayiş etdirilir. Haqqa tapınmanın, müqəddəsliyin ən ülvi ocağına – Kəbəyə baxdıqca, içinizdən öz daxili aləminiz qarşısında hesabat vermək keçəcək. Eləcə də «Qar nağıl»ını dinləməyi unutmayın. Şəkidə keçirilmiş atüstü Çövkan yarışı ilə tanış olun. Türkiyənin Kocaelindəki simpoziumda xalq çalğı alətlərinin özəlliklərini, qədim Qars vilayətinin dünəni və bu gününü, Güney Azarbaycanın Qəzvin şəhərinin tarixi olaylarını, əski Şumer-Azarbaycan mədəni-tarixi əlaqələrini, aşıq sənətinin sirli məqamlarını öyrənmək imkanınız var. Füsunkar meşələrimizin heyranedici mənzərələrinə tamaşa etməklə yanaşı onların qorunması, fərqli cəhətləri, heyvanlar aləmi barədə də maraqlı məlumatlar alacaqsınız. Nəhayət, dünyanın bəzi sirli tərəflərinə aydınlıq gətiriləcək.
Yaradıcı kollektivə və əziz oxuculara minnatdarlıq hissi ilə

Baş redaktor: Ramazan Qafarlı

Böyük bir xalqa arxa olan kəsin arxası…

Azərbaycan xalqı aprelin 28-də görkəmli alim, həssaslıq və zəriflik mücəssəməsi Zərifə xanım Əliyevanın 85 illik yubileyini böyük ehtiramla yad etdi. Yüksək səviyyədə keçirilən yubiley və anım tədbirləri, ürək sözləri və dəyərləndirmələr bu münasibətin kökündə dayanan məntiqi baxışların yeni əyani təcəssümünə çevrildi. O yalnız mahir loğman, qayğıkeş ana və ləyaqətli insan deyildi. Heç də hamar, asan keçməyən ömür yolu ilə Azərbaycan qadınının tarixən formalaşmış ali keyfiyyətlərinin daşıyıcısı idi.
Zərifə xanım haqqında jurnalistlərimiz, şair və yazıçılarımız onlarca müxtəlif səpkili yazılar qələmə alıblar. Bu da hər birinin ürək səsindən, duyğularından irəli gələn istək və nümunələrdir. O, bütün fəsilləri sevirdi. Xüsusilə baharı. Elə doğumu da, həyatla vidalaşması da bu fəslin qismətinə düşdü. 1985-ci il aprelin 15-də dünyasını dəyişdi. Bu elə bir vaxt idi ki, Moskvada SSRİ miqyasında məsul vəzifələrdən birini tutan Heydər Əliyev ona və Azərbaycana qarşı çevrilən güclü qaraguruha qarşı da mübarizə aparırdı. Həmin hüznlü vaxtlarda dost, ağsaqqal təsəllisinə ehtiyac duyduğu anlarda sevimli şairimiz Bəxtiyar Vahabzadə də sarsılmış halda yanında dayanmışdı. Tezliklə duyğuları “Mərsiyə – Rekviyem” adlı əsərdə göz yaşları ilə süzülüb gələn misralara çevrildi. Bu şeir yalnız bir dəfə Heydər Əliyevin sağlığında Zərifə xanıma həsr olunmuş albomda işıq üzü görüb. Biz də bu nümunə ilə tanış idik. Düşündük ki, Vallah, kütləvi oxucudan uzaqda saxlamaq heç də insafdan deyil. Bəxtiyar müəllimdən xahiş etdik və razılığını aldıq. Zənnimizcə, bu, dərgimizin də, “Qafqaz”sevərlərin də könül dünyasından gələn duyğuların təcəssümü olardı.

Yaşamaq – yanmaqdır…

Ömrünü başa vurduğu ərəfədə dünyanı tam dərk etməməyi insanın ən böyük bəlasıdırmı? Bəs qoca zamanın qarşısında diz qatlayıb yalvarması onun acizliyindənmi irəli gəlirdi?

Zaman, belə tələsmə
Zaman, mənə zaman ver.
Dünyanı anlamağa,
Zaman, mənə aman ver.
(B.Vahabzadənin “Zaman, belə tələsmə” seiri, 2001)

Yox, bu zaman-insan qarşılaşdırılmasında birincinin əbədiliyinin, ikincinin isə faniliyinin təsdiqidir. Tale Bəxtiyar Vahabzadənin istədiyi azacıq zamanı ona çox gördü. Şair “Çətin addım” atmaq – dünyasını dəyişmək məcburiyyəti qarşısında qaldı. Əbədiyyət yoluna çıxdı. Zəngin və dəyərli əsrləri ilə birlikdə “özümüzü kəsən qılıncı” da bizə verib yoxluğa qovuşdu.
Gorəsən, bu qılıncı əlinə alıb səhvlərini etiraf edən, günahlarını yumaq üçün öz silahını sinəsinə sancan, xalqı torpaq, Vətən itkisi bəlasından qurtaran tapılacaqmı?..

Zamanla ayaqlaşmaq arzusu

Yaradıcı Zamanı insanlara ən böyük ərmağan olaraq ona görə bağışlayıb ki, onlar ağıllanmağa, müdrikləşməyə və kamilləşməyə imkan tapsınlar. Lakin bəşər oğlu ayağını torpağa basıb ağlı kəsəndən zamanı boş yerə xərcləyir, göz bəbəyi kim qorumur, sanki itirməkdən zövq alır, yalnız çatışmadığını duyanda təəssüflənməyə başlayır. Unutmamalıyıq ki, dünyada zamandan uzun heç nə yoxdur – çünki təkcə o əbədidir. Və yer üzündə insandan ötrü zamandan qısa bir şey də tapmaq mümkün deyil səbəbə ki, başlamaq istədiklərimizin çoxunu gerçəkləşməyə vaxt tapmırıq. «Zaman qızıldır» desək də, onun qədrqiymətini lap tükənəndə bilirik. Ən başlıcası isə vaxt arxada genişlənib qabaqda daralanda Zamanla ayaqlaşondan ikiəlli yapışırıq.

Bəxtiyar Vahabzadə. KÖKÜMÜZƏ GEDƏN YOLU TİKANLARDAN TƏMİZLƏYƏK…

Əlimə bir kitab düşmüşdü. «Mif və nağıl» (müəllifi Ramazan Qafarlıdır). İşimin çoxluğuna baxmayaraq götürüb vərəqlədim. Girişi oxuyandan sonra yerə qoya bilmədim. Həcmcə böyüklüyü gözümə dursa da, başa çatdırdım. İlk növbədə, imzasını mətbuatda kəskin yazıları ilə tanıtmış müəllifin vətəndaşlıq mövqeyi, milliliyi, dərin və hərtərəfli biliyi, elmiliyi diqqətimi özünə çəkdi. Ancaq vətənini, xalqını, insanlığı böyük məhəbbətlə sevən bir şəxs bu cür yazmağa qadir olardı.

BƏXTİYAR VAHABZADƏ. ƏSƏRLƏRİ. 12 CİLDDƏ /TƏRT., ÖN SÖZ MÜƏL. VƏ RED. RAMAZAN QAFARLI/ 12-ci cild (Publisistika)

“Əyilməz bir sənətkar” adlı ön sözdə Ramazan Qafarlı yazır: “Hər bir qüdrətli söz sənətkrının özünəməxsus deyim tərzi, ifa ustalığı olur. B.Vahabzadənin də öz əsərlərini səsləndirməsi tamamilə fərqli idi. Təbiətən üsyankar, narahat, coşqulu, yanğılı, haqsızlıqlarla barışmazlığı səsinin tonunda üzə çıxıb təlatüm yaradırdı”. 12-ci cilddə şairin çıxışları, məktubları, rəyləri, müsahibələri ilə yanaşı böyük sənətkar barədə həmkarlarının, dövrün tanınmış şəxsiyyətlərinin söylədilləri maraqlı fikirlərə də yer ayrılmışdır.

Bəxtiyar Vahabzadənin son günləri və son şeirləri. Üçüncü yazı

Şairin ölümündən bir neçə gün qabaq dediyinə görə, son şeiri “Çətin addım”dır. 2008-ci ilin aprel ayında qələmə alınıb (Əslində sonrakı 10 ay ərzində də bir neçə kiçik şeir yazıb). Ömrü boyu vətən sevgisi ilə ürəyi döyünən B.Vahabzadə məhəbbət mövzusuna həsr etdiyi son misraları ilə yaradıcılığına nöqtə qoyub. Əslində onun üçün həyatının ən çətin addımı məhz yaradıcılığına nöqtə qoyması idi. Bu şeirdən sonra şair ötənləri saf-çürük etməklə məşğul olub. Bəli, haqqa əyilərək 84 illik yaşantısını – şirin nağılı bitirir. Sevgilisindən əfv diləyərək onu elə unutmasını istəyir ki, unudulduğunu onun gözlərindən oxuya və onun rahat olduğunu görə bilsin. Bu müdrik insana ahıl yaşında da üzüntülər çəkdirən sevgili kimdir? Bu sevgili onun Vətəni və xalqıdır. O, ancaq əbədiyyətə qovuşmaq üçün Vətənindən ayrılarkən haqqa əyilər, bir gilə istəyinin ürəyində qalmaması ilə barışardı.

Bəxtiyar Vahabzadənin son günləri və son şeirləri.  İkininci yazı

Yanvarın 27-də Türkiyə Cümhuriyyətinin Bakı Böyükelçisi Hulusi Kılıç və “Qafqaz Plus” jurnalının Türkiyə təmsilçisi Mehmet Hatiboğlu ilə birlikdə B.Vahabzadənin qonağı olduq. Orada şairin son şəkillərini çəkdim. Əhvali-ruhiyyəsi normal idi. Dostumuz İkramın oxuduğu şeirlərə kövrəlsə də, ürəyi həyat eşqi ilə döyünürdü, İstanbulu, Ankaranı bir də görmək, türk xalqı ilə görüşmək arzusundaydı. Hulusi Kılıç şairin külliyyatının tezliklə Türkiyədə də basılacağını vəd etdi.

Back to top