Əlimə bir kitab düşmüşdü. «Mif və nağıl» (müəllifi Ramazan Qafarlıdır). İşimin çoxluğuna baxmayaraq götürüb vərəqlədim. Girişi oxuyandan sonra yerə qoya bilmədim. Həcmcə böyüklüyü gözümə dursa da, başa çatdırdım. İlk növbədə, imzasını mətbuatda kəskin yazıları ilə tanıtmış müəllifin vətəndaşlıq mövqeyi, milliliyi, dərin və hərtərəfli biliyi, elmiliyi diqqətimi özünə çəkdi. Ancaq vətənini, xalqını, insanlığı böyük məhəbbətlə sevən bir şəxs bu cür yazmağa qadir olardı.
Category: Müəllif
“Əyilməz bir sənətkar” adlı ön sözdə Ramazan Qafarlı yazır: “Hər bir qüdrətli söz sənətkrının özünəməxsus deyim tərzi, ifa ustalığı olur. B.Vahabzadənin də öz əsərlərini səsləndirməsi tamamilə fərqli idi. Təbiətən üsyankar, narahat, coşqulu, yanğılı, haqsızlıqlarla barışmazlığı səsinin tonunda üzə çıxıb təlatüm yaradırdı”. 12-ci cilddə şairin çıxışları, məktubları, rəyləri, müsahibələri ilə yanaşı böyük sənətkar barədə həmkarlarının, dövrün tanınmış şəxsiyyətlərinin söylədilləri maraqlı fikirlərə də yer ayrılmışdır.
Şairin ölümündən bir neçə gün qabaq dediyinə görə, son şeiri “Çətin addım”dır. 2008-ci ilin aprel ayında qələmə alınıb (Əslində sonrakı 10 ay ərzində də bir neçə kiçik şeir yazıb). Ömrü boyu vətən sevgisi ilə ürəyi döyünən B.Vahabzadə məhəbbət mövzusuna həsr etdiyi son misraları ilə yaradıcılığına nöqtə qoyub. Əslində onun üçün həyatının ən çətin addımı məhz yaradıcılığına nöqtə qoyması idi. Bu şeirdən sonra şair ötənləri saf-çürük etməklə məşğul olub. Bəli, haqqa əyilərək 84 illik yaşantısını – şirin nağılı bitirir. Sevgilisindən əfv diləyərək onu elə unutmasını istəyir ki, unudulduğunu onun gözlərindən oxuya və onun rahat olduğunu görə bilsin. Bu müdrik insana ahıl yaşında da üzüntülər çəkdirən sevgili kimdir? Bu sevgili onun Vətəni və xalqıdır. O, ancaq əbədiyyətə qovuşmaq üçün Vətənindən ayrılarkən haqqa əyilər, bir gilə istəyinin ürəyində qalmaması ilə barışardı.
Yanvarın 27-də Türkiyə Cümhuriyyətinin Bakı Böyükelçisi Hulusi Kılıç və “Qafqaz Plus” jurnalının Türkiyə təmsilçisi Mehmet Hatiboğlu ilə birlikdə B.Vahabzadənin qonağı olduq. Orada şairin son şəkillərini çəkdim. Əhvali-ruhiyyəsi normal idi. Dostumuz İkramın oxuduğu şeirlərə kövrəlsə də, ürəyi həyat eşqi ilə döyünürdü, İstanbulu, Ankaranı bir də görmək, türk xalqı ilə görüşmək arzusundaydı. Hulusi Kılıç şairin külliyyatının tezliklə Türkiyədə də basılacağını vəd etdi.
Hər cür bəxtiyarlığa layiq olan ulu bir xalq Bəxtiyarını itirdi. Azərbaycanlıların, dünya türklərinin bəxtiyarlığını hamıdan çox o istəyirdi. Ömrünü şam kimi əridirdi, Nazim Hikmətin “Sən yanmasan, mən yanmasam, o yanmasa, Necə çıxar qaranlıqlar aydınlığa?” çağırışına qoşulub insanları el yolunda oda, alova atılmağa səsləyirdi. “Yaşamaq yanmaqdır, yanasan gərək” – deyirdi. Onun əsas missiyası sözün qüdrətini, gücünü insanlara çatdırmaq idi. Yorulmadan yazıb-yaradırdı. Türkün dilinə, tarixinə qəsd edənlərlə açıq döyüşməkdən çəkinmirdi.
Çingiz AYTMATOV (Qırqızıstan) – …Dünyada ad çıxaran çox şairlər var.
Qəzet və jurnalları vərəqlədikcə görürsən ki, əsl şair azdır. Tək-tənha qalanda, bir neçə
kəlmə ilə “Həyat nədir?” sualına cavab axtaranda yalnız sözü fikirdən, obrazdan, ruh və
nəfəsdən yoğrulmuş həqiqi şairlər sənin yaşamaq eşqinə, düşüncələrinə qol-qanad verir.
Müasirimiz Bəxtiyar Vahabzadə belə şairlərdəndir.
YARADIBDIR İNAM MƏNİ, MƏN İNAMIN ÖVLADIYAM… Sərlövhəyə
çıxarılmış bu Bəxtiyar Vahabzadə misraları barədə… Məncə, bu misralar şairin
yaradıcılığı üçün çox simvolik və xarakterikdir. Bəxtiyar Vahabzadə öz möhtəşəm
poeziya məbədini ucaltmışdır. O, qüdrətlidir. Əlləri mahir və qadir əllərdir. Qoyduğu
təməl möhkəm və gözəldir. Oxucu bu məbədi tez-tez ziyarət edir.
Poeziyasevərlər 6-cı cilddə cilddə B.Vahabzadənin hələ 1959-cu ildə yazdığı məşhur “Gülüstan” poemasının 2-ci hissəsini – “İstiqlal” (1999) poemasını və milli istiqlal mücadiləsi ədəbiyyatımızın zirvəsi sayılan “Şəhidlər” (1990) poemasını da oxuya biləcəklər.