Category: Müəllif

Elm xadimlərimiz: Bəkir Nəbiyev

Akademik Bəkir Nəbiyevin bütün mənəvi keyfiyyətləri, səmimiliyi, qayğıkeşliyi, təmkini, qüruru və ziyalılığı bizim üçün məktəbdir. Onunla hər dəfə ünsiyyətdə olanda insan sözün hikmətinə və qüdrətinə bir daha heyran olur. Əminəm ki, elmimizin ağsaqqalı dilimizə, ədəbiyyatımıza, mədəniyyətimizə, nəhayət, milli düşüncəmizə hələ çox töhfələr verəcək! Xalqımız Bəkir müəlllimi yalnız böyük tədqiqatçı-alim kimi deyil, həm də mahir pedaqoq, publisist və gözəl təşkilatçı, ictimai xadim kimi tanıyır. Yaratdığı elmi məktəb daimi yaşayacaqdır. O, elm məbədgahımız Elmlər Akademiyasında uzun illər humanitar bölməyə rəhbərlik etmişdir. Direktoru olduğu Nizami adına Ədəbiyyat institutunda səmərəli fəaliyyətini bu gün də davam etdirir, sədrlik etdiyi ixtisaslaşdırılmış müdafiə şurasında isə elmə yalnız istedadlı və ləyaqətli gənclərin yol açmasına çalışır. O, uğurlu elmi yaradıcılıqla yanaşı yeni alimlər nəslinin yetişməsində əvəzsiz işlər görür.

Back to top