Category: Publisistik məqalələri

“Qafqaz” jurnalı, sayı 20

İnsan-zaman qarşıdurmasında hələ bəşər oğlunun qələbə çaldığını heç kim görməyib. Əbədi yaşamaq arzusna düşənlər çox olub. Ancaq 60-90 illik (müstəsna hallarda insan dünyada 100 ildən artıq qalıb) ömür payını sonsuzlaşdırmaq təşəbbüsləri puça çıxıb. Cismani həyatı ölümsüzləşdirmək təşəbbüsləri hələlik heç bir nəticə verməyib. Dünyaya gələn bir gün gedəcəyini bildikcə hərisləşib, cılızlaşıb, hər şeyi qamarlayıb özününküləşdirmək istəyib. Nə qədər var-dövlət, sərvət toplasalar da, bir gün gözlərini dünya işığına həmişəlik qapayanda qismətlərinə bir parça torpaq düşüb. Şüleymana qalmayan dünyanı Zaman heç kimə verməyib. İnsan o halda əbədi yaşayır ki, milyonların ruhunu oxşayan sənət nümunələri yaradır.

“Qafqaz” jurnalı, sayı 9

Vətənə, yurda, torpağa bağlılıq ana südündən keçsə də, sevgili insanlara qarşı məkr, nifrət, paxıllıq da yaranıb. Nədənsə, insanın Allah eşqinə, haqqa tapınmağına, öz ocağına sığınmağına, bağ lanmağına daha çox paxıllanıblar. Ocaqların odunu söndürmək üçün silaha sarılıblar, Şərlə qardaşlaşıblar. Obaları yerli sakinlərin qanı bahasına ələ keçirənlər kişilikdən – insanlıqdan çıxıb – «ərbədə» (əslində Heredotda görə, bu kəlmə prototürklərdə – saklarda “ərbat” – “ər batıran” anlamında işlənirdi), arvada, yəni şər adama çevriliblər.

XX ƏSRİN ƏN DƏHŞƏTLİ SOYQIDIMI

Quba soyqırımı məzarləğının önündə durub ətrafı seyr edirəm. Dünya adamın gözündə daralır. İnsanlığa qarşı ermənilərin törətdikləri ağlasığmaz cinayətlərin yeganə şahidi Günəş belə xəcələt çəkdiyindən buludların arxasında gizlənir. Nədənsə, qarşıdakı dağ çayının suları nərildəmir, elə bil o da olaylardan səsini içinə çəkib sızlayır. Ara-sıra yarğanın üstündən – məzarlığa bitişik həyətdən it hənirtisi eşidilir. Yavaş-yavaş qazıntı səhəsinə doğru addımlayıram.

QAFQAZ TURİZM. Sayı 003

Yer kürəsini qarış-qarış gəzib haqqın yolunu arasanız, hərlənib-fırlanıb bir yerdə duracaqsınız. Doğrudur, Şərqdə də, Qərbdə də təbiətin və insan əllərinin yaratdığı möhtəşəm abidələrlə, möcüzələrlə rastlaşacaqsınız. Bir müddət Hindistanı, sonra bir-birinin ardinca Çini, Meksikanı, Kanadanı, Ərəbistanı, Yunanıstanı, İtaliyanı, İranı bütün yaranışların beşiyi sanacaqsınız.

Back to top