Heç kəsi kin ilə etmə yerindən. (Nizami Gəncəvi)
Category: Nəşrlər
Bir xərabə görsən qurmağa tələs,
Məsləhət belədir, əməyin itməz. (Nizami Gəncəvi)
Yaxşılıq etməsən əgər insana,
Böyüklük şərəfi verilməz sana. (Nizami Gəncəvi)
Ovcumun içində olsa da, yenə
Dikmərəm gözümü özgə mülkünə (Nizami Gəncəvi)
“Kitabi-Dədə Qorqud” (“Kitab-i Dədəm Qorqud əla lisan-i taife-i Oğuzan” (Oğuz tayfalarının dilində Dədəm Qorqudun kitabı Oğuz türk dastanı. Azərbaycan xalq ədəbiyyatının ən qədim yazılı abidəsidir
İnsan-zaman qarşıdurmasında hələ bəşər oğlunun qələbə çaldığını heç kim görməyib. Əbədi yaşamaq arzusna düşənlər çox olub. Ancaq 60-90 illik (müstəsna hallarda insan dünyada 100 ildən artıq qalıb) ömür payını sonsuzlaşdırmaq təşəbbüsləri puça çıxıb. Cismani həyatı ölümsüzləşdirmək təşəbbüsləri hələlik heç bir nəticə verməyib. Dünyaya gələn bir gün gedəcəyini bildikcə hərisləşib, cılızlaşıb, hər şeyi qamarlayıb özününküləşdirmək istəyib. Nə qədər var-dövlət, sərvət toplasalar da, bir gün gözlərini dünya işığına həmişəlik qapayanda qismətlərinə bir parça torpaq düşüb. Şüleymana qalmayan dünyanı Zaman heç kimə verməyib. İnsan o halda əbədi yaşayır ki, milyonların ruhunu oxşayan sənət nümunələri yaradır.
“Kitabi-Türkmən lisani” oğuznaməsi şifahi “Dədə Qorqud” eposu ənənəsi ilə birmənalı şəkildə bağlı olan mətndir. O, poetik strukturunun hər bir səviyyəsi və həmin səviyyələri təşkil edən elementləri ilə istisnasız olaraq bütün hallarda “Dədə Qorqud” eposu nüvəsinə gedib çıxır.
Vətənə, yurda, torpağa bağlılıq ana südündən keçsə də, sevgili insanlara qarşı məkr, nifrət, paxıllıq da yaranıb. Nədənsə, insanın Allah eşqinə, haqqa tapınmağına, öz ocağına sığınmağına, bağ lanmağına daha çox paxıllanıblar. Ocaqların odunu söndürmək üçün silaha sarılıblar, Şərlə qardaşlaşıblar. Obaları yerli sakinlərin qanı bahasına ələ keçirənlər kişilikdən – insanlıqdan çıxıb – «ərbədə» (əslində Heredotda görə, bu kəlmə prototürklərdə – saklarda “ərbat” – “ər batıran” anlamında işlənirdi), arvada, yəni şər adama çevriliblər.