A.F.Lesov belə bir suala cavab axtarır: bəs həmin dialektikanın həqiqi və gerçəkliyi hansı amillərə əsaslanır? Ona əsaslanır ki, burada kateqoriyalar sadəcə olaraq (tam) dialektikada çoxsaylı yerlərdən birini tutur. Bu, mütləq dialektikadır.
Təlimdə irəli sürülən son nəticə alimin ümumi konsepsiyasına ziddirmi? Axı dəqiq və əsaslı şəkildə bütün kateqoriyaların vacibliyini, dəyişkənliyini, dinamikliyini irəli sürdüyü halda o, dialektikanın, sonra da mifologiyanın mütləqliyi qənaətinə gəlir. Onun fikirlərinin yekunu kimi ancaq dialektikanın daimliyində və dövrəviliyindən danışmaq olardı. Bir kateqoriya daxilində birölçülü dialektika özünü göstərirsə, o ikiölçülü dialektikada başqa kateqoriyanın tərkib hissəsinə çevrilir. Üçölçülü dialektikada isə hər ikisi (həm birölçülü, həm də ikiölçülü) daha geniş kateqoriyanın içərisində görünür, nəhayət, dördölçülü dialektikada hər üçü tam dünyada-vahid (ali) kateqoriyada yerləşir. Məsələn,
Birölçülü dialektikada – buğda əkilir, yetişir, ölür (dərilir) və hər şey təzədən təkrarlanır.
İkiölçülü dialektikada – həmin kateqoriya təbiətin içərisində əridilir. Yazda əkilir, payızda yetişir, qışda ölür. Təsadüfi deyil ki, materialistlər «təbiəti dialektikanın sınaq daşı» (F.Engels) adlandırırlar.
Üçölçülü dialektikada – yer kürəsinin ilkin üst dünyasının fəaliyyəti fonunda həm təbiət, həm də buğda kiçik kateqoriyalardır.
Dördölçülü dialektikada – bütün kainatda – qalaktika sistemində tam dünyada göy, günəş, yer, təbiət, buğda, (eləcə də buğda kimi digər kateqoriyalar) bir-biri ilə qarşılıqlı əlaqələnmə şəraitində kiçik kateqoriyalardır. Bütün mərhələlərdə varlığın üst qatı (obyekt)-materiya ilə, alt qatla (subyekt) – ideya, şüurla əlaqələndirilməlidir.
Beləliklə, dünya tam halda əlaqəli hərəkətdə olduğu üçün dialektika sabit, mütləq, nisbi, donmuş deyil, dəyişkən və daimidir. Kateqoriyalar bir-biri ilə zəncirvari şəkildə bağlanıb, əlaqələnə-əlaqələnə tamlaşır, vahidin – bir varlığın içərisində toplanır. Deməli, «tək» – bir kateqoriya bir-birindən asılı olan başqa kateqoriyalarla eyniləşə-eyniləşə (başqa sözlə, daha böyük kateqoriyanın tərkib hissəsinə çevrilə-çevrilə) təzədən «vahid»ləşir. Məsələyə belə yanaşma çox qədim təlimlərdə, xüsusilə vəhdəti-vücudda, sufizmdə bir qədər dolayı şəkildə irəli sürülmüşdür. Bu mənada Mütləqiliyi daimilik, əbədilik kimi qəbul etmək düzgün deyil.
Dialektikada mütləq şəkildə götürülmüş məhdud çevrədə varlıqların müxtəlif istiqamətli qarılaşmaları nəticəsində keyfiyyət dəyişmələri baş verir. Bu halda mütləqlikdən əsər-əlamət qalmır. Miologiyanın da mütləqiliyini qəbul etmək mümkünsüzdür. Hər hansı bir mifik əhvalat da keçən yüzilliyin əvvəllərinə nisbətən bu gün tamam başqa anlamda şərh olunur. Ümumiyyətlə, dialektikada yerində sayma, varlığı eyni şəkildə qəbul etmə yoxdur.
Mifologiyanın mahiyyətini başa düşmək üçün çoxsistemli dialektika modelində A.F.Lesov varlığın üçmərhələli və beş ölçülü inkişaf yolunu göstərir.
(Cədvəllərə bax)
Üç mərhələ: | Beş ölçü: |
1. Tək 2. Mövcud olan/varlıq, 3. Təşəkkül tapma və, | Özündə/tək, Özü üçün/mövcudluq, Özündə və özü üçün/təşəkkül, Özü və başqaları üçün / yaranmış-substansiya – əsas Başqaları üçün / ifadəetmə – simvol) |
ÖZÜNDƏ (TƏK) | ÖZÜ ÜÇÜN (MÖVCUDLUQ) | ÖZÜNDƏ VƏ ÖZÜ ÜÇÜN (Təşəkkül tapma) | ||||||
1 | 2 | 3 | ||||||
Məna, məqsəd, ağıl | Substansiya[1] | Rəmz | Ziyalılar | Can, bədən | Başa düşmə, anlama | Can atma (Həvəs) | Canlı məxluq (Nəfəs) | Söz |
Tək | Əsas | Başlanğıc | Yüksək ziyalılıq (Ürək) | Bədən üzvləri Ziyalılıq | doğulan və doğulmayan | |||
Mövcudluq (Həyat | Forma | Obraz | Doğulma | |||||
Təşəkkül tapma | Fəaliyyət | İfadə etmə | Pnevma[2] Baş verən | [Təsəlli verən]* |
ÖZÜ VƏ BAŞQALARI ÜÇÜN (OAN. SUBSTANSİYA) | BAŞQALARI ÜÇÜN (İFADƏ ETMƏ. SİMVOL) | |||||||
4 | 5 | |||||||
Duyğu | Sofist* (şəxsiyyət) | Ad | I* | III | VI | II* | IV* | V* |
Enerji (Mənalı)* | Anlama.* Sofist1 (Sifət) | Makik. Ad III* üçün ifadə | Sırf sofistcəsinə enerji (Sifət) (Yaranış) | I üçün ifadə | II üçün ifadə | |||
İxtiyar, hökm | Təzyiq, qüvvə, güc (Ata) | Xeyir | Güc (Ürək) | Şahlıq* ziyalılar | Xilas olma* | Əlamət, işarə, rəmz | İstək, əməl, əmr | Əzəli-əbədi məsləhət |
Müdriklik (Oğul) | Həqiqət | İşıq | Şöhrət* | evxologiya2 | İkona | Ehkam | Xəbər, vəhy | |
Eşq | Müqəddəslik (Müq. ruh) | Gözəllik | Kilsə | Misteriya[3] | Mərasim | Mif | Müqəddəs əhvalat |
Alim başlanğıcda birölçülü dialektika kimi götürüb deduksiya şəklində üç ilk kateqoriya (triada) və beş əsas kateqoriya (tetraktida) ilə üçqatlı mərhələlər sistemi işləyib hazırlayır. «Losev dialektikası» özül rolunu «Tək» (vahid) oynayır və irəli sürülən digər beş kateqoriya məhz özlüyündə «tək»in dialektik təkamülünə yardım edir. Nəticədə ziyalılıq mərhələsinə keçilir. Artıq diqqət mərkəzində əsas kimi «tək» deyil, birölçülü sıranın ikinci kateqoriyası «Mövcudluq» durur. Çünki içərisində ancaq vahidliyi daşıyan sırf «Tək» – özündə Varlığ, Mövcudluğu doğurur. Əgər həmin varlıq sadəcə olaraq «Tək» səviyyəsində qəbul edilsə, onda heç bir dialektik prosesdən danışmaq olmaz. Deməli, o, ikinci kateqoriya sifətində meydana atılır. Beləcə «Tək» bir-birindən fərqlənən digər varlıqları əmələ gətirir. Və yeni yarananlar artıq bir-birinin təkrarı olmur, başqa sözlə, adicə varlıq deyil, Şüurdur, ona görə də «Ziyalılıq» adıyla verilir. Göründüyü kimi, cədvəldəki üçüncü sıra yaxud üçölçülü dialektika baş sıranın üçüncü kateqoriyası –«Təşəkkül» əsasında qurulur və onun ümumi xarakterini «Canatma», ya da «Həvəs» təşkil edir.
[1]Bütün əşya hadisələrin ilk əsasını təşkil edən maddə, mahiyyət, əsas, əsil zat – özül.
[2] Sıxılmış hava ilə işləyən varlıq mənasını verən termin (fizika).
3 Xristianlıqda İsanın, yaxud övliyaların şəkli.
4 Şəbih, bibliya mövzularında orta əsr dramı.