Seçilmiş insanların yaddaşına vəhy vasitəsi ilə hopan «müqəddəs kəlamlar», məhəbbət dastanlarımızda haqq aşıq-larının yuxuda aldıqları butalar həmin «güc»ün mövcudluğunu büruzə verən amillərdir. Bədii yaradıcılıqda «ilham pərisi» kimi simvollaşdırılan qeyri-adiliyin də mənbəyi həmin «gücün» əlin-dədir. K.Yunq yuxunun, xəyala dalmanın da səbəbini kənar, gözəgörünməz qüvvə ilə əlaqələndirir. Onun qənaətinə görə, hər bir insanın ruhunda dünya bütöv şəkildə əks olunur və arxetiplər onun məzmunu təşkil edir.
Maraqlıdır ki, arxetiplər təkcə doğuluşu yenicə başa çat-mış qədim, ilkin insanın kortəbii düşüncəsinin məhsulu deyil. O, daim fəaliyyətdə olub təsirini hər an hiss etdirən qeyri-adi enerjidir, iradəmizdən kənardakı gücdür, ruhun dərin qatlarında gizlənən daxili ideyadır, «hadisələrin əvvəldən müəyyənləşdirilmiş ssenarisi»dir. Bu qüvvələr milyon il qabaq insanın psixikasını formalaşdırdığı kimi, bu gün də davranışlarımızı nizamlayır. Başqa sözlə, arxetiplər təkcə ruhun məzmununu təşkil etmir, həm də onun daşıyıcısını – insanı müxtəlif fəaliyyətlərə istiqamətləndirir. Daha doğrusu, arxetiplər elə bir təbii enerjidir ki, bizi həyatımız boyu bütöv dünya ilə qırılmaz tellərlə bağlayır. Həmin enerjinin tükənməsi, yaxud əlaqəsinin kəsilməsi insanın bu dünyadan üzülüşməsi deməkdir. Astrologiyada həmin gücün – enerjinin mənbəyi planetlər sayılır və dünyadakı bütün hadisələrin planetlər tərəfindən idarə edildiyi anlaşılır. Həmin qüvvə mifologiyada tanrı, dinlərdə isə Allah kimi göstərilir. K.Yunqun əldə etdiyi nəticələr antik filosofların və Şərq mütəfəkkirlərinin əsərlərində dəfələrlə ortaya atılmışdı. Əslində bu, arxetip nəzəriyyəsinin elmiliyini möhkəm stimullarla daha da möhkəmlədir. Çünki qədim mədəniyyətlərdə insan iradəsindən asılı olmayan qüvvənin mövcudluğundan bəhs açılsa da, ona kütlələrin inamı dini ayinlərin hesabına formalaşırdı. Lakin dünyanın müxtəlif bölgələrində və ayrı-ayrı tarixi dövrlərdə insan ağlında yerləşməsi onu sübut edir ki, K.Yunq fikirlərində haqlıdır.
Təsadüfi deyil ki, İslam inancına söykənən sufilər min il əvvəl müxtəlif təriqətlərə bölünərək «vəhdəti-vücud» ideyasını irəli sürmüş, hər şeyin doğulmasının eyni başlanğıca malikliyi, insanın həmin başlanğıcın – Vahidin bir zərrəsi olduğu, ölməklə təzədən ona qovuşduğu qənaətinə gəlmiş və mahiyyət etibarı ilə məsələyə Arxetiplər nəzəriyyəsində qoyulduğu şəkildə yanaşmışlar. Təsəvvüfçülər K.Q.Yunq kimi yaradıcının və dünyanın insan psixikasındakı əksini duysalar da, arxetiplərin (daha doğrusu, ilahi qüvvənin) köməyi ilə müəyyən ideyaların meydana çıxdığını duysalar da, onun elmi izahını verə bilməmişlər. Annemari Şimmel yazır ki, İslama inananlar üçün – bəziləri «Quran»dakı bir sözün yeddi min mənasını göstərir – müqəddəs Kitab «dirilik» sayılırdı. Çünki Həllac Mənsurun təsdiqlədiyi kimi, «onda Allah hökmünün (rububiyyə) nişanələri var»dı»[13]. Eləcə də təsəvvüf ideyalarında irəli sürüldüyü kimi, bütün əbədi və dəyişən yaranışlar – dünyadakı hər şey barədə orada məlumatlar tapmaq mümkündür.
Həllac Mənsura görə,
Peyğəmbərlərin hamısının ruhunun işığı Allahın nurundan alınıb.
Onun adı Tale kitabında birinci gəlir,
O, bütün cisim və varlıqlardan əvvəl məlum idi və sonra da olacaq.
O – yolgöstərəndir, çünki gözlər onun köməyi ilə görməyə başladı.
İnsanın bütün öyrəndikləri, dərk etdikləri ancaq bir damladır,
Bütün müdrikliklər – onun mənbəyindən götürülmüş bir ovuc sudur,
Bütün zamanlar – onun həyatının ancaq bir saatıdır…
Və fədəkar şair məhəbbətin ülviliyini yaradıcıya bağlılıqla şərtləndirirdi. Allah eşqi qəlbində olan insan üçün ən ağır ölüm cəzası da qorxulu deyildi. Əttar yazır ki, həbsxanada Mənsur Həllacdan soruşurlar: «Sevgi nədir? Cavab verir ki, «Siz onu bu gün də, sabah da və o biri gün də görəcəksiniz». Həmin gün onun əllərini və ayaqlarını kəsirlər, səhəri gün boğazından asır-lar, üçüncü gün isə bədənini yandırıb külünü göyə sovururlar…
[1] Мифологический словарь. /Гл. ред. Е.М. Мелетинский/. – М.: Совет-ская Энциклопедия, 1991, с. 659.
[2] Bax: Зеленский В.В. Карл Густав Юнг. Жизнь, личность, работа. – В кн. «Карл Юнг. Психологические типы». – Минск, 1998, с. 606.
[3] Bax: Густав Kарл Юнг. Воспоминания, сновидения, размышления. Перевод: В. Поликарпов, Мн.: ООО “Харвест”, 2003, с. 25.
[4] Фрэзер Дж. Золотая ветвь. М., 1980, с. 10.
[5] Arxetip – hərfi tərcüməsi əski, ilkin obraz, dünyanın ən qədim obrazı, yaxud bədii yaradıcılığa qədərki obraz deməkdir.
[6] Юнг К.Г. Человек и его символы. СПб. – М., 1996, с. 361.
[7] Yenə orada.
[8] Семира и В.Веташ. Астрология и мифология. – С.Петербург, 1998, с. 11.
[9] Bediüzzaman Said Nursi. Genclik rehberi. – İstambul. Sözler yayınevi, 1999, s. 179.
[10] Юнг К.Г. Челевек и его символы. СПб, 1996, с. 90.
[11] Yenə orada.
[12] Yenə orada.
[13] Schimmel Annemarie. Mystical Dimensions of Islam. – The University of North Carolina Press, 1975 / Rusca tərcüməsi: Аннемари Шиммель. Мир Исламского Мистицизма. – М., 1999, с. 28.