Animatizm mifoloji düşüncə səviyyəsi

Animatizm[1] – elə bir inama əsaslanır ki, insanın, xüsusilə ölü­nün ruhunun əbədilik mövcudluğu ön plana çəkilir və zənn edi­lir ki, cismən bədən fəaliyyətini dayandırsa da, ruh real dün­ya­da yaşamaqda davam edir, təkcə məhsuldarlığını itirmiş olur. To­temistik və animistik görüşləri öz içərisində əritdiyi üçün ib­ti­dai primitiv təsəvvürlərin bu forması əvvəlkilərlə müqayisədə da­ha universal sayılır. «Ruhun ölməzliyi», yaxud «ölümdən son­ra həyat» ideyası ibtidai çağlarda meydana atılsa da, bu gün də bir sıra alimləri düşündürür. Bu məsələ barədə çoxsaylı mü­la­hi­zə­lər irəli sürülür. Bir sıra nəzəriyyələr də yaranmışdır.

Azərbaycan-türk xalqını formalaşdıran bəzi etnik qrupla­rın Tanrıçılığa və İslama qədərki dini dəfn adətlərində – o biri dün­yada davam etdirilməsinə güclü inam var idi. «Kitabi-Dədə Qor­qud»da (XI boyda) Qazan xanı əsir alıb quyuya salan türk tay­fasının inamına görə, yeraltı aləmdə günlərini daha xoş ke­çir­mə­ləri üçün ölülər gerçək dünyanın nemətləri ilə təmin olu­nur­du­lar. Xüsusi mərasimlərdə meyitlər basdırılan quyuların ağzına ye­məklər qoyulurdu. Arxeoloji qazıntılar zamanı yurdumuzdakı sak­lara aid kurqanlardan (Şəkidəki Minbərək və Alazan kur­qan­la­rından) totem dərisinə bükülü meyitin yanında içərisində biş­miş yeməklər dolu qablar, hətta səfərə göndərilənin xoşladığı əş­ya­lar, bəzək şeyləri tapılmışdır. Bir gil kasada ov quşunun xırda sü­mükləri, samovarı xatırladan xüsusi məişət əşyası, daraq, əsa ağa­cı və xüsusi ağ çay daşından yonulmuş ox ucluqları göstərir ki, ulu əcdad öz soydaşının bədənini o biri dünyaya əliboş yola sal­mamış, bir neçə müddətlik azuqə ilə yanaşı, ov etməsi üçün hət­ta sursatla da təmin etmişdir.


[1]Animatizm – latın sözüdür, animatus – canlı deməkdir. Təbiətin bütöv halda və ayrı-ayrı qüvvələrinin, hadisələrinin şəxssiz (cisimsiz) canlan-dırılması başa düşülür.

Bir cavab yazın

Back to top