Antropomorfizm mifoloji düşüncə səviyyəsi

Antropomorfizm[1] elə bir dünyagörüşüdür ki, insana xas xü­susiyyətlərin əşyalara, təbiət hadisələri və qüvvələrinə, cansız var­lıqlara, göy cisimlərinə, heyvan və quşlara aidliyinə inamdan doğ­muşdur. Mədəniyyətin inkişafının müəyyən pilləsində dildə al­leqorik ifadə vasitəsinə çevrilmiş və bədii yaradıcılıqda geniş is­tifadə edilərək insanlığın əlamətlərinin digər varlıqların üzəri-nə köçürülməsi ilə şərtlənmişdir. Tədqiqatçıların çoxu simvol-la­rın yaranmasını alleqoriya ilə bağlayırlar. Antropomorfizm ilkin mərhələdə yalnız miflərə xas əlamət kimi meydana gəlmiş, cə­miyyətin inkişafının bir qədər irəliyə doğru addımladığı mər­hə­lədə isə ibtidai dinlərin mahiyyətində durmuşdur. Antik fi­lo­sof­lar tərəfindən (Ksenafon) tənqidə məruz qalmasına baxma­ya­raq, xristianlıq və islamda da özünə yer almışdır.

Antropomorfizmin işlək dairəsinin genişliyini nəzərə alıb his­sələrə ayırırlar. Belə ki, Antropopatizm[2] təkcə təbiət qüvvə­lə­rinin insaniləşdirilməsi, psixoloji antropomorfizm isə insanın iz­tirablarının, eləcə də qəzəb, mərhəmət, nifrət və s ruhi na­ra­hat­lı­qlarının tanrılara şamil edilməsi kimi götürülür.

Azərbaycan-türk mifoloji görüşlərini antropomorfizmsiz tə­səvvürə gətirmək mümkün deyil. Daş beşikdən tutmuş, göy ci­sim­lərinə – günəşə, aya, ulduzlaradək bütün canlı-cansız varlıq­lar insanlar kimi düşünə, danışa, yarada, şüurlu fəaliyyətdə ola bi­lir. Bəşər oğluna aid elə bir fərdi keyfiyyət yoxdur ki, o, əş­ya­lara, təbiət qüvvələrinə və s. aid edilməsin. Ulu əcdad çətinə dü­şən­də özündə olan mərhəməti tanrılardan diləmiş, yeri gələndə on­ların qəzəbinə keçdiyini sanmışdır.


[1]Antropomorfizm – yunan sözüdür, anthropos – insan, morphe – forma deməkdir. Təbiət qüvvələrinin və hadisələrinin, habelə fövqəltəbii varlıqların səsləndirilməsi, insan şəklində təcəssümü kimi başa düşülür.

[2]Antropopatizm – yunan sözüdür, anthropos – insan, pathos – meyl demək-dir. Təbiət qüvvələrinin insanlaşma xüsusiyyətinə malikliyini iddia edən tə-səvvürdür.

Bir cavab yazın

Back to top