Tərtibçidən: “Dastanın mətnini Hüseyn İbrahim adlı toplayıcı Şəkinin Layısqı kəndində aşıq Əhməd Qafarovun dilindən 1938-cii ildə yazıya almışdır. Görkəmli şair Hüseyn Cavidin oğlu gənc Ərtoğrulun müsbət rəyindən sonra Cahanbaxşın redaktorluğu ilə çapa təqdim edilmişdir. Lakin Bakıda yüksək vəzifəli erməninin təkidi ilə dastan yenidən Elmlər Akademiyasının xalq yaradıcılığı şöbəsinə qaytarılmış, geniş müzakirəsi aparılmışdır. H.Araslı bir çap vərəqi həcmində şərh yazmışdır. Mətndəki «Gəl, qız, müsəlman ol, qalma erməni» misralı qoşmaya görə M.H.Təhmasib xalq əsərini xalqlar dostluğuna zidd saymışdır. Bu səbəbdən məhz represiya illərində dastan Azərbaycanda işıq üzü görməmiş, əlyazmasını itirib-batırmaqdan ötrü yeni yaradılan başqa tədqiqat institunun arxivinə ötürülmüşdür. Son illərdə Bakıda zəlzələ baş verən zaman təsadüf nəticəsində həmin mətni üzə çırmışıq. Dastanın Şəki variantı ilk dəfə oxuculara təqdim olunur”.
Category: Epos
Tərtibçidən: Dastanın mətnini Hüseyn İbrahim adlı toplayıcı Şəkinin Layısqı kəndində aşıq Əhməd Qafarovun dilindən 1938-cii ildə yazıya almışdır. Görkəmli şair Hüseyn Cavidin oğlu gənc Ərtoğrulun müsbət rəyindən sonra Cahanbaxşın redaktorluğu ilə çapa təqdim edilmişdir. Lakin Bakıda yüksək vəzifəli erməninin təkidi ilə dastan yenidən Elmlər Akademiyasının xalq yaradıcılığı şöbəsinə qaytarılmış, geniş müzakirəsi aparılmışdır. H.Araslı bir çap vərəqi həcmində şərh yazmışdır. Mətndəki «Gəl, qız, müsəlman ol, qalma erməni» misralı qoşmaya görə M.H.Təhmasib xalq əsərini xalqlar dostluğuna zidd saymışdır. Bu səbəbdən məhz represiya illərində dastan Azərbaycanda işıq üzü görməmiş, əlyazmasını itirib-batırmaqdan ötrü yeni yaradılan başqa tədqiqat institunun arxivinə ötürülmüşdür. Son illərdə Bakıda zəlzələ baş verən zaman təsadüf nəticəsində həmin mətni üzə çırmışıq. Dastanın Şəki variantı ilk dəfə oxuculara təqdim olunur.
Herodot maraqlı bir skif ritualından bəhs açaraq göstərirdi ki, «hər bir hökmdar ildə bir dəfə öz əyalətində xüsusi şərab qabı hazırladırdı. Həmin qabdan ancaq düşmən öldürənlər çaxır içə bilərdilər. Kimlər ki, düşmən öldürməyə imkan tapmamışdılar, onların həmin qabdan çaxır içməyə haqları çatmırdı, bir kənarda boyunlarını büküb dayanırdılar. Skiflər üçün bundan təhqiramiz heç nə yox idi». Həmin adət «Kitabi-Dədə Qorqud» eposundakı oğuz bəylərinin Bayandır xan və Qazan Bəyin məclislərinə toplaşmaları epizodlarında öz əksini tapmışdır.
İTİRİLMİŞ MƏDƏNİYYƏTLƏRİN SİRRİ, 8-ci yazı: daş qəbirlər Marıqlıdır ki, uzaqgörənlərinin əsərlərində Qafqazda yaşayan prototürk tayfaları barədə də olduqca maraqlı məlumatlar qeydə alınmışdır. «Svill orakullarının kitabı»nın CXVII fəslində b. e. ə. 3600-cı ilə Yaxın Şərqdən Qara dəniz sahillərinə (Ayıdağ və Qaradağa)…
Göbəkkəsmə nişanlı olan bu gənclər ancaq bir-biri ilə yetkinlik yaşlarında görüşürlər. Qız nişanlısına özünü danıb dayənin rolunu üzərinə götürür və bildirir ki, «Gəl, imdi sənünlə ava çıqalım. Əgər sənin atun mənim atumı keçərsə, onun atını (yəni Banıçiçəyin) dəxi keçərsən. Həm sənünlə ox atalım. Məni keçərsən, anı dəxi keçərsən və həm səninlə güləşəlim. Məni basarsan, anı dəxi basarsan». Maraqlıdır, oğuz igidi Beyrək yaxşı anlayır ki, rəqibi qadındır, lakin fərqinə varmadan onunla at çapmağa, ox atmağa, güləşməyə razılıq verir. Hətta sonda basılacağından ehtiyatlanıb «el içində başına qaxınc, üzünə toxunc (rişxənd) etməsinlər» deyə qadınlıq əlamətlərindən faydalanmaqla qələbə çalır: qızın sinəbağını ələ keçirir, döşündən yapışıb arxası üzərinə yerə vurur. Beləliklə, «hiyləyə» əl atmaqla dayə nişanındakı nişanlısına üstün gələndən sonra Banıçiçək Bamsı Beyrəyi qəbul edir.
Eposda Qanturalı öz obasının qızlarını bəyənmir, ona görə ki, nərmənfzikdirlər, at çapa, ov ovlaya, baş kəsə bilmirlər. Özünə arvad tapmaq məqsədilə başqa diyarlara üz tutur və ürəyi istədiyi yarla məhz ərbatların (amazonkaların) ilkin vətənində – Kiçik Asiyanın Trabzon əyalətində rastlaşır….
Dan – Günəş tanrı səhər, Ay tanrı isə gecə çayda öz əksinə tamaşa edir. Su, əsgi inama görə, Günəş və Ay tanrılarının üzünü görən ilk varlıqdır.
SAVROMATLAR. Q.A.Stratanovskaya tarixin atasına istinadən yazır ki, amazonkalar haqqında mif matriarxat (anaxaqanlıq) dövrünün izləri olaraq ilk dəfə qədim skif tayfaları arasında yayılmışdır. Uyğun təsəvvürlər sonralar kari, laki və lidilərdə də mövcud olmuşdur. Qadınların «kişilərsiz cəmiyyət» qurub müstəqil yaşamaları ideyası Qafqaz…