Category: Elmi məqalələri

“Koroğlu” – ilk nəşri olduğu kimi

Azərbaycan eposunun ilk nəşrində erməni tərcüməçi məqsədli şəkildə İ.Şopenə aşığın danışdıqlarını özü istədiyi şəkildə tərcümə etmişdir. Xalq qəhrəmanı Koroğlu guya öz adına yaraşmayan hərəkətlər edir. Onun milli mentalitetimizlə bir araya sığmayan addımlar atması mü- asir oxucuda rəğbətdən çox, nifrət oyadacaq. Düşmən hələ o zaman məkrli planlarını həyata keçirmək məqsədilə dünyaya məxsus mənəvi sərvəti ləkələməyə çalışmışdır. Tarix göstərir ki, bu gün ermənilərlə türklər arasında gedən mücadilənin kökü çox dərinlərdən gəlir. Belə qərara gəldik ki, əvvəl «Koroğlu»nun Şopen variantını olduğu kimi çap edək və sonra oradakı şərhlər, yanlışlıqlar barədə fikir mübadiləsi aparaq.

QAFQAZ TURİZM. Sayı 001

İkinci minilliyin sonunda Azərbaycan müstəqillik əldə etdi. Yeni əsrin ilk illərində respublikamızda dövlət quruculuğu işləri başa çatdı. Ölkəni ümummilli lider Heydər Əliyev durğunluqdan çıxartdı. Tarix boyu Qafqazın Rusiya, İran, Gürcüstan, Ermənistan arasında paylaşılan türk ərazilərinin daha xırda hissələrə parçalanmasının qarşısı alındı.

YARANIŞ, OYANIŞ VƏ YENİLƏŞMƏ BAYRAMI

Qədim türklər təbiətlə bağlanan bayramlara xüsusi önəm verirdilər. İlk olaraq işığın mənbəyinə – günəşə, aya, ulduzlara tapınan əcdadlarımız bütün zamanlarda başını uca tutmuş, həmişə ümidini göylərə dikmiş, təsəllisini göylərdən almış və əllərini göyə qaldırıb göy üzündən pənah diləmişlər. İşıq – istilik – canlılıq Xeyrin, qaranlıq – soyuq – ölüm isə Şərin əlamətləri sayılmışdır. Əsas tapınaqları təbiət və onun hadisələri olmuşdur. Təbiətin bir üzünün ağlığı (işıqlılığı), digərinin qaralığı (qaranlıqlığı), bir çağının istiliyi, o birinin soyuqluğu də Xeyrə, Şərə yozulmuşdur. Xeyirin zamanı yazın gəlişi ilə başlayır. Novruz bayramı dünyanın Asiya, Avropa və Afrika kimi üç böyük qitəsində müxtəlif etnosları, xalqları, etnik qrupları, dövlətləri, siyasi quruluşları, ideologiyaları, tarixi və müasir mədəniyyətləri, səmavi və qeyri-səmavi dinləri, adət-ənənələri, dil ailələrini, mədəni arealları, insanlığın keçmişi, bugünü və gələcəyini biri-biri ilə birləşdirən, onlar arasında sosial, siyasi, mədəni, psixoloji harmoniya və sülhü bərqərar edən fenomenal mədəniyyət hadisəsidir. Novruz bayramı öz tarixi-mədəni kökləri etibarilə onu dünən və bu gün qeyd edən xalqların bayramı olmaqla yanaşı, həm də öz teokosmik-ümumbəşəri mahiyyəti baxımından bütün dünyada insanlığın yenilənmə və sülh bayramıdır.

NİZAMİNİN MƏHƏBBƏT İDEALI: MİF, ƏFSANƏ, YOXSA GERÇƏKLİK?

Kitabda Azərbaycan və dünya ədəbiyyatının görkəmli siması Nizami Gəncəvi yaradıcılığı ilə bağlı məqalələr toplanmışdır. Məqalələr Nizami irsinin bədii-estetik cəhətdən tükənməz olduğunu göstərməklə yanaşı, nizamişünaslığın Azərbaycan humanitar-filoloji fikrinin aktual və perspektivli sahəsi olduğunu bir daha ortaya qoyur. Kitabdakı məqalələrin bir çoxu dahi şairin anadan olmasının 870 illik yubileyi ilə bağlı AMEA Folklor İnstitutunda keçirilən elmi sessiyada oxunmuş məruzələr əsasında hazırlanmışdır. Kitabda Ramazan Qafarlının iki iri həcmli məqaləsi verilmişdir: 1.NİZAMİ POEZİYASINDA MƏKAN, ZAMAN VƏ KƏMİYYƏT VƏHDƏTİ: DİNİ-MİFOLOJİ DÜŞÜNCƏ KONTEKSTİNDƏ. 2. NİZAMİNİN MƏHƏBBƏT İDEALI: MİF, ƏFSANƏ, YOXSA GERÇƏKLİK?

NİZAMİ POEZİYASINDA MƏKAN, ZAMAN VƏ KƏMİYYƏT VƏHDƏTİ: DİNİ-MİFOLOJİ DÜŞÜNCƏ KONTEKSTİNDƏ

Kitabda Azərbaycan və dünya ədəbiyyatının görkəmli siması Nizami Gəncəvi yaradıcılığı ilə bağlı məqalələr toplanmışdır. Məqalələr Nizami irsinin bədii-estetik cəhətdən tükənməz olduğunu göstərməklə yanaşı, nizamişünaslığın Azərbaycan humanitar-filoloji fikrinin aktual və perspektivli sahəsi olduğunu bir daha ortaya qoyur. Kitabdakı məqalələrin bir çoxu dahi şairin anadan olmasının 870 illik yubileyi ilə bağlı AMEA Folklor İnstitutunda keçirilən elmi sessiyada oxunmuş məruzələr əsasında hazırlanmışdır. Kitabda Ramazan Qafarlının iki iri həcmli məqaləsi verilmişdir: 1.NİZAMİ POEZİYASINDA MƏKAN, ZAMAN VƏKƏMİYYƏT VƏHDƏTİ: DİNİ-MİFOLOJİDÜŞÜNCƏ KONTEKSTİNDƏ. 2. NİZAMİNİN MƏHƏBBƏT İDEALI:MİF, ƏFSANƏ, YOXSA GERÇƏKLİK?

ƏRGƏNƏKON – türkün əzəli yurda dönüşü, yaxud bir törənin tarixçəsi

Ey türk milləti, uyuma! Torpağına sahib çıx!..
Bu, çağırışı və göytürklərin törəyişini anladan “Ərgənəkon” qədim bir türk dastanının adıdır. Onun izlərinə Çin mənbələrində rastlaşırıq. Ulu əcdadlarımız söyləyirlərmiş ki, türklər bir zamanlar düşmən tərəfindən hiylə ilə yenildiklərindən böyük itki verərək doğma yurdlarını tərk etmək məcburiyyətində qalmış və Ərgənəkon ovalığına sığınmışlar. Uzun zaman keçəndən sonra yenidən yüksəlmiş, artıb çoxalmış, orduları dəniz kimi coşub dalğalanmış, onlar təkrar əski yurdlarına dönərək düşmənlə çarpışmış, ata-baba torpaqlarını geri almışlar.

“Dədə Qorqud kitabı” türkdilli ilkin yazılı abİdələrdən bİrİ kimi

«Dədə Qorqud» türklərin dünya mədəniyyəti xəzinəsinə bəxş etdiyi ən möhtəşəm abidələrdən biridir. Heç bir xalqda analoqu tapılmayan elə bir ədəbi əsər nümunəsidir ki, onda əcdadlarımızın ilkin dünyagörüşündən başlamış orta çağların tarixi hadisələrinə qədər əksər sosial institutların izləri əks olunur, daha dəqiq desək, Qafqaz türkünün milli xarakteri, psixologiyası, adət-ənənələri, dini, fəlsəfi baxışları, əxlaqı, dövlət quruculuğu, qəhrəmanlıq səlnaməsi, ailə münasibətləri (ər-arvad, ata-oğul), Vətənə, torpağa bağlılığı, qonşularla əlaqələri, ritualları, məişəti, yaşayış tərzinin əksər atributları, daxili və xarici düşmənlərlə mübarizəsi, müxtəlif təbəqələrə və yaş dövrlərinə məxsus insanların davranışı, şifahi və yazılı dilinin tarixiözünə yer tapır.

Dünya xalqlarının qədimliyini, ilkinliyini təsdiqləyən faktlardan biri epos-dastan ənənəsinin mövcudluğu, xüsusilə onların şifahi mətninin qədim və orta əsrlərdə yazı yaddaşına köçürülməsi, söz ustaları tərəfindən nəzmə çəkilməsi və mədəniyyətin sonrakı çağlarındakı ədəbi-bədii nümunələrdə bu əsərlərin izlərinin qorunub saxlanması hesab olunur. Bu mənada Türk dastan ənənəsinin, epos düşüncəsinin dünya mədəniyyəti xəzinəsində tutduğu mövqeyi, yeri müəyyənləşdirmək üçün başqa xalqların epos və eposdan törəyən yazılı abidələrini qatmaqla 3 min illik zaman xətti üzrə inkişaf xronikasını göstərən cədvəl tərtib etmişik

“KOROĞLU” EPOSUNUN İ.SOPEN VE A.XODZKO NEŞRLERİNİN (1840, 1842) MÜASIR METNLERLA MÜQAYİSELİ TEHLİLİ

Koroğlu» eposu Türk xalqlarının dünya medeniyyeti xezinesine bexş etdiyi en möhteşem edebi senet nümunelerinden biridir. Bu mohteşem xalq yaradıcılığı abidesinin yarandığı erazinin serhedlerini bir neçe istiqametde aşaraq geniş yayılmasının esas sebebi odur ki, mezmununda milli mehdudiyyet ve dini teessübkeşlik yoxdur, daha doğrusu, esas qayesi azadlıq ve ictimai haqsızlığa qarşı barışmazlıq ideyaları aşılamaqdır.

TÜRKÜN ƏSKİ BAHADIRLIQ DASTANLARI

Əski bahadırlıq dastanları. Əski türk bahadırlıq dastanlarını yaradan türk tayfaları – saka türkləri, hunlar, tukyular, göy türklər, on uyğurlar, doqquz oğuzlar bu gün heç yerdə ayrıca soy, xalq kimi təmsil olunmurlar. Onlar tarixin müxtəlif aşırımlarında öz missiyalarını yerinə yetirib, müasir türk xalqlarının içərisində əridilmiş, bir hissəsi isə başqa ad altında yenidən tarix səhnəsinə çıxmışlar (hunlar oğuzlaşdıqları kimi). Ona görə də müasir türk xalqlarından heç biri deyə bilməz ki, «Alp Ər Tonqa», «Şu», «Yaradılış», «Yurdu təketmə», «Göy türk», “Ərgənəqon” dastanları yalnız onlara məxsusdur.

Back to top