Topluya “Kitabi-Dədə Qorqud” dastanlarının ədəbi-bədii, linqvistik, estetik, mifoloji, etnoqrafik, tekstoloji və teoloji xüsusiyyətlərini araşdıran elmi-tedqiqat məqalələri daxil edilmişdir.
Category: Elmi məqalələri
“Kitabi-Türkmən lisani” oğuznaməsi şifahi “Dədə Qorqud” eposu (“dastanı” – yox, eposu: bu barədə irəlidə xüsusi bəhs olunacaq) ənənəsi ilə birmənalı şəkildə bağlı olan mətndir. O, poetik strukturunun hər bir səviyyəsi və həmin səviyyələri təşkil edən elementləri ilə istisnasız olaraq bütün hallarda “Dədə Qorqud” eposu nüvəsinə gedib çıxır. Bu, inkarolunmaz və mübahisəsiz məsələdir. Bu cəhətdən, “Kitabi-Türkmən lisani” oğuznaməsi şifahi “Dədə Qorqud” eposunun “postoğuz”, yəni türkman/türkmən epoxasındakı ənənəsinə aid əlyazma mətnidir. Lakin bu əlyazma oğuz babalarımızın şifahi “Dədə Qorqud” eposunun türkman/türkmən versiyası olsa da, o, heç bir halda və heç bir şərtlər daxilində yazılı “Kitabi-Dədə Qorqud” dastanının onunla eyniləşəcək, “nüsxə”ləşəcək yeni əlyazması deyildir.
Bizim nəsil ömrünün ən ehtiraslı və coşğun çağlarını acınacaqlı günlərdə yaşamışdır. İkinci Dünya müharibəsindən sonra dünyaya göz açan insanların uşaqlıq və gənclik çağları «itirilmiş» hesab edilirdi. Faşizmin törətdiyi cinayətlər bütün dünyanı bürüsə də, yaralar tez sağalmışdı. Bizim nəslin 1989-91-ci illərdə başlanan Qərbi Azərbaycan və Qarabağ acısı isə vəzifə düşgünlərinin səriştəsizliyi ucbatından hələ də ulu xalqı sarsıdır. XX əsrin sakinlərini neofaşistlərin caynağından ancaq Heydər Əliyev xilas edə bildi.