Heydər Əliyev və qədim Türk mifoloji-folklor irsi

Bizim nəsil ömrünün ən ehtiraslı və coşğun çağlarını acı­na­caqlı günlərdə yaşamışdır. İkinci Dünya müharibəsindən son­ra dünyaya göz açan insanların uşaqlıq və gənclik çağları «itiril­miş» hesab edilirdi. Faşizmin törətdiyi cinayətlər bütün dünyanı bü­rüsə də, yaralar tez sağalmışdı. Bizim nəslin 1989-91-ci il­lər­də başlanan Qərbi Azərbaycan və Qarabağ acısı isə vəzifə düş­gün­lərinin səriştəsizliyi ucbatından hələ də ulu xalqı sarsıdır. XX əsrin sakinlərini neofaşistlərin caynağından ancaq Heydər Əli­yev xilas edə bildi.

Ulu əcdadlarımız belə hesab edirdilər ki, ildə bir dəfə öl­müş babalarının ruhları öz nəvə-nəticələrinə baş çəkməyə gə­lir­lər. Ata-baba ruhlarının gəlişinin vaxtı İlaxır çərşənbələrə düşür. Əgər onlar görsələr ki, törəmələri yaşayan evlərdə tonqallar qa­lan­mır, ocaqlar sönüb, elə bilirlər ki, qoyduqları adət-ənənələr tap­danıb, övladlarına qalan var-dövlət göyə sovurulub, hər şey məhv olub, qayıdıb gedir və bir də o tərəflərə hərlənmirdilər. Bir də son çərşənbə axşamı görsələr ki, ocaqlardan tüstü gəlmir, xö­rək­lər bişirilmir, nəvə-nəticələri deyib-gülmürlər, ac-ya­la­vac­dır­lar, küsülüdürlər, onda da inciyər və bir də oralara gəlməzlər. Məhz bu inama görə, İlaxır çərşənbələrdə tonqallar qalanır, şən­lik­lər keçirilir, umu-küsü aradan götürülür… Xalqımızın bu adə­ti­ni eşidən rus alimləri belə bir qənaət irəli sürmüşdülər ki, qə­dim­lərdə (lap başlanğıcda) bu cür adət-ənənəsi, görüşü olan xalq an­caq humanist və qurub-yaratmağa meylli olmalıdır. Və azər­bay­canlılar ağsaqqalla nəfəs alan, böyüklü yerdə özünü daha ra­hat hiss edən xalqdır. Ulu əcdadlarımızın bu inancının işığında ha­mı bir yumruq kimi Prezidentin ətrafında birləşib müstəqil döv­lətçiliyimizi qorumalıdırlar. Elə etməliyik ki, bizi yoxlamağa gə­lən Dədə Qorqudun, Babəkin, Nizaminin, Koroğlunun, Hey­dər Əliyevin ruhu bölünməzliyimizi, birliyimizi görüb ilahi alə­min yüksəkliyinə rahat qalxsınlar.

Ötən əsrin ikinci yarıyarısında olub-keçənləri bir də ya­şa­dım. Dünyada 69-cu ildən üzü bəri elə bir hadisə tapmadım ki, onun düzgün istiqamət almasına Heydər Əliyev dühasının az da ol­sa işığı düşməsin. Tanıdığımız dövlət xadimləri müasir dünya si­yasəti qarşısında on-on beş ildən artıq duruş gətirə bilməyiblər, mey­danı çox hallarda biabırçı şəkildə tərk edib, qazandıqları nü­fu­zu da əldən veriblər və bu gün ömür sürmələrinə baxmayaraq, yad­daşlardan siliniblər. Belələrinin uzun siyahısı durur göz­lə­ri­miz önündə. Çünki son 30 il həm də mənim yaşıdlarımın ömür pa­yına düşən dövrdür. Mürəkkəb, qarmaqarışıq hadisələr axı­nın­da yalnız Türk dünyasının böyük siyasətçisinin – Heydər Əli­ye­vin xalq tərəfindən həmişə dəstəkləndiyini və siyasət mey­da­nın­dan getmədiyininin şahidi olmuşuq. Heydər Əliyev on beş müx­təlif millətin dövləti zorla birləşdirib dünya hegemonluğu id­diasında olan Sovetlər  birliyində parlayaraq dünyada ta­nın­mış­dır.

Keçmiş SSRİ-nin Siyasi rəhbərliyi istəsə də, istəməsə də, ta­rix boyu başqa xalqların övladlarının dövlət kürsülərinə qalx­ma­sı­na maneçilik törədib. O ki qaldı, müsəlman və türk Azər­bay­ca­nın­dan çıxan bir şəxs olsun. Heydər Əliyevin bacarığı, hərtərəfli bi­liyi, natiqliyi, təşkilatçılığı, cəsarəti o qədər böyük olub ki, bü­tün səddləri yarıb keçib. Təsadüfi deyil ki, türk oğlunun keçmiş So­vet imperiyasında yüksək dövlət vəzifəsini tutması xəbəri dün­yaya yayılanda Türkiyədə və bir çox müsəlman ölkələrində bay­ram keçirilib. Onun şərəfinə ziyafətlər düzəldilib. Biz onda bu şəxsiyyətin nəhəngliyini dərk etmirdik, adi bir şey kimi ba­xır­dıq. İndinin özündə də onun gördüyü işlərin tarixi qiymətini düz­gün dərk etməyənlər var. Müasir dünya siyasətindən bo­ğaz­dan yuxarı dəm vuranlar az qala öz-lərini göyün yeddinci qatında hiss edirlər və Azərbaycan adlı ölkəni dünyada tanıdan şəxsin köl­gəsinə daş atmaqdan çəkinmirdilər.

Dövrün ziddiyyətlərindən baş çıxarıb zamanla ayaqlaşan təd­birlərə əl atmaq hər adama nəsib olmur. Doğrudur, bəzən bü­tün xalqın ayağa qalxmasından yaranan kütləvi hərəkatın önünə dü­şüb ad-san qazananlar tapılır. Sovet imperiyasının və er­mə­ni­lə­rin Azərbaycana yönələn düşünülmüş xəyanətindən lərzəyə gə­lən yurddaşlarımızı coşğun dağ çayına bənzətmək müm­kün­dür. Üzü aşağı böyük sürətlə gəldiyi üçün köpüklü sular qa­ba­ğı­na çıxan quru ağac kötüklərini, daş-çınqılı, çör-çöpü ağuşuna alıb irəli aparır. Düz yerə çatanda isə qəzəbi soyuyur, durulur, gə­tirdiyi zir-zibil suyun üzünə çıxır. Sanki sular neçə kilometr yol qət edərək çiyinlərində daşıdıqlarının boşluğunu, əhəmiy­yət­siz­liyini görüb xəcalət çəkir. Xalq hərəkatının kortəbii dal­ğasın­da meydana tullanan liderləri məhz təbiətin bu hadisəsi ilə mü­qa­yisə etmək olar. Çığır-bağır salıb özlərini böyük «lider» sa­yan­lar sabitlik yaranan kimi qına girdilər. İrəli sürdükləri mə­sə­lə­lərin bircəciyini də həyata keçirə bilmədilər. Ölkəni bərbad kö­kə salıb öz başlarını bəladan qurtarmaq üçün məhz Heydər Əli­ye­vin böyüklüyünə, siyasi ağlına və qeyrətinə sığındılar. Həyat sü­but etdi ki, əsl siyasətçi xalqın qəzəbindən faydalanıb vəzifə ar­zusuna düşməz. Sağlam düşüncəsi, əməlləri, qurub-yaratmağı ilə insanları özünə inandırandan sonra hansısa iddia ilə meydana gi­rər. Yalnız dövlətçilik ənənəmizi Allah vergisi kimi qəbul edib əməl­lərində yaşadan ümummilli lider Heydər Əliyevin təcrübəsini öyrənməklə müs­təqil Azərbaycanı inkişaf etdirmək, irəli aparmaq müm­kün­dür.

Bütün canlılardan fərqli olaraq, Allah-taala insanlara dərin zə­ka, fəhm verib. Geriyə baxmaq, keçdiyi yola, gördüyü işlərə qiy­mət vermək, səhvlərindən nəticə çıxartmaq, nöqsanlarını aradan götürmək bacarığını bəxş edib. Biz bu bacarıqdan is­ti­fa­də edərək yaşadığımız həyata, keçdiyimiz yola dönə-dönə nə­zər salırıq: bu günümüzü qiymətləndirir, sabahımız, gələcəyimiz üçün yol seçirik. Heydər Əliyevin qurduğu müstəqil Azərbaycan Döv­lətinin çiçəkləndiyi günlərdə bir növ geriyə boylanır, ke­çil­miş yola qiymət verməyə calışırıq. Və bu zaman, təbii ki, böyük bir həyatın, tamamilə xalqa həsr edilmiş işıqlı bir ömrün mənalı il­lərini görür və düşünürük. Bu böyük ömrün zəhmət dolu illəri bir kino lenti kimi gözlərimiz qarşısından gəlib keçir. Bu ömrün hər ayı, hətta hər günü və saatı da xalqımızın, ölkəmizin öm­rü ilə elə qaynayıb-qarışıb, biri digərini elə tamamlayıb ki, onları bir-birindən ayırmaq mümkün deyil. Bu ömür xalq üçün ya­şa­nıb, elin-obanın taleyi ilə qovuşub.

Tarix Türk dünyasına daim böyük şəxsiyyətlər bəxş et­miş­dir. XX əsr də istisna deyil. Bu əsr dünyaya iki böyük dövlət baş­çısı, ictimai və siyasi xadim bağışlayıb. Onlardan biri əs­ri­mi­zin birinci yarısında Türkiyəni parçalanmaqdan, bir dövlət kimi məhv olmaqdan xilas edən Mustafa Kamal Atatür, digəri isə əsrimizin ikinci yarısında siyasət meydanına çıxan və Azərbayçan Res­publikasını parçalanmaqdan, məhv olmaqdan xilas edən, onun müstəqilliyini qoruyub saxlayan böyük siyasətçi, diplomat, xalq tərəfindən dərin məhəbbət və səmimiyyətlə sevilən dünya şöh­rəltli Heydər Əliyevdir.

Bir cavab yazın

Back to top