Heydər Əliyev və qədim Türk mifoloji-folklor irsi

Cavahirləl Nehru həbsxanasından qızı İndira Qandiyə ya­zır­dı ki, «Mustafa Kamal 600 illik Osmanlı imperiyasını Yer üzün­dən silməyə calışanlara qarşı çıxıb külə dönmüş Türkiyəni ayağa qaldırdı»[1]. O Hind xalqını Dünya tarixində baş vermiş qlo­bal hadisələrə nəzər salmağı tövsiyə edərkən məhz Atatürkü nü­munə götürüb ölkəni müstəmləkəçilikdən xilas etməyin yol­la­rı­nı göstərdi. Dünya çempionu olmuş bir şahmatçı isə müsa­hibə­lə­rinin birində deyirdi ki, əgər bütün ölkələrin siyasi liderlərini şah­mat taxtası önünə çıxartsan, hamısı Heydər Əliyevin siyasi ge­dişləri qarşısında mat vəziyyətinə düşər. Və əsrimizin son ilin­də Atatürkün adını daşıyan Beynəlxalq mükafata Heydər Əliye­vin layiq görülməsi təsadüfi deyildi.

Tariximiz, taleyimiz üçün belə sınaqlı günlərdə bir xalqa Hey­dər Əliyev kimi fövqəladə istedada malik şəxsiyyət bəxş et­mə­sini Tanrının həmin xalqa böyük məhəbbətinin ifadəsi ki­mi qəbul etmək olar. Yaşlı nəslin yaxşı yadındadır: 1969-cu il­də Heydər Əliyev rəhbərliyə gələn kimi respublikada böyük bir can­lanma baş verdi: elə bil yatmış bir nəhəng yuxudan oyan­mışdı. Zavodlar, fabriklər tikilir, yeni iş yerləri açılırdı. Hər­tə­rəf­li qayğı ilə əhatə olunmuş mədəniyyət çiçəklənir, ədəbiy­ya­tı­mız, musiqimiz dünya miqyasına çıxırdı. Kənd təsərrüfatı sa­hə­sin­dəki inkişaf ailələrə rifah, firavanlıq gətirirdi.

Ömrüm boyu elm və təhsil sahəsində çalışdığım üçün bu sa­hədəki dəyişikliklər məni xüsusi sevindirdi. İnsanlarda sa­vad­lan­mağa, biliyini – ixtisasını artırmağa bir stimul yaranmışdı. Tar­lada, çöldə çalışan zəhmət adamları, xərüqələr göstərən əmək­çilərin əksəriyyəti Kənd Təsərrüfatı İnstitutunda təhsil alır­dı­lar. Müntəzəm olaraq, hər il 100 nəfər gəncin İttifaqın böyük şə­hərlərinin qabaqcıl ali məktəblərinə göndərilməsi ixtisaslı kadr­lar hazırlanmasında çox müsbət rol oynamışdı. Heydər Əli­yev özünəməxsus böyük uzaqgörənliklə Azərbaycanın müstəqil ola­cağı günü düşünür və bunun üçün müəyyən tədbirlər həyata ke­çirirdi. Bu böyük şəxsiyyət riskə gedərək bir növ dövlət içə­ri­sin­də dövlət qururdu. Keçmiş SSRİ kimi hərbi qüdrətə malik bir döv­lətdə C.Naxçıvanski adına Hərbi Məktəb təşkil etmək əsl və­tən­daşlıq qeyrətinin bəhrəsi idi. Respublikamızda hərbi mü­tə­xəs­sislərin yetişdirilməsinə xidmət edəcək bu addımın atıl­ma­sın­da böyük maneələrlə üzləşsə də, kifayətlənməyərək bir qədər son­ra Zaqafqaziya respublikaları arasında ilkin olaraq N.Tusi adı­na ADPU-nun «İbtidai hərbi və fiziki təlim» fakültəsinin açıl­masına nail oldu. Paralel surətdə o vaxtlar Azərbaycandan SSRİ-nin müxtəlif hərbi məktəblərinə ildə 700-800, hətta bəzən 1000 nəfər göndərilir, hərbi sənətin müxtəlif sahələrinə isti­qa­mət­ləndirilirdi. Bütün bu tədbirlərin nəticəsidir ki, hazırda Milli Or­dumuzda yüksək hazırlıqlı zabitlər var. İndi döyüş böl­gə­lə­rin­də düşmənlə üz-üzə dayanan yüksək rütbəli, hazırlıqlı hərbi za­bit­lərin əksəriyyəti bu təhsil ocaqlarının məzunlarıdır. Bax, elə bir­cə xidməti, Milli Ordumuzun yaradılmasında həlledici rol oy­na­yan bu addımı Heydər Əliyev adının Azərbaycan tarixinə qızıl hərf­lərlə yazılması üçün kifayət idi. Halbuki, o, bütün sahələrdə fe­nomenal dəyişikliklər etmiş, ölkənin istənilən sahəsini yüksək in­kişaf yoluna istiqamətləndirmişdi.

Fransız yazıçısı Viktor Hüqo yazır ki, «Xalqın böyüklüyü onun sayı ilə ölçülmür. Buna uyğun olaraq insanın böyüklüyü də onun boyunun ucalığı ilə müəyyənləşmir. Bunun üçün ağıl, şan-şöh­rət və cəsarət yeganə ölçüdür. O adam böyükdür ki, hər işin­də böyük nümunə göstərir». Bu mənada ümummilli liderimizin hər əməli bizim üçün örnək deyilmi?

Heydər Əliyevin mədəniyyətə, ədəbiyyata qayğısı[2], bu sa­hə­ni daim öz himayəsi altına alması, sənət adamlarına böyük diq­qəti hamının gözü qarşısında baş vermişdi. Təsədüfi deyil ki, ki, yeddi milyonluq əhalisi olan Azərbaycanda sənət adam­ların­dan səkkiz nəfəri Sosialist Əməyi Qəhrəmanı adını almışdı. Nə qə­dər SSRİ xalq artisti, SSRİ dövlət mükafatı laureatı var idi. Bun­ların hamısı Heydər Əliyevin milli marağa söykənən şəxsi tə­kidi və yaxından iştirakı sayəsində olmuşdu. Danışırlar ki, ən yük­sək səviyyəli görüşlərin birində SSRİ mədəniyyət naziri De­mi­çev yarıciddi, yarızarafat Heydər Əliyevə demişdi ki, Uk­ray­na boyda respublikada yalnız iki nəfər sənətçi Sosialist Əməyi Qəh­rəmanı adı alıb. Azərbaycanda isə 8 nəfər bu ada layiq gö­rü­lüb. Bu necə olur? Heydər Əliyev də təmkinlə cavab verib ki, bi­zim xalqımız istedadlı xalqdır. Siz bu adları elə-belə pay­la­mır­sı­nız ki? Biz təqdim edirik, siz də görürsünüz ki, doğrudan da la­yi­qli adamlardır, mədəniyyətin inkişafında xidmətləri var, ona gö­rə də verirsiniz.

Hər ölkənin sabahı, gələcəyi onun gəncləri ilə bağlıdır. Bu gənc­lərə göstərilən qayğıdan asılıdır. Heydər Əliyevin çox­cə­hət­li fəaliyyətində gəncliyə böyük qayğı və diqqət də mühüm yer tu­turdu. Onun gənclərə ünvanlanmış «Sizin ən ümdə vəzifəniz və­tənə, ölkəmizə, doğma torpaqlarımıza daim sədaqətli ol­maq­dır. Heç bir gənc bunu heç vaxt unutmamalıdır. Nə olursa-olsun, Və­tənə, xalqına, ölkəsinə, dövlətinə sədaqət hər bir gənci daim ya­şa­dacaq və ona cəmiyyətdə özünə layiq, özü istədiyi yeri tap­ma­ğa imkan verəcəkdir» sözləri bu gün də hamının üzərində bö­yük məsuliyyət qoyur.

Heydər Əliyev fenomenliyini, onun Tanrıdan gələn siyasi is­tedadını təkcə kor olanlar görmürdülər. Hətta bizə dost ol­ma­yan xarici müxbirlər də bu istedadın işığını duyur, onu dana bil­mir­dilər. Rus mətbuatında getmiş bir yazıdan misal gətirmək is­tə­yirəm. Yazının sonunda müəllif yazırdı: «Hakimiyyətə gəlmək is­təyən insanlar onun təcrübəsini araşdıra və öyrənə bilərlər. Am­ma bunun çətin ki, təkrarı olsun. Çünki bütün başqa is­te­dad­lar kimi, siyasətçi istedadı da anadangəlmədir, fitridir». Heydər Əli­yev dühası, bacarığı, istedadı və qabiliyyəti də fitri idi, Allah ver­gisi idi.

1970-ci ildə Azərbaycan KP Mk-nın katibi kimi Heydər Əli­yev bir təhsil ocağına gəlmişdi. Professor –müəllim heyəti ilə gö­rüşdə o, başqa sovet rəhbərlərinə xas olmayan tərzdə – təmiz Azər­baycan dilində çıxış etdi. Bugünkü nəsil üçün bu adi fakt­dır. Ancaq bilsəniz ki onda bu, necə böyük hadisə idi. Çünki, o gü­nə kimi bütün rəsmi görüşlər rus dilində aparılırdı. Ana dilin­də danışmaq az qala qəbahət, səviyyəsizlik, böyük vəzifəli şəxs­lər üçün isə millətçilik təzahürü kimi qiymətləndirilirdi. Rus di­li­ni mükəmməl bilməyənlər öz vətənlərində əməlli-başlı əziyyət çə­kirdilər. Vəzifəyə aparan qapılar onların üzünə bağlı olurdu. Bax, belə bir vaxtda Heydər Əliyev səviyyəsində bir adamın azər­baycanca nitq söyləməsi çox ciddi addım idi. Müqayisə üçün baş­qa bir dövlət başçısını da yada salaq – xalqı boyun-duruq al­tın­da saxlamaqdan ötrü Azərbaycana göndərilən Ə.Vəzirovu. Doğ­ma ana dilində üç sözü bir-birinə calayıb fikrini ifadə et­mə­yi barmayan bu imperiya nökərinin nitqi haqqında az qala Mol­la Nəsrəddini üstələyən sayda lətifə danışırdılar. O bu millətin oğ­lu olduğunu, ancaq yüksək vəzifə kürsüsündə xatırlamışdı, la­kin xalqın gözü tərəzidir, nə onun «təzə hamam»larını qəbul elə­di, nə də «əkdiyi qoz ağaclarını».

Heydər Əliyevin nitqinin səlistliyi onun xalqının şifahi və ya­zılı ədəbiyyata vurğunluğundan irəli gəlirdi. Klassik və mü­asir Azərbaycan yazıçılarının əsərlərini onun sevdiyi qədər heç kəs mütaliə etmirdi. Dünyada bütün zamanlar üçün natiqliyin ye­ganə ustası Demosfen sayılır. O öz çıxışları ilə Makedoniyalı İs­gəndər kimi dünya fatehini qorxuya salırdı. Heydər Əliyev on­dan fərqli olaraq iki dildə böyük söz ehtiyatına malik idi, elə bir jur­nalist sorğusu və problem yox idi ki, onun qarşısında aciz qal­sın. Elmin, incəsənətin, ədəbiyyatın, texnikanın və istehsalın elə bir sahəsini tapmaq mümkün deyildi ki, onun barəsində ən baca­rıq­lı tədqiqatçı, sənətşünas və mütəxəssis kimi söz açmasın. Na­tiq­liyinə görə Heydər Əlirzə oğlunu ancaq Siseron və De­mos­fen­lə müqayisə etmək olar. Onun dövlət rəhbərliyindən əvvəl işlə­diyi yüksək vəzifələrdə ancaq rus dili işlənirdi. Lakin həmişə xalqla – zəhmət və sənət adamları ilə təmasda olan ölkə başçısı da­im ana dilinin inkişafına çalışırdı. O, gülərüzlüyü, səmimiliyi, bir də saf söhbətləri ilə əbədilik yaddaşlara həkk edilib.

Heydər Əliyevin ən böyük keyfiyyəti demokratiklik idi. Mət­buat və söz azadlığına görə bu gün Azərbaycan heç bir ölkə ilə müqayisəyə gəlmir. Televiziya verilişlərinin birində maraqlı bir hadisə lentə alınmışdı. Vətənindən çox uzaqda jurnalistlərlə gö­rüşdə tanınmış bir aparıcı Heydər Əliyev fenomeni qarşısında məğ­lub olduğunu görüb verilişin çox uzandığını bəhanə edir, qur­tarmaq istədiyini bildirir. Bu zaman Heydər Əliyev özünə xas təbəssümünü gizlətməyərək deyir:

– Biz Azərbaycandan, böyük okeanların üstündən keçib buraya gəlmişik ki, ölkənizdəki demokratik ab-havadan udaq və sizdən öyrənək. Özünüz onu pozmağa çalışırsınız.

Aparıcı pərtliyini gizlətməyə çalışaraq söyləyir:

  • Anam mənə dönə-dönə tapşırıb ki, məşhur siyasətçilərin qar­şı­sın­da çox oturmayım. Onun xahişini yerinə yetirirdim.

Bu müdrik İnsan dünyanın ən inkişaf etmiş ölkələrində məş­hur insanları heyran qoymaqla öz xalqına heykəl ucalt­mır­dı­mı? İnsanlar dünya yarananda hər işi tanrının adı ilə bağlayırlar. De­yəsən, daşdan, torpaqdan, müharibədən, məhəbbətdən, gül­dən tutmuş ən xırda həşəratın da Allahı olub, təkcə siyasət aləmi in­san­la bağlanıb. Əgər siyasətin Allahı yoxdursa, deməli, Tanrı XX yüzilliyin son illərində və yeni əsrin əvvəlində Yer kü­rə­sin­də bu işi icra etməyi Heydər Əliyevə tapşırmışdı. Mişel Nost­ra­da­mus yazırdı ki, ikimininci illərə yaxın türklər arasında bir şəx­siy­yət peyda olacaq və onun ağlının qüdrəti ilə Türk dünyası ye­ni dövrə qədəm basacaq. Bu, Heydər Əliyev şəxsiyyətinə işarə de­yilmi?

Vətənə həsr olunan böyük ömürdə dərin uçurumlarla da rast­laşıb. Bir vaxtlar kölgəsində daldalanıb yuxarılara quyruq bu­lamaqla Kremlin nökərinə çevrilənlər elə bilirdilər ki, Azər­bay­can xalqını Heydər Əliyevdən, Heydər Əliyevi isə Azər­bay­can­dan ayırmaq mümkündür. Çünki onu siyasət meydanından uzaq­laşdırmağa cəhd göstərməklə Qorbaçov kimilər Azərbaycan xal­qının başına müsibətlər açmağı planlaşdırmışdır. Çirkin məq­səd­lərini həyata keçirmək üçün bu torpağın himayədarının – Hey­dər Əliyevin əl-qolunu bağlamaq lazım gəlirdi. Və istəyirdi ki, Azərbaycan vətəndaşlarını öz müdrik rəhbərinə qarşı qoy­maq­la onu gücsüzləşdirsinlər. Bəli, ağrılı günlər idi.

Dünya siyasətinə bələdçilik edən bir şəxs hər şeyə dözdü, çox kiçik bir vəzifə tutmaqla da olsa, parçalanmaq təhlükəsi qar­şı­sın­da qalan yurdunda olmaq istədi. Bəlkə də Tanrı Azər­bay­canı düşmən tapdağından xilas etmək üçün öz istəkli bəndəsini sı­naqdan keçirirdi, onu bir də qaldırmaqdan ötrü endirirdi.

Bir cavab yazın

Back to top