Heydər Əliyev və qədim Türk mifoloji-folklor irsi

Ana dilində danışmağı yadırğayan «rəhbərlər» tərəfindən Hey­dər Əliyevin böyük bir ədalətsizliklə gözdən salınmağa cəhd olun­duğu günlərdə hər dəfə Prezident Sarayı qarşısından keçən-də iz­dihamlı binaya baxıb qəribə kövrək hisslər keçirirdim:

Əzizim bizim qala,
Həmişə bizim qala.
Tikmədim ki, özüm qalam
Tikdim ki, izim qala.

Onu da bilirəm ki, izi qalan qalalarda əvvəlcə yaşayarlar, onun gözəlliyini duyarlar, səfasını görərlər və sonra onu gələcək nə­sillərə hədiyyə kimi bəxş edərlər. Düşünürdüm, möhtərəm Hey­dər Əliyev bu binanı da başqa işləri kimi, xalqı üçün tikib. Adam­lar onun burada işləyəcəyinə, gördüyü bütün işlərdə ol­du­ğu kimi, qürur hissi keçirəcəyinə inanırdıq. Çünki Allah-Ta­ala­nın nəzərinin həmişə qeyrətli, zəhmətkeş adamların üstündə ol­du­ğunu bilirdik. Lakin bir vaxtlar bu müdrik rəhbərin sə­xa­və­tin­dən bəhrələnib, dövlət kürsülərinə dırmaşanların sonra xalqın düş­mənlərinin xidmətində duraraq bu möhtəşəm sarayda oturub onu ucaldanın ünvanına hədyan söyləmələri taleyin ədalətsiz bir səh­nəsi kimi qəbul edilməlidir.

Azərbaycanın dirçəlişi və tərəqqisi naminə bütün bilik və ba­carığına istedad və enerjisini əsirgəməyən böyük İnsanın ha­ki­miy­yəti dövrünü mərhələlərə, illərə, aylara bölsək, görərik ki, on­lar­dan hər biri – hər zaman kəsiyi böyük qələbələr, ölkəmizin çi­çək­lənməsinə, iqtisadiyyatın yüksəlməsinə səbəb olub. Onun ar­dı­cıl, düşünülmüş səliqə-sahmanla həyata keçirilən xarici si­ya­sə­ti nəticəsində Azərbaycan Dünya Birliyində demokratik, hüquqi döv­lət kimi tanınıb. Az bir müddət içərisində xüsusi nüfuza ma­lik beynalxalq təşkilatlara üzv qəbul olunub.

* * *

Hər bir xalqın hansı ərazidə məskunlaşdığının ilkin və ən mü­hüm göstəricisi arxaik mifoloji-folklor materialları və et­no­q-ra­fik daşıcıyılardır. İnsanlar coğrafi məkana, ocağa sahib olan an­dan orada öz izlərini adlarla (toponimlər, hidronimlər, tanrı isim­ləri və s.) qoyurlar. Yazı meydana gəlməmişdən qabaq Azər­baycan türkünün dünya haqqındakı təsəvvürləri Qobustan­da­kı rəsmlərdə, Azıx mağarasındakı məişət əşyalarında, şifahi şə­kildə formalaşan bədii yaradıcılıq nümunələrində, primitiv əmək alətlərində və məişət əşyalarında əks olunmuşdur. Qadın və kişi başlanğıcın animastik qayaüstü təsviri göstərir ki, ulu əc­dad özünün meydana gəlməsini 5 min il əvvəl də ata-anaya bağ­la­mışdır. Bu onu təsdiqləyir ki, türkün atalar kultuna inamının ta­rixi kökləri çox dərin qatlardan gəlir. Deməli, hər hansı bir et­no­sun mifologiyası və folkloru yaşadığı ərazinin təbiəti ilə yoğ­rul­mayıbsa, onun haqqı yoxdur ki, özünü həmin yerin köklü sa­ki­ni saysın. Bu mənada türkdilli xalqların Ural ətrafından, Qaf­qaz və Altaydan başlanan köç etməsi çox əski çağlardan bütün Asi­yanı bürümüş və Avropanın ətəklərinədək yayılmışdır.

Heydər Əliyev çıxışlarının birində bildirirdi: «Biz fəxr edi­rik ki, ata-babalarımız digər xalqlarla dostluq və qardaşlığa can atmışlar». Türk tarix boyu bir əlində qılınc, digər əlində mü­qəd­dəs «Kitab» tutub dünyanı bir bayraq altında birləşdirməyə ça­lışmış və qonşularını həmişə barışa, sülhə, onun gücü, qüdrəti, haq­qı, ədaləti qarşısında «il olmağa» çağırmışdı. Müdrik və sə­nət­karlıqla deyilmiş hər sözü öz andı bilib qorumuş, şər fikrə dü­şən­ləri isə Dədə Qorqud kimi mənəvi ucalığın kölgəsində utan­dır­mağı bacarmışdır. Ona görə ki, «bədii söz insanların ağlına və ürə­yinə daha tez yol tapır, daha dərindən nüfuz edir, onlara son də­rə­cə böyük təsir göstərir (Heydər Əliyev)».

Belə bir həqiqət var ki, hər hansı bir xalqı kölə vəziyyətinə sal­maq üçün onun tarixini əlindən almaq, ya da kökünü də­rin­lik­lər­dən uzaqlaşdırıb yaxın çağlara gətirmək lazımdır. Heydər Əli­ye­vin böyüklüyü ondadır ki, bu həqiqəti rəhbər vəzifəyə gəldiyi gün­dən başa düşüb daim diqqət mərkəzində saxlamış, doğma xal­qına tətbiqinin qarşısını almağa nail olmuşdur. O, Milli Elm­lər Akademiyasının əməkdaşları qarşısındakı çıxışında görkəmli elm xadimlərinə 20-30 il əvvəlki tövsiyələrini təsadüfi xatır­lat­mır­dı: «Tarixçilərimizin xatirində olmalıdır ki, mən Azər­bay­can­da işləyən dövrdə – 70-ci illərdə və 80-ci illərin əvvəllərində dəfə­lərlə onlara müraciət etmişəm ki, bizim tariximiz – həm qə­dim tariximiz, həm orta əsrlər tariximiz, həm də son dövrlərin, yə­ni XVIII, XIX, XX əsrlərin tarixi istənilən səviyyədə ya­zıl­ma­yıb. Tarixçilərin yadındadır ki, mən alimlərlə dəfələrlə görüş­müş­düm, hər dəfə də öz narahatlığımı bildirmişdim». Bu na­ra­hat­lığın əsas səbəbi ondan irəli gəlirdi ki, keçmiş sovet mə­ka­nın­da mənfur qonşularımız və onların mərkəzdəki havadarları Rus ça­rizm idarəçiliyində bünövrəsi qoyulan mənfur siyasəti (Qaf­qa­zı müsəlman türklərdən tam təmizləyib xristianlaşdırmaq, saxta «Bö­yük Ermənistan» xəritəsini simvolik şəkildə bərpa etmək) in­cəliklə davam etdirir, Azərbaycan xalqının qədimliyini təs­diq­ləyən faktlara göz yumur, ya da başqa səmtə yönəldir, qəribə kon­sepsiyalar irəli sürərək kökümüzü Qafqazdan uzaq salmağa səy göstərir, bununla da ulu babalarımızın yaşadığı əzəli ərazi­lə­rə XII yüzillikdən sonra gəldiklərini yaddaşlara yerləşdirmək niy­yəti güdürdülər. Heydər Əliyevin təkcə türkün Qafqazla əla­qə­lənən ilk yazılı eposunun yaranma tarixini 1300 əvvələ apar­ma­sı, bunu Beynəlxalq miqyasda keçirilən tədbirlərdə təs­diq­lə­mə­si, bir qədər kobud desək, gözə soxması göstərir ki, yüzlərlə ali­min yerinə yetirə bilmədiyi mühüm problemin təməlini əsaslı for­mada qoymuş və Türk Dünyası yazıçılarının III qurultayında belə bir həqiqəti də açıqlamışdır ki, «türkdilli xalqlar qədim, çox­əsrlik tarixi boyu Avrasiya qitəsinin böyük hissəsində ya­şa­ya­raq dünya, bəşər mədəniyyətinə böyük töhfələr vermiş, onu zən­ginləşdirmişdir. Qədim tarix boyu türkdilli xalqların həyatı cür­bəcür, bəzən xalqların varlığını təhlükə altına alan mü­ha­ri­bə­lər­lə, döyüşlərlə, təcavüzlərlə rastlaşmışdır. Ancaq xalqlarımızın də­rin kökləri, bir-birinə mənəvi bağlılığı onları bütün bu mər­hə­lə­lərdən, imtahanlardan, sınaqlardan çıxarmışdır». Ən maraqlısı odur ki, böyük öndərin tövsiyələrində örnək kimi istinad etdiyi əsas mövzu türk xalqlarının mifoloji görüşlərlə zəngin olan ta­ri­xi qəhrəmanlıq eposlarıdır. O, tarixi köklərimizin yazıçılar tə­rə­fin­dən işıqlandırılmasını yüksək dəyərləndirmiş, Şərqin ən möh­tə­şəm yazılı abidələrinin içərisindən türk xalqlarının yaratdığı əsər­ləri seçib diqqət mərkəzində saxlamağın, araşdırmağın və bü­tün dünyaya yaymağın vacibliyini nəzərə çatdıraraq bil­di­r­miş­dir ki, «Dədə Qorqud», «Manas», «Alpamış», «Koroğlu» das­tan­ları qədim dövrlərdə yaranmış, xalqlarımızın hamısına mən­sub olan dahi şairlərimiz, yazıçılarımız – Nizami, Yunus İmrə, Nə­simi, Əlişir Nəvai, Füzuli, Məhdimqulu, Mirzə Fətəli, Sabir, Cə­lil Məmmədquluzadə, Abay, Hüseyn Cavid və digərləri isə tür­kün tarixini, mənəvi dəyərlərini əks etdirən, onu dünyada ta­nıt­dıran ölməz əsərlər meydana gətirmişlər. Bütün bunlar nə­sil­lər­dən-nəsillərə ötürülərək «xalqımızı özünəməxsus milli-mə­nə­vi dəyərlər, o cümlədən ümumbəşəri dəyərlər əsasında tərbiyə et­miş, onlarda vətənpərvərlik, vətənə sədaqət hisslərini daim güc­ləndirmişdir (Heydər Əliyev)».

Faktlar göstərir ki, yüksək dövlət kürsülərində çalışarkən Hey­dər Əliyevi azərbaycanlıların tarixi taleyi və mənşəyinin la­bi­rintə salınması, ilkin dünyagörüşünün, mifoloji təsəvvür­lə­rinin yox­luğu kimi elmi əsası olmayan qənaətlərin irəli sürülməsi sar­sıt­mış, yüksək dövlət postları ilə daim irəliyə doğru cəsarətli ad­dım­larını ona görə atmışdı ki, həqiqəti üzə çıxarmaq üçün alim­lərin meydanını genişləndirməyə səlahiyyəti çatsın. O, Mə­həm­məd Füzulinin 500 illik yubileyi üzrə Dövlət Komissiyasının ic­la­sındakı yekun sözündə uzun illər ürəyini didib-parçalayan haq­sız­lıqlar və elmi yanlışlıqların baş alıb genişlənməsi barədə açıq­la­malar vermişdir: «Hamımıza məlum olan düşmən qüvvələr hə­mi­şə sübut etməyə çalışmışdır ki, Azərbaycan xalqının zəngin ta­rixi olmamışdır, onun kökü yoxdur. Şübhəsiz ki, bu cə­fən­giy­yat­dır». Kommunist ideologiyasının «iri addımlarla irəlilədiyi» çağ­larda belə (1981-ci ildə) onu narahat edən məsələlərdən biri Azər­baycan xalqının tarixinin bədii ədəbiyyatda dolğun əks et­di­ril­məsi olmuşdur. O, yaxşı dərk edirdi ki, millətlərin özünü­dər­ki­ni unutdurmaqdan ötrü onun tarixini saxtalaşdırmaq, kökünü də­rinlikdən yaxınlara gətirmək xətti yeridilir. Bu acı həqiqətin onun doğma xalqına tətbiqi ilə barışmadığını Azərbaycan ya­zı­çı­la­rının qurultayındakı nitqində açıq-aydın nümayiş etdirərək qə­ləm sahiblərinin fəaliyyətindən narazı qaldığını bildirmişdir: «Açıq demək lazımdır: Azərbaycan tarixinin bir çox parlaq sə­hi­fə­ləri bədii ədəbiyyatda layiqincə əks etdirilməmişdir».

Mənəvi dəyərlərin qorunması üçün bütün imkanları sə­fər­bər edən dövlət başçısı Azərbaycan və ümumiyyətlə, türklər haq­­qında formalaşan qeyri-etik və elmilikdən kənar qənaətləri alt-üst edən çoxsaylı tədbirlər həyata keçirmişdir. Onun səyi və prin­sipial mövqeyi nəticəsində dünya anlamağa başlamışdır ki, «Də­də Qorqud», «Manas», «Koroğlu» kimi eposlar düzüb-qo­şan xalq ancaq haqqa tapınar, şərə meyl göstərməz. H.Əliyev düş­mən­lərimizin hiyləgərliyinə yaxşı bələd idi. Ona görə də pre­zi­dentlik fəaliyyəti dövründə çalışırdı ki, türk xalqlarınının bir­li­yi­nə nail olsun. Bu birliyi o, vahid türk dövlətinin qurulması şək­lində deyil, məhz mənəvi dəyərlərin eyniliyini, oxşarlığını üzə çıxarıb mədəni amillər əsasında bir-birinə yaxınlaşma, milli ru­hu oyadıb kökə qayıtma kimi gerçəkləşdirməyə can atırdı.

Bu gün ayrıseçkiliyin yalnız bir məsələdə qabarıq şəkildə gö­rünməsinə isə sevinir – çünki türk xalqlarının hər birinin öz müs­təqil dövləti yaranmışdı. Cüzi dil fərqləri istisna olunmaqla, dün­yada yeddi müstəqil türk dövlətinin bayrağının dal­ğa­lan­ma­sı­nı (Azərbaycan, Türkiyə, Özbəkistan, Qırğızıstan, Qazaxıstan, Türk­mənistan və Türk Kipri) böyük qələbə sayırdı. O, türk xalq­la­rının mənəvi birliyindən qürurlanmaqla yanaşı, onların yüksək in­kişaf yolunu tutmasını arzulayaq deyirdi: «Bizim tarixi kök­lə­ri­­miz xalqlarımızın öz iradəsi ilə bir dilə, bir mənəviyyata, bir di­nə bağlı olduğuna görə çox dərindir və qeyd edim, mənəvi də­yər­lərmizin inkişafı tarixin bütün mərhələlərində nə qədər çə­tin­lik­lərlə, keçilməz yollarla rastlaşıbsa da, dayanmayıb, inkişaf edib, qalxıbdır. Amma indi isə, türkdilli xalqların müstəqil döv­lət­ləri olduğuna görə və bizim əlimizdə böyük imkanlar ya­ran­dı­ğı­na görə bu prosesləri daha da gücləndirə, daha da mütəşəkkil edə bilərik».

Türk mifik təfəkküründə ulu əcdad Oğuz dünyaya elə mi­si­ya ilə qədəm basır ki, haqqı tapdayanların dərsini versin, əda­lə­ti, düzlüyü sevənləri isə öz qanadı altına alıb şərdən, yad tə­ca­vüz­lərdən qorusun. Həmin missiyanı öz çiyinlərində an­caq bir şəxs daşıya bilərdi – türkün mənəvi yüksəkliyinə, müdrikliyinə və tarixi qəhrəmanlığına sığınan Heydər Əliyev!..

Siyasət aləmində Heydər Əliyevin ən böyük xidməti müs­tə­qil Azərbaycan dövlətininin özülünü və əsas sütunlarını qur­ma­sı, inkişafa, yüksəlişə istiqamətləndirməsidir. Lakin özünün də təsdiqlədiyi kimi «müstəqil dövlət olmaq üçün xalqın gərək men­talitet səviyyəsi olsun». Respublikada yaşayan insanları men­talitet səviyyəyə gətirən amillərin birincisi isə xalqın kö­kü­nün düzgün müəyyənləşdirilməsi, ilkin dünyagörüşünün – mi­fo­lo­giyasının bərpası, mənəvi-əxlaqi dəyərlərinin qorunması və adət-ənənlərinin haqqa, ədalətə, humanist ideyalara söy­kən­di­yi­nin başqa ölkələrdə düzgün nümayiş etdirilməsidir. Bu işin özə­yin­də isə folklor irsinin yazıya alınıb nəşr edilməsi və araş­dı­rıl­ma­sı durur.

Bir cavab yazın

Back to top