Category: Jurnallar

Xəmsə” jurnalı, sayı 02

Yaradıcı Zamanı insanlara ən böyük ərmağan olaraq ona görə bağışlayıb ki, onlar ağıllanmağa, müdrikləşməyə və kamilləşməyə imkan tapsınlar. Lakin bəşər oğlu ayağını torpağa basıb ağlı kəsəndən zamanı boş yerə xərcləyir, göz bəbəyi kimi qorumur, sanki itirməkdən zövq alır, yalnız çatışmadığını duyanda təəssüflənməyəbaşlayır.

Xəmsə” jurnalı, sayı 01

Salam dostlar! Qapınızı döyüb evinizə qonaq gəlmişik. Bizi tanımasanız da, gülər üzümüzü görüb yaddaşınızın donunu açmağa çalışırsınız. Özünüzlə bizim aramızda yaxınlıq duyursunuz, amma harda rastlaşdığımızı xatırlaya bilmirsiniz. Əslində ailənizdə böyükdən-kiçiyə hər kəslə tay-tuşuq. Deyə bilərsiniz ki, yox, biz sizinlə heç vaxt görüşməmişik. Yenə öz sözümüzün üstündə qalırıq ki, hər birinizlə ayrı-ayrılıqda yaxın münasibətimiz var. Qəflətən qonaq gəlməyimizin səbəbi isə hamınızı maraq dünyasına səyahətə çıxarmaqdır.

Hünərli dünyada təxtü-tac alar,
Alçalmaz heç zaman, başı ucalar. (Nizami Gəncəvi)

“Qafqaz” jurnalı, sayı 20

İnsan-zaman qarşıdurmasında hələ bəşər oğlunun qələbə çaldığını heç kim görməyib. Əbədi yaşamaq arzusna düşənlər çox olub. Ancaq 60-90 illik (müstəsna hallarda insan dünyada 100 ildən artıq qalıb) ömür payını sonsuzlaşdırmaq təşəbbüsləri puça çıxıb. Cismani həyatı ölümsüzləşdirmək təşəbbüsləri hələlik heç bir nəticə verməyib. Dünyaya gələn bir gün gedəcəyini bildikcə hərisləşib, cılızlaşıb, hər şeyi qamarlayıb özününküləşdirmək istəyib. Nə qədər var-dövlət, sərvət toplasalar da, bir gün gözlərini dünya işığına həmişəlik qapayanda qismətlərinə bir parça torpaq düşüb. Şüleymana qalmayan dünyanı Zaman heç kimə verməyib. İnsan o halda əbədi yaşayır ki, milyonların ruhunu oxşayan sənət nümunələri yaradır.

“Qafqaz” jurnalı, sayı 9

Vətənə, yurda, torpağa bağlılıq ana südündən keçsə də, sevgili insanlara qarşı məkr, nifrət, paxıllıq da yaranıb. Nədənsə, insanın Allah eşqinə, haqqa tapınmağına, öz ocağına sığınmağına, bağ lanmağına daha çox paxıllanıblar. Ocaqların odunu söndürmək üçün silaha sarılıblar, Şərlə qardaşlaşıblar. Obaları yerli sakinlərin qanı bahasına ələ keçirənlər kişilikdən – insanlıqdan çıxıb – «ərbədə» (əslində Heredotda görə, bu kəlmə prototürklərdə – saklarda “ərbat” – “ər batıran” anlamında işlənirdi), arvada, yəni şər adama çevriliblər.

“Qafqaz turizm” jurnalı, sayı 5

Ata ocağının istisində qızınanın canına şaxtada, çovğunda da üşütmə düşməz. Ana qucağında layla dinləyənin isə ruhu özgə torpaqlarda qərar tutmaz. Gec-tez beşiyinə dönər. İnsan və Təbiət, Zaman və Məkan vəhdəti – bu sayımızın əsas mövzularıdır. İnsan da başqa canlılar kimi təbiətin övladıdır. Lakin bunu unudub bəzən ona naxələflik edir, meşələri qırır, çayların, dənizlərin sularını çirkabla doldurur. Nadir heyvanların, quşların nəslini kəsir… Və Qocaca Zaman insanı bir məkana bağlamaqla Torpağı ana qucağı qədər şirinləşdirir

XX ƏSRİN ƏN DƏHŞƏTLİ SOYQIDIMI

Quba soyqırımı məzarləğının önündə durub ətrafı seyr edirəm. Dünya adamın gözündə daralır. İnsanlığa qarşı ermənilərin törətdikləri ağlasığmaz cinayətlərin yeganə şahidi Günəş belə xəcələt çəkdiyindən buludların arxasında gizlənir. Nədənsə, qarşıdakı dağ çayının suları nərildəmir, elə bil o da olaylardan səsini içinə çəkib sızlayır. Ara-sıra yarğanın üstündən – məzarlığa bitişik həyətdən it hənirtisi eşidilir. Yavaş-yavaş qazıntı səhəsinə doğru addımlayıram.

QAFQAZ TURİZM. Sayı 003

Yer kürəsini qarış-qarış gəzib haqqın yolunu arasanız, hərlənib-fırlanıb bir yerdə duracaqsınız. Doğrudur, Şərqdə də, Qərbdə də təbiətin və insan əllərinin yaratdığı möhtəşəm abidələrlə, möcüzələrlə rastlaşacaqsınız. Bir müddət Hindistanı, sonra bir-birinin ardinca Çini, Meksikanı, Kanadanı, Ərəbistanı, Yunanıstanı, İtaliyanı, İranı bütün yaranışların beşiyi sanacaqsınız.

QAFQAZ TURİZM. Sayı 001

İkinci minilliyin sonunda Azərbaycan müstəqillik əldə etdi. Yeni əsrin ilk illərində respublikamızda dövlət quruculuğu işləri başa çatdı. Ölkəni ümummilli lider Heydər Əliyev durğunluqdan çıxartdı. Tarix boyu Qafqazın Rusiya, İran, Gürcüstan, Ermənistan arasında paylaşılan türk ərazilərinin daha xırda hissələrə parçalanmasının qarşısı alındı.

Back to top