Mif və qloballaşma

Bu epizodların türkün yaratdığı qədim “Oğuz kağan” das­ta­nında rastlaşdığımız Kıl Baraklar haqqındakı təsvirlərlə üst-üs­tə düşməsi təsadüfi deyil. Nizami əsərlərini yaradanda ilk növ­bə­də mənsub olduğu soyun şifahi və yazılı epik ənənəsinə üz tu­tur­du. Lakin Yəcucların ölkəsinin əksini təşkil edən diyarı bi­rin­ci­yə qarşı qoyması sübut edir ki, dahi şair ulu babaları mi­di­ya­lı­la­rın yaratdığı “Avesta” motivlərinə də yaxşı bələd idi. Orada mə­sə­lələrin daha qlobal şəkildə meydana atıldığını anlayıb mü­asir­lərinə tövsiyə edirdi ki, azad və xoşbəxt cəmiyyət yaratmaq üçün bütün xalqlar türkün ədalət bayrağı altında birləşməlidir.

Nizami öz müasirlərinə Yimin (Cəmşidin) idarəçiliyini bir qə­dər yeniləşdirərək, təkmilləşdirərək aşağıdakı formada təqdim edir:

 “Əyrilik pərdəsində bizim işimiz yoxdur,
Doğruluqdan başqa heç bir şey bilmirik.
Dünyada əyrilik qapısını bağlamışıq.
Dünyadan bu cür doğruluqla xilas olmuşuq…
Allahdan olan hər şeyi qəbul edirik…
Biz öz mallarımızın hamısını bərabər bölürük.
Biz hamımızı bərabər sayırıq…
Nə şəhərdə gözətçi, nə də məhəllədə qarovul qoyuruq…
Evlərin qapısında nə qıfıl, nə bəndəmiz var,
Mal-qaramızı güdən də yoxdur…
Heç kəsi pis yola dəvət etmirik,
Fitnə axtarmırıq, qan tökmürük…”

Atəşpərəstlərə görə, düzlük Ahur-Məzdin sifətidir ki, in­sa­na keçən ən gözəl keyfiyyətdir. “Avesta”da göstərilir ki, yalan da­nışmaq böyük günahdır. Qədim Midiyada ən ağır cəzanı ya­lan­çılara verirdilər. Əksər tədqiqatçılar da təsdiqləyirlər ki, dün­ya­nı qəzalardan yalnız Nizaminin təsvir etdiyi şəkildəki qlobal­laş­ma xilas edə bilər. Şair öz müasirlərinə bildirirdi ki:

  • bü­tün münasibət və əlaqələri məhəbbət, eşq əsasında qurmaq;
  • bərabərləşmənin mayasında mənəvi dəyərləri əsas götürmək;
  • var-dövlət hesabına təbəqələşmədən uzaq qaçmaq;
  • etika, əxlaq normalarında ancaq humanizmə söykən-mək;
  • ailənin yaranmasında alqı-satqı prinsipindən əl çəkmək;
  • beynəlmiləlləşmədə milli amilləri inkar etməmək;
  • idarəçilik işinə kamilləşməklə girişmək lazımdır.

Qloballaşmanın əsas məsələlərindən biri də dünyanın klas­sik modelinin şərhidir. Maraqlıdır ki, bu problemlə bağlı ən uğur­lu fikirlər əski mədəniyyətlərdəki mifik dünya modellərinə əsas­lanaraq irəli sürülmüşdür. Məsələn, “Qızıl milyard” nə­zə­riy­yə­sinə görə, ekoloji tələ işə düşməmişdən qabaq bolluq timsalı olan postindustrial cəmiyyətlər mövcud imiş. Atəşpərəst mi­di­ya­lı­ların, eləcə də hind və yunanların mifoloji görüşlərinə diqqət ye­tirəndə aydınlaşır ki, lap başlanğıcda dünyanın “qızıl dövrü” ol­muşdur. “Avesta”da dünyanın və bəşər övladının yaranıb in­ki­şa­fı üç (əslində dörd) dövrə bölünür:

  • Xeyirin hökmranlığı ilə yalnız işığın, istinin, Günəşin, hə­mi­şə gündüzün mövcud olduğu qızıl dövr – birincidir;
  • gecənin, zülmətin göy üzünü bürüməsi, soyuqların düş­mə­si, sərt küləklərin əsməsi, quraqlıq və aclığın başlaması, ölüm ha­disələrinin baş verməsi ilə Xeyirlə Şərin daim mübarizəsi döv­rü başlanır ki, peyğəmbər Zaratuştr da həmin çağlarda ya­şa­yıb vuruşmuşdur, bu, ikincidir;
  • Xeyir Şər üzərində qələbə çalandan sonra yenidən təbiət xo­şhallaşacaq, ölüm yer üzündən silinəcək, insanlar pis əməl­lər­lə məşğul olmayacaq, düzlüyü sevəcək, yalan danışmayacaqlar, bu dövr üçüncüdür.

Göründüyü kimi, ilkin çağların vaxt və zaman bölgüsü məh­dud dairədə qırılmır, dünyanın dağılıb təzədən qurulması şək­lində deyil, eyni dünya çevrəsi daxilində ardıcıllıqla, lakin çox böyük mərəhələrlə – yaxşılıqdan pisliyə və təzədən yaxşılığa doğ­ru enib-qalxmaqla təsəvvürə gətirilir.

Qədim inkişaf etmiş mədəniyyətlərin bəzilərində zaman böl­güsü eyniköklü təsəvvürlərə söykənir. Məsələn, hindlilərdə də zaman üç mərhələdən ibarətdir:

  • çiçəklənmə və uğurlarla mü­şayiət olunan qızıl dövr,
  • hər şeyin xarablaşmağa başladığı dövr və
  • məhv olma dövrü

Lakin “Avesta”da hindlilərin ina­mın­dan fərqli olaraq zaman sonsuz göstərilir:

– varlıqların meydana gəlmə mərhələsi,
– ancaq işığın, uğurun, bolluğun, xeyirin mövcudluğunu şərt­lən­dirən mərhələ (qızıl dövr),
-Şərin hökmranlığı ələ almasıyla fəlakətlərin, müharibə­lə­rin başladığı mərhələ (mübarizələr dövrü) və
– Xeyirin Şər üzərində qələbəsindən sonrakı əmin-amanlıq mər­hələsi (ilkin zamana qayıdış).

Bir məsələ də diqqəti cəlb edir ki, böyük və kiçik zaman böl­gülərinin hamısında insan və onun taleyi ön planda durur.

Müasir qloballaşmada xaosun, dünya qəzasının, qlobal böh­ranların (ekoloji, sosial-mədəni, iqtisadi, sürətlə əhali artımı və s.) qarşısının alınması yolları işlənib hazırlanır. Dünyanı eko­lo­ji böhrandan, beynəlxalq terrordan qurtarmaq üçün beynəl­mi­ləl­ləşməyə geniş meydan açılır. Tərəqqini dağıntıların içə­ri­sin­dən keçirməklə deyil, mənəvi amillərin əsasında formalaşdır­ma­ğın mümkünlüyü irəli sürülür. Lakin müasir qlobal dünyanın ba­zar modelindən yaxa qurtarmaq mümkün deyil. Çox halda bir əl­də cəmləşdiyindən kapital maddi amillərlə yanaşı mənəvi dəyər­lərin də inkişafına nəzarət edir.

Dünyanı kapital (var-dövlət, sərvət) xilas edə bilərmi? – su­alına mifik görüşlərdə birmənalı cavab tapmaq olar: qızıl-cə­va­hiratla saraylar, şəhərlər, ölkələr alınsa da, əsl səadəti əldə et­mək mümkün deyil.

Tədqiqatçılar göstərirlər ki, “qloballaşmaqda olan dünya rə­qabət modelindən çox oliqopol modelə (bir qrup kapitalist fir­ma­sının ağalığını nəzərdə tutan modelə) tərəf meyl edir. Siyasi mü­nasibətlər sahəsində də oliqopol tendensiya müşahidə olunur. Bu­rada da əsas prinsip rəqabət aparan, demokratik və plüyuralist pro­seduranı imtiyazlı ölkələrin məkanı ilə məhdudlaşdırmaq mey­linin güclü olmasıdır. Yerdə qalanlara qarşı isə müasirlikdən bar­bar arxaikliyə aparan praktika tətbiq olunur. Hazırkı qlo­bal­laş­manın disqormoniyası dünyaquruculuğu qərarlarını verməyə qa­bil olan məsuliyyətli iştirakçıların sayının artırılması əvəzinə, onun məhdudlaşdırılması tendensiyasını doğurmuşdur. Nəticədə “ikin­ci növ”, “ikinci dünya” adamları günahkar hesab olunur. On­lar da öz növbəsində “üçüncü ölkə” nümayəndələri sıralarına itə­lənib daxil edilir” . Ölkə və insan qruplarına bu cür ikili mü­na­sibətin də bünövrəsi qədim mifoloji model və sistemlərdə qo­yul­muş və müxtəlif yönlərdən şərh edilmişdir. Ən maraqlısı isə klas­sik “xeyir-şər qarşıdurması” prizmasından keçirilən təhlildir ki, qədim Midiyada müqəddəs “Avesta” kitabında yazı yadda­şı­na köçürülmüşdür. “Coğrafi poema”da bir-birinin əksinini təşkil edən 32 (16-16) əsas ölkə və cəmiyyətlərdən bəhs açılır. Belə alı­nır ki, lap başlanğıcda da dünya ölkələri oliqopol modelə uy­ğun şəkildə yaradılmışdır. Atəşpəpərstlərin ilkin təsəvvürlərinə əsa­sən Xeyir tanrısı dünyanın “siyasi xəritəsi”nin mənzərəsini ya­radaraq deyir ki:

2. Mən – Ahur Məzd, ilk ən yaxşı məskən və ölkə kimi gö­zəl (xeyirxah) Vahv Dat çayının yanında Arian-Vaycı yaratdım. On­da ölümgətirən, vəhşilikyayan Anqro-Maynyu bunun əksinə məhv­edici sarı-qırmızı ilanı və devlərə məxsus Qışı meydana gə­tir­di.

3. Orada doqquz ay qışdır, iki ay yay və qış aylarında su­lar soyuqdur, torpaq soyuqdur. Bu, qışın ortasında, qışın ürə­yin­də belə olur; o zaman ki, qış sona doğru addımlayır, onda bö­yük daşqınlar başlayır.

4. Mən – Ahur-Məzd ikinci ən yaxşı məskən və ölkə kimi soq­deylərin yerləşdiyi Qavı yaratdım. Anqro Maynyu bunun ək­si­nə olaraq çoxlu məhvedici “skait”i, çoxsayda inəklərin ölümünə ba­is olan “day”ı meydana gətirdi…”

Beləcə xeyir tanrısının yaratdığı hər xeyirxah ölkəyə qarşı şər tanrısı tərəfindən əks yaşayış məntəqələri meydana atılır. Dün­ya 32 sayda əsas ölkələrə bölünür ki, tən yarısında (16-da) yax­şılıq, düzlük, haqq-ədalət hökm sürür, digər hissəsində isə pis­lik, əyrilik, zülm, haqsızlıq baş alıb gedir.

Misal gətirdiyimiz mətndəki “skait” sözünün mənası dəqiq mə­lum deyil. Ehtimal edilir ki, zəhərli alaq otları, ağcaqanadlar, zi­yan­verici milçəklər nəzərdə tutulur və onların sancması mal-qa­ra­nın yanıb kül olmasına səbəb olur. V.İ.Abayevin qənaətinə gö­rə, bu söz Orta Asiyada yaşayan köçəri “sak” tayfasının adın­dan götürülüb və “skifçilik” deməkdir, yəni köçəri atlı hücum­çu­lar”. Bu fərziyə ilə osetinli alimin hansı məzhəbə və məqsədə qul­luq etdiyini demək çətindir, ancaq Orta Asiyadakı “sak”lar öz­bək, qırğız, qazax, karakalpak, uyğur, xakas və türkmənlərin ulu babalarıdır. Onların “Avesta”da guya “ziyanverici həşərat­lar” mənası verən sözlə adlandırılması qərəzli qənaətdir və mü­əl­lifin şəxsi mövqeyini ifadə edir. Əgər sakların hücumları za­ma­nı dağıntılara işarə olunsaydı, bu, ağcaqanad, yaxud başqa xır­da həşərat dişləməsi şəklində kiçildilməz, dəhşətli təbii fə­la­kət­lərlə, ildırım çaxıb yeri yandırması, tufan qopması, qasırğa və s. şəklində verilərdi. İkincisi, “soqdeylərin ölkəsi” deyəndə, bi­rin­ci sözün yunan Soqdianası tək qələmə verilməsi ilə də razı­laş­maq düz deyil. “Avesta”da bütün adlar iki hissəlidir. Həmin söz də “Soq” və “dey” şəklində olmalıdır. Və aydınlaşır ki, Ahur-Məzd məhz soq/saq/saklardan öz tərəfdarları kimi bəhs açır. Anqro-Maynyunun yaratdığı “skait” və “day” isə onun əks qar­şı­lı­ğıdır.

Bir çox tədqiqatçılar (Q.Beyli, E.Benvenist, İ.M.Oranski) “Coğ­rafi poema”da işlənən “Qav” terminini atəşpərəstlərə aid yer­li məkan hesab edir, daha doğrusu, “Soqda // Soqdian”nın bir böl­gəsinə verilən ad kimi götürürlər. Başqaları isə onu ümu­mi­ləş­miş ad – “mal-qara ölkəsi” şəklidə şərh etməyə çalışır . İ.M. Orans­kiyə görə, rusların “inək” kəlməsini bildirən “korova” sö­zün­dəki “ov” hissəsi “qav”dan keçmədir . “Qav”ın mənasını ya­şa­yış məntəqəsi tək yozanlar da var. Müqayisə üçün osetin di­lin­də işlənən “yau” sözünü misal gətirirlər ki, anlamı -“məskən”dir. Be­lə fantastik və primitiv müqayisələrlə “Avesta”dakı coğrafi ad­­ların dəqiq məkanını tapmaq mümkündürsə, Azərbaycan əra­zi­si­nə aid çoxsaylı kəlmələrin də müəyyən hecasında “qav”, “av”, “ov” və “uv”a rast gəlmək olar.

Dünyaqurmanın kibernetik modelinin idarəçilik sub­yekt­lə­rin­də idarə olunan obyektlərin rəngarəngliyini azaldıb sa­də­ləş­dir­məyə çalışılırsa, sinergetik modelində yuxarıdan təşkil (ida­rə­çi­lik “vertikalı” məntiqinə görə) özünütəşkillə əvəzlənir. “Bir­tip­li dünyada horizontal əlaqələr fəal səviyyədə yuxarıdan deyil, aşa­ğıdan qloballaşır”. Mifoloji sistemlərdə də idarəçiliyin müx­tə­lif formaları göstərilir. Cəmiyyətlər çox hallarda fövqəltəbii qüv­vələr tərəfindən idarə olunur. Müasir dünyada iqtidarların əl­çat­mazlığı, ünyetməzliyi kütlələri demokratik prinsiplərdən uzaq­laşdırdığı kimi, miflərdə də fövqəltəbii qara qüvvələr cə-miy­yəti iflic vəziyyətinə salır.

Azərbaycan mifoloji görüşlərində insanların açıq formada şə­rə meyl etməsi dünyada köklü dəyişikliklə nəticələnir: “Qa­bax­lar göy yerə yaxın idi. Adamlar bir-birini öldürüb qan tö­kür­dü­lər, bərəkətin qədrini bilmirdilər. Bunu görəndə tanrının qəzəbi tut­du, göyü yerdən uzaqlaşdırdı”.

Mifik görüşün başqa variantında məsələ daha kəskin qo­yu­lur: “Əzəli yer üzündə heş nə yoxuydu. Elə vaxd öz-özünə cə­lif keçirmiş. Sonra heyvanlar, cücülər, otdar, ağaşdar yarandı. Lap axırda Allah adamları yaratdı. Bullar yer üzündə o qədər ar­tıf törədilər ki, dünya bullara darrığ elədi, insannar başdadılar bir-birinə pisdih, paxıllığ eləməyə. Bunu görəndə Göy acıxlanıf yer­dən aralandı. O vaxtdan da bərəkət azalıf, çörəh daşdan çıxır”.

Vahid ümumbəşəri gələcəyi qloballaşmasız təsəvvür et­mək mümkün deyil. Qloballaşmanın ən mühüm problemlərinin ak­tual sahə kimi son çağlarda meydana atılmasına baxmayaraq, il­kin mifoloji təsəvvürlərdə səbəb və nəticə halında qoyulması ma­raq doğurur. Deməli, dünyaqurma haqqında başlanğıcda ya­ra­nan mifoloji obrazların mahiyyətini, gizli kodlarını açmaqla gə­ləcək haqqında dolğun nəticələr əldə etmək, qloballaşmanın da­ha təkmil və asan formalarını tapmaq mümkündür. Ona görə ki, mifoloji model və sistemlərdə dünyanın gələcəyi – sonu haq­qın­da irəli sürülən proqnozlar heç də müasir alimlərin əsər­lə­rin­də göstərilənlərdən az və əhəmiyyətsiz deyil. Optimist, realist və pes­simist qənaətlərə exatoloji (axırıncı varlıqlar, hər şeyin bit­mə­si, dünyanın sonu) miflərdə də rastlaşırıq. Eləcə də dünyanın xə­ritəsini dəyişən qüdrətli qüvvələr, qoballaşma və xaos, bə­ra­bər­sizlik sindromu, əhali artımının nizamlanması, qloballaşma və mədəni sivilizasiya dəyişiklikləri, ətraf mühitin qlobal böh­ra­nı və digər problemlərin də mifologiyada özünəməxsus şəkildə həl­li yolları göstərilir. Bu səbəbdən də qloballaşmanın qaynaq­la­rı, ərəfəsi, ilkin mənbəyi kimi ən əski təsəvvürlər diqqətlə nəzər­dən keçirilməlidir.

Bir cavab yazın

Back to top