Fırlanan dünyada heç nə yerində donub qalmır. Zaman dəyişdiyi kimi varlıqlar, hadisələr də anbaan başqalaşır. A.F.Losevin Mütləq (absolyut) dialektika-mütləq mifologiya təlimində göstərilir ki, «hər bir kateqoriya ilkin varlıqdır». Ancaq o, ilkinliyini həmişə qoruyub saxlaya bilmir, başqa sözlə, yerində donub qalmır, dəyişir, inkişaf edir, başqalaşır. Ona görə ki, kateqoriyaların hamısı yalnız başlanğıc mövcudluğunda (doğuluşunda) eyni görünür. Sonrakı dinamikada oxşarlıq özünü zahirən göstərir. Dünyaya yenicə göz açan hər hansı bir körpə inkişafının müəyyən pilləsinədək (çəkisini, cinsini, növünü, irqini nəzərə almasaq) başqalarından fərqlənmir.
Deməli, yaranışın doğulma mərhələsində eyni ailədən olan bir kateqoriya digər ailəyə məxsus kateqoriyalarla birlikdə ardıcıllıqla təkrarlanır. Lakin bu fəaliyyət sıralanması bir-birini adi şəkildə əvəzləmə deyil.
Dialektikada hər şey eynilə fərqsiz təkrarlansaydı, dəyişməsəydi, əvəzlənməsəydi, dünyada heç bir inkişaf baş verməzdi. İş ondadır ki, hər təkrarlanmada hansı dairədə və mühitdə «baş verməsindən» asılı olaraq tamamilə yeni kateqoriya əmələ gəlir. Bu səbəbdən də bütün kateqoriyalar əsasdır.
Heç nəyə ikinci dərəcəli varlıq tək baxılmamalıdır.
1 | 2 | 3 | 4 |
Yumurta → | toyuq | Yumurta → | toyuq |
Kürü → | balıq | Kürü → | balıq |
Dənə → | buğda | Dənə → | buğda |
Bulud → | yağış | Bulud → | yağış |
Ana → | uşaq | Ana → | balıq |
təkrarlanmalarında zahiri oxşarlıq göz qabağındadır. Hər sıralanmada birinci yerləri tutan varlıqları – yumurta, kürü, tum, buludu şərti olaraq ilk yaranış kimi götürürük. Zamanla dördü də keyfiyyət dəyişikliyinə uğrayaraq sıradan çıxır. Toyuq, balıq, buğda və yağış müəyyən dairədə (toyuq yumurtalaması, balıq kürü verməsi, buğda-tum, yağış-bulud təkrarlanmasında da mütləq, tam eynilikdən danışmaq mümkün deyil. Ən yekrənk varlıq və hadisələrin belə bərabərliyini söyləmək çətindir. Məsələn, qənaət var ki, musiqidə ritm, ahəng yaratmaq üçün səs tembrləri bəzən eyni ilə təkrarlanır. Yaxud şeirdə rədifdən, təkrir və təkrarlardan olduğu kimi geniş istifadə olunur. Lakin kim deyə bilər ki, təbilçinin vurduğu zərbələrin hamısı eynidir. Yaxud sazın və tarın simlərinə toxunan mizrab eyni ritmi təkrarlayır. Ən usta xanəndənin dəfələrlə oxuduğu mahnı tam bir-birinin təkrarı olmur. Deməli, yüz illərlə ədəbiyyatşünaslıqda qəbul edilmiş poetik fiqurların və musiqidə səs təkrarlamaların da mütləq eyniyyət təşkil etmədiyi aydınlaşır. Heç bir çalğıçı, yaxud ifaçı bir səsin tam oxşarını yenidən çıxara bilməz. Bu praktik cəhətdən mümkün olmayan işdir. Koroğlunun «Gərək» rədifli gəraylısında bir səs misra sonunda beş dəfə təkrarlanır:
İyit meydana girəndə, Qaynayıb coşmaya gərək. Əgər olsa haqq vergisi, Həddini aşmaya gərək. Biz düşdük Tona çayına, Haqq bəla vergisi xayına. İyid iyidin payına Köndələn düşməyə gərək. | Gəldik, düşdük biz bu yurda, Haqq bəla versin namərdə. Mətain keçməyən yerdə Yükünü açmaya gərək. Qoç Koroğlu çıxar düzə, Heç baxmaz əlliyə, yüzə. Mən dəlidən doğru sizə- Qənimdən qaçmaya gərək. |
Asanlıqla görmək mümkündür ki, təkrarlanan «gərək» sözü həm ifadə, həm də məna daşıyıcısı rolunda sadəcə olaraq təkrarlanmır, tamamilə fərqli poetik fiqurlar kimi çıxış edir və başqa anlam daşıyır:
Həddini aşmaya gərək | – | səxavət |
Köndələn düşməyə gərək | – | gözütoxluq |
Yükünü açmaya gərək | – | ehtiyatlılıq |
Qənimdən qaçmaya gərək | – | bacarıq |
Şeirdə təkrarlanan kateqoriya kimi keçib bir detal sözü götürülmüşdür.
Mütləq dialektikanın əyaniliyini A.F.Losev hər kiçik kateqoriyanın da böyük əhəmiyyət kəsb etməsi ilə göstərir. Belə nəticəyə gəlirik ki, bütün kateqoriyalar mühüm, ilkin, vacib amilə çevrilmək imkanına malikdir. Müasir fəlsəfədə dialektika – varlığın inkişafı, dərki, ən ümumi əlaqələri və təşəkkülü haqqında təlimə əsaslanan təfəkkür metodunu təşkil edir. Başqa sözlə, dialektikanın mahiyyətində bir-birinə bağlanmanın, yaranışın, əlaqələndirilmənin, yetişib bütövləşmənin tarixən formalaşmış ən ümumi qanun və kateqoriyalar sistemi durur. A.F.Lesova görə, bu nisbi dialektikadır.
Nisbi dialektikanın tərəfdarları varlığın tam dərk olunmasında məhz ona görə çətinliklərlə qarşılaşır ki, əsas özül kimi ancaq bir neçə kateqoriyanı götürür, yerdə qalanlar eyni növlü, yaxud izahedilməz şəkildə təqdim olunur. Alim bildirir ki, dialektikanı öyrənənlər «dialektik» kimi işlədir «obyekt» və «subyekt» kateqoriyalarını ortaya atırlar. Hamısı bacarmasa da, bəziləri birinə əsasən digərini üzə çıxardır. Bu hələ azdır. Əgər onlar həqiqətən qəti və düzgün fikrə gəlmək istəyirlərsə,
obyektə subyekt, sonra
obyektə obyekt, daha yaxşı olar ki,
subyekt – obyekt eyniliyinə obyekt eləcə də
subyekt-obyekt eyniliyinə subyekt kimi baxılmalıdır.
«Dialektik» bu halda Hegel «»Ensiklopediya»sının sonunda olduğu kimi, «Şəxsiyyət» kateqoriyasını görməklə yanaşı «İncəsənət» və «Din» kateqoriyaları ilə birlikdə tam dialektik labüdlüyü meydana çıxardar və heç kəsin bu kateqoriyaları yalan, mövcud olmayan saymağa cəsarəti çatmaz.