A. Əməliyyatlar:
Mətnin diqqətlə oxunması və öyrənilməsi.
Mikroanalizi (hissələrə ayırmaqla təhlil etmək).
İnterpretasiyası (eposdakı problemlərin araşdırıcının başa düşdüyü şəkildə təsviri).
Aydınlaşdırılması (qoyulan məsələləri mətndənkənar va-sitələrlə açıqlamaq).
Modelləşdirilməsi: oğuznamə toplusunun ön sözü, müqəddiməsi, oğuz söyləmələri, sənət, sənətkar və oğuznamə haqqında ilk informavsiya toplusu: İnsan doğulur (Dədə Qorqud), Cəmiyyətlər (Oğuz qövmü), dövlətlər (Osmanlı) meydana gəlir, Allah peyğəmbərlər vasitəsilə insanları düz yola çağırır. Qadın – anadır, qadın – dava dağarcığıdır, qadın – söz aparıb-gətirəndir.
B. Mərhələlər:
1. Tədqiqat obyektinin aksiomatizəsi – müəyyən para-metlərinə görə sistemin daha kiçik elementlərə parçalanmasının mümkünsüzlüyünü sübut edən dəlillər tapır.
2. Tədqiqat obyektinin dissosiasiyası – tədqiqat obyek-tinin aksiomatizə nəticəsində müəyyənləşmiş struktur elementlərinə bölünməsini əsaslandırır.
3. Tədqiqat obyektinin assosiasiyası – struktur element-ləri arasındakı əlaqələri üzə çıxardır;
4. Tədqiqat obyektinin identifikasiyası – mövcud nişa-nələrinə görə elementlərin tiplərini müəyyənləşdirir və onları (elementləri) bir-birinə bağlayan cəhətləri göstərir.
5. Tədqiqat obyektinin inteqrasiyası – strukturu təşkil edən elementlərin yekununu, birgəliyini kəmiyyətcə üst-üstə toplamaqla deyil, vahid orqanizm kimi nəzərdən keçirir.