Struktur təhlil prosesinin kateqoriyaları

A. Əməliyyatlar:

Mətnin diqqətlə oxunması və öyrənilməsi.

Mikroanalizi (hissələrə ayırmaqla təhlil etmək).

İnterpretasiyası (eposdakı problemlərin araşdırıcının başa düş­dü­yü şəkildə təsviri).

Ay­dınlaşdırılması (qoyulan məsələləri mətndənkənar va-sitələrlə açıq­lamaq).

Mo­delləşdirilməsi: oğuznamə toplusunun ön sözü, müqəddiməsi, oğuz söyləmələri, sənət, sənətkar və oğuznamə haqqında ilk in­for­mavsiya toplusu: İnsan doğulur (Dədə Qorqud), Cəmiyyətlər (Oğuz qövmü), dövlətlər (Osmanlı) meydana gəlir, Allah pey­ğəm­bərlər vasitəsilə insanları düz yola çağırır. Qadın – anadır, qa­dın – dava dağarcığıdır, qadın – söz aparıb-gətirəndir.

B. Mərhələlər:

1. Tədqiqat obyektinin aksiomatizəsi – müəyyən para-met­lərinə görə sistemin daha kiçik elementlərə parçalanmasının müm­künsüzlüyünü sübut edən dəlillər tapır.

2. Tədqiqat obyektinin dissosiasiyası – tədqiqat obyek-tinin aksiomatizə nəticəsində müəyyənləşmiş struktur element­lə­ri­nə bölünməsini əsaslandırır.

3. Tədqiqat obyektinin assosiasiyası – struktur element-ləri arasındakı əlaqələri üzə çıxardır;

4. Tədqiqat obyektinin identifikasiyası – mövcud nişa-nə­lərinə görə elementlərin tiplərini müəyyənləşdirir və onları (ele­mentləri) bir-birinə bağlayan cəhətləri göstərir.

5. Tədqiqat obyektinin inteqrasiyası – strukturu təşkil edən elementlərin yekununu, birgəliyini kəmiyyətcə üst-üstə top­lamaqla deyil, vahid orqanizm kimi nəzərdən keçirir.

Bir cavab yazın

Back to top