Azərbaycan-türk mifologiyasının tədqinin müasir mərhələsi

S.Rzasoy Azərbaycan folklorşü­nas­lığında struktur mifologiya və struktur ritualistikanın əsas­la­rı­nı qoymuşdur. Təbii ki, ona qədər mif və ritual problem­lə­rin­dən bəhs olun-muşdur. Lakin Seyfəddin Rzasoyun araşdır­ma­la­rı­nı əlamətdar edən cəhət onun öz tədqiqatlarını struktur-semiotik me­todla aparmasındadır. Burada bir məqamı xüsusi olaraq vur­ğu­lamaq istəyirəm ki, S.Rzasoy struktur-semiotik metodu folk­lor mətnlərinə sadəcə tətbiq etməmiş, bu metodun mifologiyaya tət­biqinin “yeni modifikasiyasını” yaratmışdır. Alimin “Oğuz mifi və Oğuznamə eposu” monoqrafiyasına ön sözün müəllifi prof. K.V.Nərimanoğlu yazır: “Nəzəri sistemi mükəmməl bilən S.Rza­soyun mövcud nəzəri baxışı türk eposuna, mifologiyasına tət­biqi qətiyyən mexaniki təsir bağışlamır. Türk mif məntiqini, ru­hunu, strukturunu, fəlsəfəsini gözəl bilən araşdırmaçı Oğuz­na­mə eposunda türk mif modelini bərpa edərkən əsla diqtə, şablon yo­lunu tutmur, əksinə, üzvi vəhdət, universal qanunauyğunluq və fərdi təkrarsızlıq arasındakı dialektik, üzvi münasibəti əsas ala­raq araşdırma aparır. O, Oğuznamə eposunda ritual-mifoloji dün­ya modelini bərpa edərkən ayrı-ayrı semantemləri, nəzəri-episte­moloji konteksti, tarixi düşüncə kodundan mif koduna ba­xı­şı, türk dünya modelinin semiotik-kosmoloji təbiətini bacarıq­la aşır… İ.Kantın antinomiya nəzəriyyəsi və F.De Sössürün məş­hur dixotomiya sistemini mif-folklor araşdırmalarına uğurla tət­biq edib, elmi nəticələr alan S.Rzasoy “Oğuz ritual dünya mo­deli” bölümündə bərpanın yeni modifikasiyasını təqdim edir…[12].

Qeyd edək ki, S.Rzasoy Azərbaycan folklorşünaslığında struktur-semiotik metodun folklor-mifologiyaya tətbiqinin nə-zəri-elmi əsaslarını, terminoloji-kateqorial sistemini işləyib hazır­lamışdır. Onun bu sahədəki monoqrafiyası hələ ki bizim folk­lorşünaslığımızda metod probleminə həsr olunmuş yeganə əsər olaraq qalmaqdadır[13]

Alimin fəaliyyətinin bir istiqaməti də müasir Azərbaycan folk­lorşünaslığının aktual problemlərini araşdırmasıdır. Tədqi-qat­çının toplayıcılıq, tərtibçilik sahəsində gördüyü işlər də diq-qə­tə­layiqdir. Bir də onu vurğulamaq lazımdır ki, Milli Elmlər Aka­demiyasında Folklor İnstitunun strukturunun qurulmasında da onun əvəzsiz rolu olmuşdur. Eləcə də yeni kadr hazırlığı sa­hə­sindəki xidmətlərini xüsusi qeyd etmək lazımdır.

S.Rzasoy Azərbaycan folklorşünaslığının aktual problem-lə­rini bir neçə istiqamətdə tədqiq süzgəcindən keçirir. Alimin iki­cild­liyinin birinci cildi ümumilikdə mif və epos məsələlərinə həsr olunsa da, epik ənənənin bütün formalarının strukturuna, bə­dii mətn kodlarına nəzər salınır. “Mifologiya” bölməsindəA.Şü­kürovun, R.Qafarlının, R.Əliyevin, E.Ağayevin, R.Əlizadə-nin, A.Babəkin, R.Allahverdinin son dövrlərdə yaranan əsərləri təh­lil edilir. Kitab “Mifologiyaya dair Azərbaycan türkcəsində fun­damental nəşrin növbəti cildi” məqaləsi ilə başlanır. Mərhum Ağayar Şükürovun 10 cildlik «Mifologiya» seriyasından 6-cı ki­ta­bını oxuculara təqdim edən S.Rzasoy alimin öz fəlsəfi-nəzəri ya­naşma baxışlarına sadiq qalaraq, əvvəl qədim türk mifolo­gi­ya­sının qaynaqlarından, tədqiqatçılarından söhbət açmasını, qədim türk dini-mifoloji sisteminin qurum prinsiplərini açıqlamasını, tan­rıçılıq görüşləri ilə bağlı müxtəlif statuslu və səviyyəli obrazları türk mifçiliyində hələ də mübahisələr obyekti olan «allahlar panteonu» adı altında ümumiləşdirməsini, nəhayət, zən­gin və ulu türk mifologiyasını ümumiləşdirməklə sistemli el­mi nəzəriyyə yaratmasını diqqət mərkəzinə çəkir.

“Professor Ağayar Şükürovun fəlsəfi araşdırmalar siste-mində mifologiya” adlanan ikinci məqalədə isə alimin müasir Azərbaycan fəlsəfə və mifologiyası sahəsində elmi fakturasının sistemini aşağıdakı şəkildə qurduğunu göstərir: fəlsəfə və mif, fak­turanın xronoloji düzümü və mövcud mənzərəsi, mifoloji təd­qiqat sistemi, mifoloji fakturanın tipoloji müəyyənləşmə gös­tə­riciləri, mifoloji biblioqrafiyanın ümumiləşdirilmə səviyyəsi və prof. A.Şükürovun mifi təqdim modeli. Sadalanan elmi fak­tu­ra sisteminin hər birinin şərhini verərək fikirlərini belə ümu­mi­ləş­dirir: “Bütövlükdə desək, A.Şükürovun «Mifologiya» oncild­li­yinin daha geniş təqdimat prizmasına ehtiyac duyulur. İndiki hal­da deyilənlər ilk addımları təşkil edir. Belə bir geniş və dol­ğun sözə isə, doğrudan da, ehtiyac vardır. Çünki elmi düşün­cə­nin ehtiyaclarının ödənilməsi istiqamətində dövriyyəyə iri ma­te­ri­al təqdim edilmişdir”.

Sayılıb-seçilən Azərbaycan folklorşünası, AMEA Folklor İns­titu­tunun Mifologiya şöbəsinin böyük elmi işçisi, filologiya üzrə elmlər doktoru R.Əliyevin «Mif və folklor: genezisi və po­eti­kası» monoqrafiyasının, eləcə də alimin «Riyazi mifologiya» əsə­rinin təhlilinə həsr olunan məqalələrdə mifoloji in­for­ma­si­ya­nın riyazi-funksional modelləşdirilmə təcrübəsinin ilk dəfə həyata keçirilməsi vurğulanır. Gənc tədqiqatçı E.F.Ağayevin «Azər­baycan mifologiya elmi və Mirəli Seyidov» adlı monoq­rafi­yasını folklorşünaslığın aktual problemlərindən biri kimi təhlilə cəlb edən S.Rzasoy “Azərbaycan mifologiya elmi tari­xi­nin yeni səhifəsi”nin açıldığı qənaətini irəli sürür. R.T.Əlizadənin «Azərbaycan folklorunda təbiət kultları» adlı mo­noqrafiyası S.Rzasoyun “Azərbaycan kultşünaslığının bugünü və gələcəyi” adlı tədqiqatında şərh olunur. Kultların öy­rə­nil­məsinin Azərbaycan folklorşünaslığında problematik ak­tu­al­lı­ğa malik məsələ kimi çoxdan öz həllini gözlədiyini bildirən mü­əl­lif R.Əlizadənin bu sahədə yaranmış boşluğu aradan qal­dır­maq­la bərabər, kultşünaslığın perspektiv əsaslarını da işləyib hazır­­ladığını yüksək qiymətləndirir. A.Babəkin «Azərbaycan folk­­lorunda su ilə bağlı inamlar» monoqrafiyasının da aktual elmi problemə həsr olunmasını təsdiqləyən S.Rzasoy bildirir ki, is­tedadlı tədqiqatçının tədqiqata cəlb etdiyi mövzu problematik əsas­larına görə folklorla mifologiyanın çox qədim köklərə malik mürəkkəb münasibətlər sistemini özündə ehtiva edir. “Əslində, təkcə folklorun deyil, milli mədəniyyətin istənilən təzahür sə­viy­yə­sinin arxetipik əsaslarında mifoloji dünyagörüşü durur. Milli mə­dəniyyətin hər bir təzahür səviyyəsi mifologiya ilə spesifik mü­nasibətlərə malikdir. Bu cəhətdən folklor istər bir dün­ya­gö­rü­şü – düşüncə kodu, istərsə də sənət – yaradıcılıq hadisəsi, onun mətn­lər sistemi kimi mifologiya ilə son dərəcə sıx şəkildə bağ­lı­dır. Digər tərəfdən, insanlığın düşüncə tarixində mifologiya və folklorun yaratdığı diaxron sıra folklor Dünya modelində bu sis­tem­lə­rin sinxronluğunda da özünü qoruyur. Bu da öz növbəsində folk­lorun öyrənilməsində mifoloji aspekti qaçılmaz zərurətə çe­vi­rir. Bundan başqa AMEA Folklor İnstitutunda aparılan folk­lor­şünaslıq araşdırmalarının elmi-nəzəri səviyyəsinin artıq dün­ya elmi standartları səviyyəsinə qalxması ilə yaranan nəzəri-me­to­doloji baza bu tipli mürəkkəb struktura malik tədqiqatların ya­ran­masını aktual elmi hadisəyə çevirir”. “Mifik zaman və Nov­­ruz fenomeninə yeni baxış” başlıqlı yazıda R.Allahverdinin «Təq­vim mifləri və Novruz» monoqrafiyasının elmi əhəmiyyəti, ilk növbədə, onda aprobasiya olunan mövzunun tematik oriji­nal­lı­ğı ilə şərtləndiyi əsaslandırılır. Sərrast elmi dillə, dərin məntiqi mü­hakimələrlə yazılmış tədqiqatın yeni elmi fikir və əsas­lan­dırıl­mış polemikalarla zənginliyini, milli varlığımızın yeni epo­xa­da özünütəşkil proseslərinin mühüm mexanizmlərindən olan Novruz bayramı haqqında bir sıra yeni və fundamental baxış­la­rın ortaya qoyulmasını dəlillərlə təsdiqləyən S.Rzasoy bu işin Azər­baycan elmi fikir dövriyyəsində özünə möhkəm yer tutaca­ğı­na və novruzşünaslıq sahəsindəki tədqiqatları sağlam istiqa­mə­tə yönəldəcəyinə böyük ümid bəslədiyini bildirir.

Dünyanın bir üzü ağ – işıqla, o biri qara – qaranlıq, bir tərəfi soyuq, digəri soyuq olsa da, dağlarından, dərələrindən, çöl­lərindən, düzlərindən çox yellər əssə də, bir yandan boşalıb, o birindən dolsa da, xeyirini, şərini, yaxşısını, pisini gizlətmədən mey­dana qoysa da, bütün canlı varlıqlar üçün doğma məkandır, yurddur, Vətəndir, ana qucağı qədər təravətlidir. Onun sirlərini açmağa çalışan hər kəsi alqışlamağı vəzifə borcu sayan S.Rza-soy əslində öz böyüklüyünü nümayiş etdirmiş, titullarına, cə­miy­yətdə tutduğu mövqelərinə fərq qoymadan hamının elmi əsərinin yalnız bir cəhətinə – yeniliyinə, çıxarılan nəticənin düzlüyünə və zəhmətinə görə qiymət vermişdir. Filoloji araşdır­ma­larında həmişə keçilməyən yollarla addımlayan alimin ya­ra­dı­cılığının ancaq bir istiqamətini – folklorşünaslıq sahəsində yaz­dığı məqalələr, esselər, resenziyaların təsviri və təhlili onu de­məyə tam imkan verir ki, S.Rzasoy S.Mümtüz, Ə.Abid, B.Ço­banzadə, M.Təhmasib, M.Seyidov və Y.Qarayev kimi ədə­biyyatşünaslar nəslinin ən parlaq simalarından biridir.


[1] Azərbaycan mifoloji mətnləri. Tərtib edəni, ön söz və şərhlərin müəllifi A.Acalov. – B.,  Elm, 1988.

[2] Məmmədov M.M. Azərbaycan mifoloji mətnləri. Namizədlik dissertasi-yasının avtoreferatı. – B., 1998.

[3] Şükürov A. Dədə Qorqudun mifologiyası. – B., Elm, 1999; Mifologiya. Bi­rin­ci kitab. Ümumi-nəzəri məsələlər – B., Elm, 1995; Mifologiya, İkinci ki­tab. Qədim Şərq xalqlarının mifologiyası. – B., Elm, 1995; Mifologiya, Üçün­­cu kitab. İran xalqlarının mifologiyası. – B., Elm, 1995; Mifologiya, Dör­düncü kitab. Qədim hind mifologiyası – B., Elm, 1996; Mifologiya, Be­şin­ci kitab. Qədim Çin mifologiyası. – B., Elm, 1997; Mifologiya, Altıncı ki­tab. Qədim türk mifologiyası. – B., Elm, 1998; Mifologiya, Yeddinci kitab. Yu­nan mifologiyası. – B., «Qartal» nəşriyyatı, 1999; Mifologiya. Səkkizinci ki­tab. Alman-skandinav xalqlarının mifologiyası. – B., Elm, 1999; Mifolo­gi­ya. Doqquzuncu kitab. Slavyan xalqlarının mifologiyası. – B., «Adiloğlu qar­daş­ları» nəşriyyatı, 2002.

[4] Bax.: Rzasoy S. Müasir Azərbaycan folklorşünaslığı. 2 cilddə, 1-ci c. B., 2013, s. 24-35

[5] Nəbiyev A. Azərbaycan mifologiyası. «Folklorşünaslıq məsələləri» məcmu-əsi, Beşinci kitab. – Bakı Universiteti Nəşriyyatı, 2002; Azərbaycan xalq ədəbiy­yatı. Birinci hissə. Ali məktəblər üçün dərslik. – B., «Turan» nəşriyyat evi, 2002; Nəğmələr. İnanclar. Alqışlar. Toplayanı və tərtib edəni A.Nəbiyev. – B., Yazıçı, 1986.

[6] Əfəndiyev P. Azərbaycan şifahi xalq ədəbiyyatı. – B., Maarif, 1992; Vəliyev V. Azərbaycan folkloru. – B., Maarif, 1985; Həbibbəyli İ. Ədəbi-tarixi yaddaş və müasirlik. B., “Nurlan”, 2007; Аббаслы И. Ареал распрост­ранения и влияния Азербайджанских дастанов. – Б., Издатель-ство «Сада», 2001; Abdullayev B. Yusif Vəzir Çəmənzəminli və folklor. – B., Elm, 1981; Абдулла Б. Азербайджанских обрядовый фольклор и его поэтика. – Б., Элм, 1990; Vəliyev K. Elin yaddaşı, dilin yaddaşı. – B., Gənclik, 1987; Həbiboğlu Vəli. Qədim türklərin dünyagörüşü. – B., «Qartal» nəşriyyatı, 1996.

[7] Cəfərli M. Dastan və mif. – B., Elm, 2001; Rzasoy S. Nizami poeziyası: mif-tarix konteksti. – B., «Ağrıdağ» nəşriyyatı, 2003; Rzasoy S. Oğuz mifinin paradiqmaları. Bakı: Səda, 2004, 200 s.; Rzasoy S. Oğuz mifi və Oğuznamə eposu. – B., «Nurlan» nəşriyyatı, 2007; Rzasoy S. Oğuz mifologiyası. B., 2009; Bəydili C. Türk mifoloji sözlüyü. – B., Elm, 2003; Rüstəm Kamal. «Kitabi-Dədə Qorqud»: arxaik ritual semantikası. – B., Elm, 1999; Əliyev R. Azərbaycan nağıllarında mifik görüşlər. – B., Elm, 1992; Mifoloji şüurun bədii spesifikası. – B., «Qartal» nəşriyyatı, 2001; Xəlil A. Əski türk savlarının semiotikası. B., 2006; Məmmədov M.M. Azərbaycan mifoloji mətnləri: Fil. elm. nam. …dis. avtoref. Bakı, 1998, 29 s.; Albalıyev Ş. Hal-Div-Əzrayıl obrazlarının səciyyəsi / «Ortaq türk keçmişindən ortaq türk gələcəyinə» III uluslararası folklor konfransının materialları. Bakı, Səda, 2007, s. 547-555; Ağayev E. Ağayev E. Azərbaycan mifologiya elmi və Mirəli Seyidov. Bakı: MBM, 2008, 200 s.; Qurbanov N. Azərbaycan folklorunda mifoloji-kosmoqonik görüşlər. B., 2011; Qarayev S.P.. Azərbaycan folklorunda mifoloji xaos / Filologiya üzrə fəlsəfə doktoru alimlik dərəcəsi almaq üçün təqdim edilmiş dissertasiya. Bakı-2015; Quliyev H.V.. Azərbaycan folklorunda müdrik qoca arxetipi / Filologiya üzrə fəlsəfə doktoru alimlik dərəcəsi almaq üçün təqdim edilmiş dissertasiya. Bakı – 2015.

[8] Əliyev R. Mif və folklor: genezisi və poetikası. Bakı, «Elm», 2005.

[9] Rzasoy S. Müasir Azərbaycan folklorşünaslığı. 2 cilddə, 1-ci c. B., 2013, s. 51-52.

[10] Əliyev R. Riyazi mifologiya. Bakı, «Nurlan», 2008.

[11] Əliyev R. Türk mifoloji düşüncəsi və onun epik transformasiyaları. B., “Elm”, 2014.

[12] Nərimanoğlu K.V. Türk mif poetikasına yeni baxış (ön söz) / S.Rzasoy. Oğuz mifi və Oğuznamə eposu. B., «Nurlan» nəşriyyatı, 2007, s. 3-4.

[13] Rzasoy S. Mifologiya və folklor: nəzəri-metodoloji kontekst. B.: Nurlan, 2008, 188 s.

Bir cavab yazın

Back to top