Mif və romantik düşüncə kodu

“Mif və romantizm” problemi son illərdə geniş aktuallıq qa­zanmışdır və prinsip etibarı ilə ona görə mühüm sayılmışdır ki, bütün araşdırmalar dünyaanlamının xüsusiyyətlərini və ro-man­tiklərin bədii düşüncəsinin spesifikliyini aydınlaşdırmaq məq­sədinə yönəldilmişdir. Romantik mifyaratmanın öyrənilməsi tələb edir ki, romantiklərdə tarixi-ənənəvi və milli-mənəvi mifo-logiyaya geniş dairədə maraq oyanmasının zəmini, əbədi ob-razlara və səyyar süjetlərə müntəzəm müraciətlərin zəruriliyinin əsas səbəbləri üzə çıxarılsın, ənənəvi mifolegem yaradıcılığında yenidən mənalandırmanın təhlil yolları və üsulları tapılsın.

Təsadüfi deyil ki, XX əsrin “Azərbaycan romantikləri folklor nümunələrini millilik məzmunu, xəlqilik mahiyyəti da­şı­ma­larına görə qiymətləndirir, onlara məhz bu cəhətdən üstün­lük verirdilər”[1]. Bu mənada folklorun, xüsusilə mifologiyanın ayrı-ay­rı aspektlərinin – ümumi və milli mifologiyaların, “mütləq fe­no­men mifologiyası” və “tarixi fenomen mifologiyası”nın bir-bi­ri ilə əlaqələndirilməsi, yazılı ədəbiyyata tətbiqi prosesi bu gün də mühüm əhəniyyət kəsb edir. Çünki mifoloji təfəkkür bəşər ta­ri­xinin bizə məlum olan ilkin inam və etiqadlarının toplusudur. Sə­nətkarın mif mətnləri və süjetlərinə üz tutması mənsub olduğu xal­qın inam və etıqadlarını yalnız formal şəkildə yenidən ya­rat­maq məqsədi daşımır, həmçinin mənəviyyata təsir və yaşanılan çox əski tarixə yanaşma tərzini öyrədir.

Mif və bədii ədəbiyyat arasında bütün dövrlərdə güclü əla­qə olmuşdur. Bu proses həm təkamül, həm də tipoloji aspekt­lər­də araşdırılmışdır. Təkamül aspektinə görə, mif cəmiyyətin tə­şək­kül dövrünün məhsuludur və yazılı ədəbiyyatın forma-laşmasına təkan verən əsas prosesdir. Antik yunan ədəbiyyatının “İli­ada” və “Odisseya” kimi abidələri mifik obrazlar və süjetlərlə bü­tövlük qazanmışdır. Orta əsrlər Avropa ədəbiyyatına təsir edən antik ədəbiyyat nümunələri qədim mif süjetləri və motiv-lə­rini də özü ilə birlikdə növbəti əsrlərə keçirirdi. Təkamül as-pe­ktindən fərqli olaraq, tipoloji aspekt mifologiya və yazılı ədə-biy­yatı iki əks qütbə ayırırdı ki, burada da dünyanı dərk etmə və onu əks etdirmə məsələlərinə görə mif və ədəbiyyatın başqa-baş­qa tərəfləri açıqlanırdı.

Mifoloji mətnlərdən anlaşıldığı kimi, mifdə hadisələr düz­xət­li hərəkət etmir. Dövrəviliyin daha çox üstünlük qazandığı mif­də bu və ya digər proseslər təkrarlanır. Bədii ədəbiyyat nü­mu­nələrində isə müraciət olunan mövzu hər hansı bir süjet üzə­rin­də qurulur.

XIX əsrin ikinci yarısının və XX əsrin birinci rübünün ədə­bi prossesinin mühüm fərqləndirici əlaməti ondan ibarətdir ki, yazıçılar fərdi yaradıcılıqlarında poetik mifyaratmaya ardı-cıl­lıqla meyl göstərirdilər. Təsadüfi deyil ki, ötən yüzillikdə mi-fin bir sıra mühüm elmi konsepsiyaları meydana gəlmiş, filosof­lar, antropoloqlar, psixoloqlar, linqivistlər və folklorşünaslar in­sa­nın mənəvi həyatının mif fenomeninin spesifik cəhətlərini aç­ma­ğa can atmışdılar. Saysız-hesabsız təşəbbüslər işərisində mi­fin təbiətinə daha məhsuldar və əsaslı şəkildə nüfuz edənlər hə­min çağların romantikləri olmuşlar. Sonrakı dövlərdə şöhrət qa­zan­mış əksər nəzəriyyələrin də bir sıra müddəaları ilk dəfə ro­man­tiklər tərəfindən irəli sürülmüşdür. Romantiklər “yeni mi­fo­lo­giya” ideyasını elan etməklə ilk dəfə mifi bədii yaradıcılığın əsas əlamətinə çevirmişdilər. Məhz moderinçi ya-zarlar ro­man­tik­lərin ardıcılları kimi meydana atılaraq bədii yaradıcılıqda bə­şə­riyyətin “qədim ənənənə”sinə varislik konsepsiyasını işləyib ha­zırlamışdılar.

Romantiklər mifləri fəal şəkildə araşdırmaqla yanaşı, öz bə­dii mətnlərinin canına hopdurmuşdular. Antik, xristianlıq, orta əsrlər dövrünün dünyaanlamı sistemlərindən çox şey götürsələr də, mif mətnlərini olduğu kimi təkrarlamamış, öz mifologiya­la­rı­nı yaratmağa can atmışdılar. Onların nöqteyi-nəzərində bütün ide­al olanlar reallıqlarla birlikdə eyni gerçəklik daxilində yer­ləş­di­rilir. Bu səbəbdən də mifə əsərin bədii-simvolik və estetik əla­mə­ti kimi baxılırdı.

Romantizmdə mifin fəlsəfi aspektinə maraq, ilk növbədə, İen məktəbinin yetişdirmələri olan erkən alman romantiklərində oyan­mışdır. Henrix Novalis, Fridrix Şleqel, Fridrix Şellinq və b. nə­zəri əsərlərində fikirlərin müxtəlifliyinə baxmayaraq mifolo­gi­ya problemlərinə bütövlükdə umumi cəhətdən yanaşılmışdır. Əs­lində bu, romantiklərin vahid mif konsepsiyasının olduğunu de­məyə haqq qazandırır.

Mifə müraciət edilərkən təntənəlilik, ənənəvilik nəzərə çar­psa da, həmin xüsusiyyət romantiklərin əsərlərinin poetik sis-te­minin əsasında dururdu. Nədənsə, indiyədək bu fakta ədəbiy­yat­şünaslıqda və fəlsəfədə lazımınca diqqət yetirilməmişdir.

“Mifologiya – ümumilikdə allahlar haqqında təlimdır”[2] – qə­naətinə gələn F.Şellinqə görə, bədii əsərlərə köçürülməklə mi­fin düşüncə sistemindəki ömrü başa çatır və o poetikanın əsas ün­sürünə çevrilir. Alman filosofu və yazıçısı özünün “Mifolo­gi­yanın fəlsəfəsinə giriş” adlı iki mühazirələr mətnini belə bir tezis­lə yekunlaşdırırdı: «Əgər Homer poeziyada mifologiyanın qur­tardığını, tamamlandığını göstərirsə, Hesiod onun fəlsəfədə bit­diyini bildirir”[3].

F.Novalisin mif konsepsiyası isə İ.Fixte idealizminin təsiri ilə meydana gələn “magik idealizm” fəlsəfi proqramı ilə sıx bağ­lı idi. Fixtenin mifik dünya mənzərəsinin (Dünya modelinin) əsa­sında son həddə çatan azadlığa, fəal mövcudluğa və özünü məh­dudlaşdırma yolu ilə yaranan gerçək aləmə (“MƏN”in yox­lu­ğuna) malik mənəvi prinsip (“MƏN”) – başlanğıc dayanır.

Romantiklərin idealist dünyabaxışı ilə Fixtenin Ruhun im­kan­larının genişləndirilməsi təsəvvürü arasında fövqəladə ya­xın­lıq göz qabağındadır. Lakin bir sıra mövcud məqamlarda No­va­lis Fixtenin gerçəkliyi tənqid etməsinə fərqli mövqedən yanaşır­dı. Fixte “MƏN”i (“tam şüur”u) dolayı fəlsəfi nöqteyi-nəzər – ab­strak­siya (fikrən ayrılma) kimi başa düşürdü. Novalisin qə­na­ətin­də isə subyektiv “MƏN” sonsuzluğa, magikliyə malik, ay­rı­lıq­da götürülən şəxsiyyəttək təqdim edilirdi. Novalisin ter­mi­no­lo­giyasında bu elə bir qüvvədir ki, dünyaya təsir etmək və öz ru­hu­nu kökündən dəyişdirmək gücünə malikdir. Beləcə əsas ro­man­tik tezis meydana atılırdı: “Şəxsiyyət dünya yaradır”. Lakin No­valisdə ümumilikdə şəxsiyyətdən (hər hansı bir “MƏN”dən) de­yil, ilk növbədə, poetik şəxsiyyətdən, sənətkardan danışılırdı. Ma­raqlıdır ki, XX əsr Azərbaycan romantikləri, xüsusilə Abbas Səhət də (“Şair, Şeir Pərisi və Şəhərli”, “Şair”, “Şərarə”) söz ya­ra­dıcısının başqalarından üstünlüyünü vurğulayırdı.

Romantiklərə görə, dahilik zirvəsinə çatan şair sehirbazlıq ciz­giləri əldə etdiyindən dünyanı dərk etməyin ən yüksək for­ma­sı poeziyadır. Onlar belə bir mücərrəd qənaət irəli sürürdülər ki, nə ayrı və ümumi arasında əlaqə yaradan səmərəli bilik əldə et­mək, nə də birtərəflilikdən əziyyət çəkən təmiz intuitiv savad qa­zanmaq dünyayaratmanın həqiqi mənzərəsini verə bilir. Ya­l-nız “magik seyretmə” dərketmədə səhvlərdən yaxa qurtarmağa və universium barədə düzgün, həqiqi məlumat əldə etməyə yar­dım göstərir. Bu nöqteyi-nəzər Novalisin məşhur aforizmində çox gözəl əks olunmuşdur:

“Şair təbiəti bütün çalarları ilə birlikdə alimin ağlından da­ha yaxşı anlayır.[4]

A.Səhhət də eyni şövqlə yazırdı ki: şair öz kainatında bü­tün dünyanı yerləşdirə bilmədiyi halda Tanrının sirlərinin açarını tap­mağı bacarır.

Sığmazkən aləm, adəm onun kainatına,
Tiflanə mələbəydi hənuz ümdə mətləbi.
…Məktum olan xızaini-həqqin kilidinə,
Ol tifli məhrəm etmək ilə qıldı mərhəmət,
Təqdim etdi sonra ona bir alovlu saz,
İlham qüvvəsilə oxutdurdu şairi.[5]

Bir cavab yazın

Back to top