TURAN ARZUSUNU TÜSTÜLƏR BOĞMAZ

Şərin əməlinin bu son anıdır,

Bürüyüb alovlar meşəni, dağı.

Yanan orman deyil, yurdun canıdır,

Türkün birliyinə od vurub yağı.

Od ilə oynadı ötən il dığa,

Qaçanda atəşə verdi evləri.

İstədi baş qatıb cəld ordu yığa,

Bilmədi oyadıb şiri, devləri.

“Əski yurd yerimdir” dediyi halda

Qaçanda dağıtdı ocaqlarını.

Qoymadı salamat yer qala dalda,

“Unitazla” gördük “qoçaq”larını.

Kəlbəgər, Laçında ağac qoymadı,

Alova qərq edib külə döndərdi.

0n gün möhlət verdik, şərdən doymadı,

Keşişi minayla düzə göndərdi.

A unqiue view of Shushi from the minaret, revealing its past as the capital of the Karabkh Khanate where muslims are the majority here before the Nagorno-Karabakh war.

 “Unitaz” eşqiylə yaşadı zalım,

Tuman yaddan çıxdı, canı qorudu.

İgid əsgərlərin qadasın alım,

Vətənində adı, sanı qorudu…

Budur xəyanəti sivil Dünyanın,

Qardaşın yurdunda orman qalmadı.

İblisə qıl verib, dedilər: “Yanın!..”

Türk özü atəşdi,  – yada salmadı.



Enmək istəyirlər min illər boyu

Atəşlər içindən keçən milləti.

Türkün odda yanmaz yüzlərlə soyu

Birləşib yox edir zülmü, zilləti.

Bu son həmləsidir Türk düşməninin,

Turan arzusunu tüstülər boğmaz.

Sonu yaxındadır dumanın, çənin,

Türk alovdan qorxsa, igidlər doğmaz.

30 iyul 2021-ci il

Bir cavab yazın

Back to top