RAMAZAN QAFARLI – 70

Qafarlı (Qafarov) Ramazan Oruc oğlu 1951-ci ilin iyun ayının 17-də Şəki şəhərində sənətkar ailəsində anadan olmuşdur. Atası Qafarov Oruc Hacıkərim oğlu 1901-ci ildə doğulmuşdu, məşhur dabbaq idi. Usta Orucun hazırladığı xüsusi dəri məmulatları bir zamanlar Rusiyanın Ermitaj Muzeyində saxlanılırdı. Lakin o, Sovet rejimində bu qədim peşəni davam etdirə bilməmiş, qolçomaq, xüsusi mülkiyyətçi adı ilə bir neçə dəfə həbs edilmişdi. Usta Oruc İkinci Dünya
savaşında yaralanandan sonra uzun müddət xəstə yatmış və 1956-cı ildə vəfat etmişdir. Böyük külfəti dolandırmaq isə Ramazan Qafarlının anası Qafarova Zərifə Məhəmməd qızının üzərinə düşmüşdü.

Ramazan Qafarlı 5-ci sinfə qədər Şəki şəhərində yerləşən 7 saylı orta məktəbdə oxumuş, 1961-ci ildə ailəsi Bakı şəhərinə köçdükdən sonra orta təhsilini 39 saylı məktəbdə başa çatdırmışdır. 1974-cü ildə V.İ.Lenin adına ADPİ-nin filologiya fakültəsini bitirdikdən sonra Elmi şuranın qərarı ilə həmin ali məktəbdə saxlanılmışdı. Estoniyada sovet ordusu sıralarında qulluq etmiş, bir müddət seçkili orqanlarda (əvvəl institutun komsomol komitəsində katib, sonra həmkarlar ittifaqı təşkilatında sədr) çalışmışdır.

1981-84-cü illərdə Bakı şəhər 204 saylı orta məktəbdə dil-ədəbiyyat müəllimi və direktor müavini vəzifələrində işləmişdir.

Ramazan Qafarlı 1984-cü ildə N.Tusi adına ADPİ-nin əyani aspiranturasına daxil olub, 1988-ci ildə “Azərbaycan uşaq folkloru” mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. Həmin ildən bu ali təhsil ocağında çalışmağa başlamış, 2015-ci ilədək baş laborant, problem laboratoriyanın baş elmi işçisi, müdiri, baş müəllim,
dosent və professor vəzifələrində fəaliyyət göstərmişdir.

2011-ci ildə “Dədə Qorqud Elmi-Tədqiqat Mərkəzi”nin müdiri vəzifəsinə seçilmiş və Azərbaycan ədəbiyyatı tarixi kafedrasının professoru olmuşdur. Alim 2003-cü ilin oktyabrından 2004-cü ilin fevralınadək Rusiyanın Sankt-Peterburq şəhərində doktorluq təcrübəsi keçmişdir. A.Gertsen ad. Rusiya Dövlət Pedaqoji Universitetinin Elmi
şurasında onun “Мифологическая картина мира азербайджанского этноса” (“Azərbaycan xalqının təsəvvüründə mifoloji dünya modeli”) adlı doktorluq dissertasiyası mövzusu təsdiqlənmişdir. Tədqiqat işi həmin ali məktəbin
“Etnokulturologiya” kafedrasında müzakirə olunub müdafiəyə buraxılmışdır. Lakin ADPU-nun rəhbərliyinin təkidi ilə R.Qafarlı tədqiqatının mövzusunu dəyişməyə məcbur olmuş və 2010-cu ildə AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun Müdafiə Şurasında “Azərbaycan türklərinin mifologiyası (qaynaqları, təsnifatı, obrazları, genezisi, evolyusiyası və poetikası)” adlı doktorluq dissertasiyası müdafiə etmişdir.

Ramazan Qafarlı 2015-ci ilin dekabr ayında AMEA Folklor İnstitutunun Dədə Qorqud şöbəsinin müdiri vəzifəsinə şeçilmişdir.

Ramazan Qafarlı 16 dərs proqramının, 14 monoqrafiyanın, 5 dərs vəsaitinin, bir neçə folklor toplusunun, o cümlədən “Mif və nağıl” (1999), “Azərbaycan mifologiyası” (2001), “Azərbaycan atalar sözləri, xalq mahnıları və dramlarının poetikası” (2001), “Folklor poetikası” (2001), “Mifologiya və folklorşünaslıq məsələləri” (2002), “Azərbaycan türklərinin mifologiyası (mifik dünya modeli, təsnifat)” (2004), “Azərbaycan türklərinin mifologiyası (bərpa, genezis)” (2004), “Mif, nağıl və əfsanə (epik ənənədə janrlararası əlaqə)” (2011), “Uşaq folklorunun janr sistemi və poetikası” (2014), “Mifologiya. Mifogenez: rekonstruksiya, struktur, poetika” (2015), “Mifologiya. Ritual-mifoloji rekonstruksiya problemləri” (2019),  Azərbaycan qorqudşünasları (məqalələr toplusu)” (2020) kitablarının, 300-dən çox elmi-publisistik məqalənin, AMEA Ədəbiyyat İnstitutunun hazırladığı 6 cildlik “Azərbaycan ədəbiyyatı tarixi”nin birinci cildində (Bakı, Elm, 2004) və eləcə də 10 cildlik “Azərbaycan ədəbiyyatı
tarixi”nin birinci cildində (Bakı, Elm, 2018) yer alan oçerklərin – “Uşaq folkloru”, “Xalq dramları”, “Xalq mahnıları”nın müəllifidir. Bir sıra əsərləri xarici ölkələrdə – Türkiyədə, Almaniyada, Rusiyada (Sankt-Peterburqda) nəşr
olunmuşdur.
Философия любви на деревнем Востоке и Низами” (“Şərqdə məhəbbət fəlsəfəsi və Nizami”) monoqrafiyası (2002), Азербайджанская тюркская мифология 1: основные источники, первоначальные этапы мифологических сознаний, система первобытных воззрений, религия и миф”(2020-ci il, Almaniyanın “LAP LAMBERT Academic Publishing” nəşriyyatı) monoqrafiyaları xaricdə rus dilində işıq üzü görmüşdür.

Toplayıb tərtib etdiyi “Şəki folkloru” (2002), “Lütvəli kişidən folklor nümunələri” (2003) kitablarında Molla Cumənin
indiyədək elm aləminə bəlli olmayan altı dastanı özünə yer almışdır. Ramazan Qafarlı səmərəli elmi-pedaqoji fəaliyyətinə görə iki dəfə Azərbaycan Pespublikası Təhsil Nazirliyinin Fəxri Fərmanı ilə təltif olunmuşdur. 2010-cu ildə “Qızıl qələm” media mükafatına layiq görülmüşdür.Görkəmli alim neçə illərdir ki, folklor poetikası, mifologiya, “Kitabi-Dədə Qorqud”un poetik strukturu, uşaq folkloru, xalq dramları, atalar sözü, aşıq sənəti və sufizm, Nizami və “Avesta”
və s. mövzular üzərində tədqiqat işləri aparır. Onun ssenariləri əsasında Dünya azərbaycanlılarının həmrəyli
к gününə həsr olunan “Xanım, hey” bədii filmi, “Laylalar” bədii-etnoqrafik filmi çəkilmişdir. Ramazan Qafarlı “Ərən”, “Xəmsə”
qəzetlərini, “Qafqaz”, “Xəmsə”, “Dədə Qorqud araşdırmaları” jurnallarını təsis etmişdir. Onun tərtibçisi və redaktoru olduğu “Heydər Əliyev-78”, “Bəxtiyar Vahabzadə-75”, “Akademik Bəkir Nəbiyev-70 və 80”, “Ağayar Şükürov-55” xüsusi
buraxılışları dövlət və elm xadimlərimizin həyat salnaməsinə güzgü tutmuşdur.

Xalq şairi Bəxtiyar Vahabzadənin əsərlərinin külliyatının 12 cildliyini tərtib edib nəşrə hazırlamış və “Bəxtiyar Vahabzadə əbədiyyat yolunda” (2010) kitabını çap etdirmişdir.

Ramazan Qafarlının monoqrafiya və kitabları haqqında xalq şairi, akademik B.Vahabzadə, akademiklər – B.Nəbiyev, İ.Həbibbəyli, M.İmanov, AMEA-nın müxbir üzvləri – Y.Qarayev, A.Nəbiyev, V.Əliyev və başqaları respublika mətbuatında məqalələrlə çıxış etmişlər.
Ramazan Qafarlı 1990-cı ildə Soçidə keçirilən Gənc tənqidçilərin Ümumittifaq müşavirəsinin, 2000-ci ildə Bakıda “Dədə Qorqud-1300” beynəlxalq elmi simpoziumunun, 2003 və 2004-cü illərdə Sankt-Peterburq şəhərində təşkil olunan
IV və V “
Реальность этноса” beynəlxalq elmi konfranslarının, Türkiyənin Ankara, İstanbul, Antalya, Qaziantep, Fəthiyyə, İzmir və b. şəhərlərində keçirilən çoxsaylı uluslararası simpoziumların iştirakçısı olmuş, məruzələr etmişdir.

Alim 2003-cü ilin noyabr ayında respublikamızda ilk dəfə olaraq Azərbaycan folkloru və mifologiyasının
müxtəlif problemlərini özündə əks etdirən əvvəl
www.azmif.net,sonrawww.azmif.net (“Азербайджанская тюркская мифология и фольклор” // “Azərbaycan türk mifologiyası və folkloru”) domenli portal saytı yaratmışdır. Mədəniyyətimizi beynəlxalq səviyyədə yaydığına görə www.azmif.net saytı 2005-ci ildə “Netty” Beynəlxalq
İnternet Akademiyasının müsabiqəsinin qalibi elan olunmuşdur. Hazırda internetdə fəaliyyət göstərən www.mifologiya.az- “Azərbaycan türk mifologiyası, folkloru və klassik ədəbiyyatı” saytının müəllifidir.2018-21-ci illərdə II və III Ankara, II Dədə Qorqud, I Bəxtiyar Vahabzadə, II və III Novruz, I Qarabağ beynəlxalq elmi konfransların təşkilat şurasına rəhbərlik etmişdir. “Mifologiya. Mifogenez: rekonstruksiya, struktur, poetika” (Bakı, Elm və Təhsil, 2019, 454 səh.), “Mifologiya. Ritual-mifoloji rekonstruksiya problemləri” (Bakı, Elm və Təhsil, 2019, 432 səh.) monoqrafiyaları AMEA Rəyasət Heyətinin qərarı ilə ilin elmi nailiyyətləri sırasına daxil edilmişdir.

Ramazan Qafarlı hazırda Folklor İnstitutunun şöbə müdiri olmaqla yanaşı beynəlxalq indeksli (İndex Copernicus) “Dədə Qorqud” ədəbi-elmi toplusunun baş redaktorudur. Alim eyni zamnda ADPU-nun Quba filialının Azərbaycan dili və ədəbiyyatı kafedrasının professoru kimi çalışır.

Ailəlidir. Dörd övladı var.

RAMAZAN QAFARLININ ÇAP OLUNMUŞ ƏSƏRLƏRİNİN PDF-LƏRİNİN LİNKLƏRİ

MONOQRAFİYALARI:

1.Ramazan Qafarlı. Mifologiya. 6 cilddə. I cild. Mifogenez: rekonstruksiya, struktur, poetika, Bakı, «Elm və Təhsil», 2015, 454 səh.

Monoqrafiyada mifologiyanın tədqiqat tarixi, nəzəri-kateqorial aspektləri, araşdırılması yolları, mifogenezis, mifoloji görüşlərdə arxetipik simvollar, struktur poetikada mifoloji amillər, struktur təhlil sistemlərinin əsas kateqoriyaları, mifik  düşüncənin genetic strukturu və s. kimi məsələlər ilk dəfə sistemli şəkildə təhlil edilir. 

 

https://genderi.org/ramazan-qafarli.html

http://web2.anl.az:81/read/page.php?bibid=vtls000559602

2.Ramazan Qafarlı. Mifologiya. Altı cilddə. İkinci cild. Ritualmifoloji dünya modeli. Bakı, «Elm və Təhsil», 2019, 432 səh. Monoqrafiyada Azərbaycan türklərinin sakral düşüncə atributları və ən əski bədii yaradıcılıq formaları – mif-ritual sintezinin dinlə, əfsanələrlə, nağıllarla qarşılıqlı əlaqələri, bağlılığı, eləcə də mifologiyanın bir sıra nəzəri məsələləri, spesifik xüsusiyyətləri, bəzi arxetiplərin mənşəyi, yaranma yolları, bir sözlə, ritual-mifoloji rekonstruksiya problemləri ilk dəfə sistemli şəkildə təhlilə cəlb edilir.

http://folklor.az/arasdirmalar/Ramazan-Qafarli-Mifologiya.pdf

http://web2.anl.az:81/read/page.php?bibid=vtls000741254

3.Ramazan Qafarlı. Uşaq folklorunun janr sistemi və poetikası. – Bakı, «Elm və Təhsil», 2013, 540 səh.

Monoqrafiyada Azərbaycan uşaq folklorunun nəzəri əsasları, mənşəyi, yaranma yolları, toplanması, nəşri və araşdırılması tarixi, təsnifatı, lirik, epik, dramatik janrların poetikası, ideya-məzmunu, ana nəğmələri (layla, oxşama, dilaçma), uşaq nəğmələri (düzgü, sanama, dolama, acıtma), tapmaca, yanıltmac, nağıl, oyun və tamaşaların spesifik xüsusiyyətləri ilk dəfə sistemli şəkildə təhlil edilir.

http://folklor.az/arasdirmalar/Ushaq-folklorunun-janr-sistemi-poetikasi.pdf

http://web2.anl.az:81/read/page.php?bibid=vtls000322125

4.Ramazan Qafarlı. Azərbaycan türklərinin mifologiyası: qaynaqları, təsnifatı, obrazları, genezisi, evolyusiyası və poetikası: / elmi red. və ön söz. müəl. S.Rzasoy

Monoqrafiyada mifologiyanın tədqiqat tarixi, nəzəri-kateqorial aspektləri, araşdırılması yolları, mifogenezis, mifoloji görüşlərdə arxetipik simvollar, struktur poetikada mifoloji amillər, struktur təhlil sistemlərinin əsas kateqoriyaları, mifik düşüncənin genetik strukturu və s. kimi məsələlər ilk dəfə sistemli şəkildə təhlil edilir.

http://web2.anl.az:81/read/page.php?bibid=vtls000741365

http://web2.anl.az:81/read/page.php?bibid=vtls000741366

 5.Ramazan Qafarlı. Mif, əfsanə, nağıl və epos: şifahi epik ənənədə janrlararası əlaqə. Ali məktəb tələbələri üçün dərs vəsaiti: [monoqrafiya] /; elmi red. X. Məmmədov. ADPU-nun NƏŞRİ 780 səhifə – 48.94 çap vərəqi

Monoqrafiyada Azərbaycan türklərinin mifologiyası, nağıl, əfsanə, rəvayət və eposları təhlil olunur. Mifritual sintezinin folklorun epik ən‘ənənəsinə tə‘siri, janrlararası əlaqənin prinsipləri göstərilir. Mif, nağıl və əfsanənin janrlaşmasında poetik vasitələrin rolundan bəhs açılır. Monoqrafiyada söykökümüzlə bağlı bir sıra mübahisəli məsələlərə aydınlıq gətirilir. İlk dəfə olaraq Azərbaycan türklərinin mifoloji modellərinin, sistemlərinin ilkin qaynaqlarına üz tutulur, kateqoriyaları araşdırma obyektinə çevrilir. Nağıl süjetqurma sənətinin bünövrəsini qoyan yaradıcılıq forması kimi təqdim edilir. Əfsanələrin əlamətləri, sərhədləri aydınlaşdırılır. Sakral rəqəmlərin mahiyyəti və işlənmə dairəsi nəzərdən keçirilir. Monoqrafiya tədqiqatçılar, aspirantlar, magistrlər və tələbələr üçün nəzərdə tutulmuşdur.

http://web2.anl.az:81/read/page.php?bibid=vtls000741367

6.Рамазан Кафарлы. Азербайджанская тюркская мифология: основные источники, первоначальные этапы мифологических сознаний, система первобытных воззрений, религия и миф /науч. ред. С. Рзасой ; предисл. Б. Вахабзаде.

Aзербайджанская мифология впервые привлекается к самостоятельному исследованию (в этническом – тюркском и региональном – севере и южно-азербайджанском контексте). В целом мифология Азербайджана также впервые становится предметом специального научного исследования – одна из первых попыток изучения раннего мышления о мире, природе и человеке, раскрывающая мировоззренческие аспекты в том, отдаленном от нас, времени. Р.Кафарлы затрагивает вопросы жанровых особенностей, поэтической структуры, тематического диапазона.

Website: https://www.lap-publishing.com/

http://web2.anl.az:81/read/page.php?bibid=vtls000741539

7.Рамазан Кафарлы Философия любви на древнем Востоке и Низами – СПб.: Издательство «ЛЕЙЛА», 2002. 112 с.

Низами Гянджеви (1141-1209) – великий поэт азербайджанского народа, гуманист, мыслитель, творения которого оказали могущественное воздействие на развитие мировой литературы. Талант мыслителя, которого более восемьсот лет удивляет весь мир. Великий Азербайджанский поэт, его в самый человечный произведение «Лейли и Меджнун», показывает суть разума людского. В монографии Р.Кафарлы анализируются неисследованные пласты художественного наследия Низами, связанные с азербайджанским фольклором и произведениями древней арабо-персидской письменной литературы. В своем энергичном повествовании автор приближает героев Низами к нашей современности и отвечает на интересующее молодого читателя о любви и влюблённости, многие из которых подняты впервые.

http://web2.anl.az:81/read/page.php?bibid=vtls000380278

8.Рамазан Кафарлы Философия любви на древнем Востоке и Низами – СПб.: Издательство «ЛЕЙЛА», 2012. 170 с. (Переиздание)

Низами Гянджеви (1141-1209) – великий поэт азербайджанского народа, гуманист, мыслитель, творения которого оказали могущественное воздействие на развитие мировой литературы. Талант мыслителя, которого более восемьсот лет удивляет весь мир. Великий Азербайджанский поэт, его в самый человечный произведение «Лейли и Меджнун», показывает суть разума людского. В монографии Р.Кафарлы анализируются неисследованные пласты художественного наследия Низами, связанные с азербайджанским фольклором и произведениями древней арабо-персидской письменной литературы. В своем энергичном повествовании автор приближает героев Низами к нашей современности и отвечает на интересующее молодого читателя о любви и влюблённости, многие из которых подняты впервые.

Ramazan QAFARLI. MİF NAĞIL. (EPİK ƏNƏNƏDƏ JARLARARASI ƏLAQƏ). N.TUSİ ADINA ADPU-nun nəşri. 428 səhifə. 28,1 çap vərəqi

Monoqrafiyada Azərbaycan türklərinin mifologiyası, nağıl, əfsanə və rəvayətləri təhlil olunur. Mif-ritual sintezinin folklorun epik ən‘ənənəsinə tə‘siri, janrlararası əlaqənin prinsipləri göstərilir. Mif, nağıl və əfsanənin janrlaşmasında poetik vasitələrin rolundan bəhs açılır. Monoqrafiyada söykökümüzlə bağlı bir sıra mübahisəli məsələlərə aydınlıq gətirilir. İlk dəfə olaraq Azərbaycan türklərinin mifoloji modellərinin, sistemlərinin ilkin qaynaqlarına üz tutulur, kateqoriyaları araşdırma obyektinə çevrilir. Nağıl süjetqurma sənətinin bünövrəsini qoyan yaradıcılıq forması kimi təqdim edilir. Əfsanələrin əlamətləri, sərhədləri aydınlaşdırılır. Sakral rəqəmlərin mahiyyəti və işlənmə dairəsi nəzərdən keçirilir. Monoqrafiya tədqiqatçılar, aspirantlar, magistrlər və tələbələr üçün nəzərdə tutulmuşdur.

http://web2.anl.az:81/read/page.php?bibid=vtls000018868

 9.Ramazan QAFARLI. AZƏRBAYCAN TÜRKLƏRİNİN MİFOLOGİYASI (BƏRPA, GENEZİS). “AĞRIDAĞ” nəşriyyatı, Bakı, 2004, 267 səhifə

Monoqrafiyada Azərbaycan türk mifologiyasının genezisi, ümumi-nəzəri məsələləri apaşdırılır və Azərbaycan miflərinin bərpası yolları aşkarlanır. Mifologiyanın tədqiqi və nəzəri əsasları, Azərbaycan miflərini bərpaetmək üçün əsas mənbələr, mif və Azərbaycan xalqının tarix, mifoloji dərketmənin ilkin mərhələləri, mif və sakrallıq, mifologiyada kəmiyyət kateqoriyası, ənənəvi təqvim (yazqabağı) ritualları və mif (keçi mifinin rituallaması,Günəş ata, Xızır), İlaxır çərşənbələr (su çərşənbəsi, yaxud əzəl çərşənbə, od çərşənbəsi, torpaq çərşənbəsi, yel çərşənbəsi) kimi məsələlər ilk dəfə sistemli şəkildə təhlil olunur.

10.Ramazan QAFARLI. Azərbsycan türklərinin mifologiyası (Mifik dünya modeli, təsnifat). “AĞRIDAĞ” nəşriyyatı, Bakı, 2004, 243 səhifəş

Monoqrafiyada Azərbaycan türk mifləri təsnif edilir. İbtidai görüşlər sistemi və mif, totemizm və totem mifləri (Qaba Ağac, Buynuzlu ana maral, Boz qurd, Ağ quş), şamanizm və qam-şaman mifləri (tanrı panteonu), Çadır (otaq, yurd) mifik Dünya modeli, qam-şaman səyahətləri, ruhun əvəzlənməsi, yaxud can əvəzinə can vermə, dual təsəvvürlərin tarixi kökləri və əkizlər mifi, atəşpərəstlik tanrı panteonu (İşıqlı dünyanın tanrıları, Qaranlıq aləmin təmsilçiləri) mifoloji model və strukturlar, dev, əşdaha və pəri, Tanrı-insan qarşıdurması kimi məsələlər ilk dəfə sistemli şəkildə təhlil olunur.

11.Ramazan QAFARLI. FOLKLORŞÜNASLIQ VƏ MİFOLOGİYA MƏSƏLƏLƏRİ (NƏZƏRİ MÜLAHİZƏLƏR, MAGİSTR HAZIRLIĞI ÜÇÜN PROQRAMLAR VƏ METODİK GÖSTƏRİŞLƏR), Bakı – 2002, Azərbaycan Dövlət Pedaqoji Universitenin nəşri. 188 səhifə.

Azərbaycan folklorşünaslığının mühüm məsələlərindən biri də şifahi xalq yaradıcılığı janrlarının dəqiq sərhədlərini, bir-birindən seçilən cəhətlərini, terminlərini müəyyənləşdirməkdir. R.Qafarlı xalq yaradıcılığının mənşəyini, süjetqurmanın meydana gəlməsində nağıl və eposların rolunu üzə çıxardır, dünya xalqlarının mif və nağıllarını öyrənən kursların proqramlarında da mövzuları bu istiqamətdə seçir. R.Qafarlı xalq yaradıcılığının mənşəyini, süjetqurmanın meydana gəlməsində nağıl və eposların rolunu üzə çıxardır, dünya xalqlarının mif və nağıllarını öyrənən kursların proqramlarında da mövzuları bu istiqamətdə seçir.

12.Ramazan QAFARLI (müəlliflərdən biri). Azərbaycan ədəbiyyatı tarıxı: xalq mahnıları, xalq dramları, uşaq folkloru. Alti cilddə. I cild (sifahi xalq ədəbiyyatı), Bakı. – Elm, 2004. – 760 s. ISBN-8066-1654-l.

Coxcildlik «Azarbaycan ədəbiyyatı tarixi»nin oxuculara taqdim olunan birinci cildi mənəvi mədəniyyətimizin mühüm bir qolunu təşkil edən şifahi xalq ədəbiyyatının tarixi-semantik səciyyəsini, strukturunu, janr təkamülünü, folklor mətnlərinin ideya-estetik məziyyətlərini əks etdirir. Azarbaycan folklorşünaslığının coxillik elmi təcrübəsi və yekun qənaətləri əsasında hazırlanmış bu kitab fundamental səciyyə daşıyır. Mifologiya va arxaik folklor, şifahi ədəbiyyatın ənənəvi janrları, ozan-aşıq sənəti, epos yaradıcılığı cildin əsas tədqiqat istiqamətini əhatə edir. Sifahi bədii düşüncənin tarixi inkisafı cilddə həm folklorə yaradıcılığının ümumi mənzərəsi, həm də ayrı-ayrı janrların mətndaxili təkamülü kontekstində öyrənilmişdir.

 13.Ramazan QAFARLI (müəlliflərdən biri). Azərbaycan ədəbiyyatı tarıxı: xalq mahnıları, xalq dramları, uşaq folkloru. X cilddə. I cild (sifahi xalq ədəbiyyatı), Bakı. – Elm, 2018. – 1072 s. ISBN 978-9952-514-72-8

Çoxcildik “Azərbaycan idibiyyatı tarıxı”nin birinci cildi kökü minillıklərə dayanan milli-mənəvi və mədəni irsimizin əsas tərkib hissələrindən olan şifahi xalq ədəbiyyatına həsr edilmişdir. Kitabda Azərbaycan şifahi xalq ədəbiyyatı bütöv bir sistem kimi alınaraq ayrı-ayrı ədəbi növ və janrlarının tarıxi təkamül taşakkülü, struktur-semantik səciyyəsi, ideya-məzmun tutumu, bədii-estetik məziyyətləri ilə əlaqəli şəkildə öyrənilmişdir. Cilddə şifahi badii düşüncənin tarixi inkişafı folklor yaradıcılığının ümumi mənzərəsi və müxtəlif janrların daxili takamülü kontekstində araşdırılmışdır. Folklorşünaslığımızın elmi tacrübəsinə və nəticələrinə əsaslanan, kollektiv elmi-yaradıcılıq məhsulu olan fundamental “Azərbaycan ədəbiyyatı tarixi” kitabının birinci – “Şifahi xalq ədəbiyyatı” cildində akademik İsa Həbibbaylinin ədəbiyyatşünaslığımızda ilk dəfə geniş sistemli şakildə araşdırmaya cəlb edilən “Azərbaycan ədəbiyyatı: dövrləşdirmə konsepsiyası və inkişaf mərhə1ə1əri” adlı tadqiqatı, tanınmış folklorşünas alimlarimizin mifologiya, folklorun arxaik və ənənəvi janrları, epos-dastan yaradıcılığı, ozan-aşıq sənəti və s. ilə bağlı dəyərli oçerkləri, o cümlədən Ramazan Qafarlının “xalq mahnıları”, “xalq dramları”, “uşaq folkloru” oşerkləri taqdim olunur.

14. Ramazan QAFARLI. Kitabi-Dədə Qorqudun quruluşuna dair. “Kitabi-Dədə Qorqud (məqalələr toplusu)” kitabında. Bakı – Elm – 1999. 316 səh.

Topluya “Kitabi-Dədə Qorqud” dastanlarının ədəbi-bədii, linqvistik, estetik, mifoloji, etnoqrafik, tekstoloji və teoloji xüsusiyyətlərini araşdıran elmi-tedqiqat məqalələri daxil edilmişdir.

 

TƏRTİB ETDİYİ FOLKLOR TOPLULARI,

KÜLLİYATLAR,

ELMİ MƏQALƏLƏR TOPLUSU:

 16.Bəxtiyar Vahabzadə əbədiyyət yolunda, yaxud şairsiz ötən bir ilimiz. (Tərtibçi, ön sözün, əsas məqalənin müəllifi və elmi redaktoru Ramazan Qafarlı)– Bakı, ADPU-nun nəşri, 2010, 464 səhifə.

Kitabda Türk dünyasının dahi şairi, akademik, ictimai xadim, el ağsaqqalı Bəxtiyar Vahabzadənin ölümündən (13 fevral 2009-cu il) sonra Azərbaycan və dünyanın digər ölkələrinin mətbuatında işıq üzü görən müxtəlif səpgili yazılar toplanmışdır. Şairsiz qaldığımız bir il ərzində onun ölməz əsərlərini, ədəbi-ictimai fəaliyyətini qələm dostları ilə yanaşı elm və siyasət adamları da yüksək qiymətləndirmişdilər. Kitabda B.Vahabzadəyə həsr olunan vida şeirlərinə də yer ayrılır. Eləcə də oxucular qüdrətli söz ustasının son müsahibə və şeirləri ilə tanış ola bilərlər.

17.BƏXTİYAR VAHABZADƏ. ƏSƏRLƏRİ. 12 CİLDDƏ /TƏRT., ÖN SÖZ MÜƏL. VƏ RED. RAMAZAN QAFARLI/ 1-ci cild (1949-1959). 2008. – 612 s.

Kitabın ön sözündə – Ramazan QAFARLININ “ŞEİRİN FƏLSƏFƏSİ, yaxud BƏXTİYAR VAHABZADƏNİN PƏNCƏRƏSİNDƏN GÖRÜNƏN DÜNYA” məqaləsində yazılır ki, “Bəxtiyar Vahabzadə poeziyası həyat dərsliyimizdir. Onun içərisində zaman, eşq, vətəndaşlıq, mübarizlik, üsyankarlıq, mərdlik, ərənlik, qeyrət, ar, namus, düzlük, saflıq və daha nələrə çağırış var. Bu poeziyada inamsızlıq, tərəddüd, məğlubluq, üzüdönüklük yoxdur. İnsan oxuduqca düşünür, düşündükcə mətinləşir, dözümlülük, əyilməzlik tapır, Bəxtiyar Vahabzadənin “ mən”ini – qəhrəmanlarını tanıdıqca özünü dərk edir, ümidsizlikdən yaxa qurtarır, vuruşmaq, qələbə çalmaq istəyir”. Şairin külliyatının birinci cildinə 1949-1959-cu illərdə çap olunan “Mənim dostlarım”, “Bahar”, “Dostluq nəğməsi”, “Əbədi heykəl”, “Çinar”, “Ceyran”, “Aylı gecələr”, “Seçilmiş əsərləri”, “Səyahət dəftərindən” kitablarındakı şeirləri, “Əbədi heykəl”, “Sadə adamlar”, “İztirabın sonu”, “Şəbi-hicran” və “Gülüstan” poemaları daxil edilmişdir.

http://web2.anl.az:81/read/page.php?bibid=vtls000741552

 18.BƏXTİYAR VAHABZADƏ. ƏSƏRLƏRİ. 12 CİLDDƏ /TƏRT., ÖN SÖZ MÜƏL. VƏ RED. RAMAZAN QAFARLI/ 2-ci cild (1960-1969). – Bakı, “Еlm” nəşriyyatı, 2008. – 616 s.

Cildin ön sözündə – Ramazan QAFARLININ “UCALIQ POEZİYASI” məqaləsində deyilir ki, “Bəxtiyar Vahabzadənin poeziyası elə nəhəg çıraqdır ki, nurunu mənəvi aləmin ən dərin guşəsinə çatdırmağa qadirdir, dinləyicilərinə haqqın yolunu göstərir, ruhları saflaşdırır. Bu poeziyanın sadəliyinin içərisində dərin fəlsəfi fikirlər gizlənir. Şeirlərinin poetik strukturuna nəzər salanda görürük ki, o, xalqın universallaşıb ümumbəşəri anlam kimi işlənən rəmzlərinə daha çox üz  tutur”. Bəxtiyar Vahabzadənin külliyatının ikiinci cildinə 1960-1969-cu illərdə çap olunan “Əlvan çiçəklər”, “İnsan və zaman”, “Həsrət nəğmələri”, “Qəzəl, qoşma, gəraylı” rubrikasına aid şeirləri daxil edilmişdir. Ramazan Qafarlının “Ucalıq poeziyası” ön sözündə dediyi kimi, şairin “poeziyası elə nəhəg çıraqdır ki, nurunu mənəvi aləmin ən dərin guşəsinə çatdırmağa qadirdir, dinləyicilərinə haqqın yolunu göstərir, ruhları saflaşdırır. Bu poeziyanın sadəliyinin içərisində dərin fəlsəfifikirlər gizlənir. Şeirlərinin poetik strukturuna nəzər salanda görürük ki, o,xalqın universallaşıb ümumbəşəri anlam kimi işlənən rəmzlərinə daha çox üz tutur”.

http://web2.anl.az:81/read/page.php?bibid=vtls000741555

19.BƏXTİYAR VAHABZADƏ. ƏSƏRLƏRİ. 12 CİLDDƏ /TƏRT., ÖN SÖZ MÜƏL. VƏ RED. RAMAZAN QAFARLI/ 3-cü cild (1960- 1969). – Bakı, “Еlm” nəşriyyatı, 2008. – 582 s.

Cildin ön sözündən – “BƏXTİYAR VAHABZADƏNİN VARLIQ MÖHÜRÜ” məqaləsindən: “Xalq şairi Bəxtiyar Vahabzadənin çoxcildlik “Əsərləri”nin 3-cü cildinə onun ötən əsrin 60-cı illərində (1960-1067) yazdığı şeirlərin bir qismi (onların böyük əksəriyyəti, 320-dən çox şeir 2-ci cilddə verilmişdir) daxildir. Həmin şeirilər “Səyahət dəftərindən”, “Nəğmələr”, “Uşaq və məktəb dünyası” bölmələrində toplanmışdır. Cilddə, həmçinin, şairin həmin dövr yaradıcılığının məhsulu olan 10 epik və lirik poeması da çap olunmuşdur. Təkcə B.Vahabzadənin öz yaradıcılığının uğurları deyil, həm də o illər ədəbiyyatımızın nailiyyəti sayılan “Etiraf”, “Ağlar-güləyən”, “Yollar-oğullar”, “Həyat-ölüm”, “Təzadlar”, “Dörd-yüz on altı” kimi məşhur poemalar da onların arasındadır. Müxtəlif mövzularda yazılmış bu  şeir və poemalar şairin yaradıcılığına, ümumiyyətlə, xas olan fəlsəfi  təfəkkür, insanın mənəvi-əxlaqı və psixoloji aləminə dərindən nüfuz etmək, vətəndaşlıq qayəsi, insanın, doğma xalqının, bütövlükdə  bəşəriyyətin taleyi üçün narahatlıq, güclü həyati müşahidələrə əsaslanan zəngin obrazlı bədii dil birləşdirir. Xarici ölkələrə səyahət təəssüratları altında yazılmış şeirilərində, xüsusilə poemalarında şair uğurlu bir bədii üsuldan – hadisə və mətləbləri başqa məkan və zamana keçirməklə, bir növ, “qızım sənə deyirəm, gəlinim sən eşit” üsulundan məharətlə istifadə edərək, o illərdə açıq demək mümkün olmayan həqiqətləri, əslində, imperiya əsarətində olan, maddi və mənəvi sərvətləri əsrlər boyu yadellilər tərəfindən talan edilən doğma xalqının milli azadlıq amallarını tərənnüm etmiş, totalitar sovet rejiminin bir sıra sosial-mənəvi eybəcərliklərini cəsarətlə qamçılamışdır. Tam inamla demək olar ki, B.Vahabzadənin digər əsərləri kimi, bu əsərlər də xalqımızın milli-mənəvi oyanışında və özünə qayıdışında, müstəqillik ideologiyasının yaranmasında, təşəkkülündə və inkişafında önəmli rol oynamışlar”. Ramazan QAFARLI

http://web2.anl.az:81/read/page.php?bibid=vtls000741562

20.BƏXTİYAR VAHABZADƏ. ƏSƏRLƏRİ. 12 CİLDDƏ /TƏRT., ÖN SÖZ MÜƏL. VƏ RED. RAMAZAN QAFARLI/ 4-cü cild (1970- 1979). Bakı, “Еlm” nəşriyyatı, 2008. 662 s

Cildin ön sözündə – Ramazan QAFARLININ “MİN İLİN MİN BİR OYUNU… (B.Vahabzadə şeirlərini oxuyarkən düşündüklərim)” məqaləsində B.Vahabzadə poeziyasının qayəsi barədə deyilir ki, “Xeyir şərə qardaş doğulub. Amma Xeyir şərlə qardaşlaşa bilməyib. Biri işığı, ay- dınlığı əlində silaha çevirib, o biri qaranlığı, zülməti. İnsanlar da xeyirləşib, şərləşiblər. Vicdan mizan-tərəzisi ilə xeyirxahlarla şərxislətlilər bir-birindən ayrılıb. Bəziləri qurbanlar tələb ediblər…” Xalq şairi Bəxtiyar Vahabzadənin çoxcildlik “Əsərləri”nin 4-cü cildinə onun ötən əsrin 70-ci illərində (1970-1079) yazdığı şeirlər toplanmışdır. Şair bu illərdə də “Əlvan çiçəklər”, “İnsan və zaman”, “Həsrət nəğmələrəri” silsilələrinə çoxlu lirik şeirlər həsr etmiş, qəzəllər, qoşmalar, gəraylılar yazmışdır. Cildə dahi söz sənətkarının “Səyahət dəftərindən”, “Nəğmələr”, “Uşaq və məktəb dünyası” pubrikalarında yaratdığı dolğun poetik əsərləri ilə yanaşı, “Qismət”, “Vətən mənəm, mən Vətən”, “Leninlə söhbət”, “Muğam” və “Atılmışlar” poemalarını da daxil etmişik.

http://web2.anl.az:81/read/page.php?bibid=vtls000741567

21.BƏXTİYAR VAHABZADƏ. ƏSƏRLƏRİ. 12 CİLDDƏ /TƏRT., ÖN SÖZ MÜƏL. VƏ RED. RAMAZAN QAFARLI/ 5-ci cild (1980- 1989). – Bakı, “Еlm” nəşriyyatı, 2008. – 584 s.

Şairin 5-ci cildi Ramazan Qafarlının “HƏQİQOTİN BAŞQA BİÇİMİ VARMI? (Şairin hayatının iki maraqlı məqamı)” məqaləsi ilə açılır və sonra xalq şairi Bəxtiyar Vahabzadənin yaradıcılığının ötən əsrin 80-cı illərini (1980-1989) əhatə edən və ənənəvi olaraq «Əlvan çiçəklər», «İnsan və zaman», «Həsrət nəğmələri», «Qəzəllər, qoşmalar, gəraylılar», «Uşaq dünyası», «Poemalar» bölmələrində toplanmış əsərləri daxil edilmişdir. Cildə, həmçinin, şairin yaradıcılığının əvvəlki dövrlərinə aid  olsa da, müxtəlif səbəblərdən «Əsərləri»nin müvafiq cildlərinə düşməmiş, yax-ud müəyyən naqisliklərlə çap olunmuş bəzi şeirləri də salınmışdır. Janrından, mövzusundan və formasından asılı olmayaraq, bu əsərlər də Bəxtiyar Vahabzadənin bütövlükdə yaradıcılığı üçün səciyyəvi olan həyata fəlsəfi baxış tərzi, milli ruhu, mübariz vətəndaşlıq mövqeyi və cəsarəti, müa- sirliyi, habelə yüksək bədii məziyyətləri, canlı və zəngin obrazlı dili, bənzərsiz üslub xüsusiyyətləri ilə seçilir.

http://web2.anl.az:81/read/page.php?bibid=vtls000741572

22.BƏXTİYAR VAHABZADƏ. ƏSƏRLƏRİ. 12 CİLDDƏ /TƏRT., ÖN SÖZ MÜƏL. VƏ RED. RAMAZAN QAFARLI/ 6-cı cild (1990- 1999). – Bakı, “Еlm” nəşriyyatı, 2008. – 738 s

Poeziyasevərlər bu cilddə B.Vahabzadənin hələ 1959-cu ildə yaz-dığı məşhur “Gülüstan” poemasının 2-ci hissəsini – “İstiqlal” (1999) poemasını və milli istiqlal mücadiləsi ədəbiyyatımızın zirvəsi sayılan “Şəhidlər” (1990) poemasını da oxuya biləcəklər. Ramazan Qafarlı cildin ön sözündə – “Poeziyanın üsyanı” məqaləsində göstərir ki, “El-obanın mənəvi dəyərləri təhqir ediləndə də B.Vahabzadə poezi- yasının üsyanı son həddə çatır və heyvanlaşanların qabağında qul halına gətirilən milləti silkələyib qəflət yuxusundan oyatmağa, gen yaddaşının buzunu əridib ulu əcdadlarının şücaətlərini xatırlatmaqla bütövlüyünü düşmənlərinə sübut etməyə çağırır”.

http://web2.anl.az:81/read/page.php?bibid=vtls000741574

23.BƏXTİYAR VAHABZADƏ. ƏSƏRLƏRİ. 12 CİLDDƏ /TƏRT., ÖN SÖZ MÜƏL. VƏ RED. RAMAZAN QAFARLI/ 7-ci cild (2000- 2004). – Bakı, “Еlm” nəşriyyatı, 2008. – 463 s

Bəxtiyar Vahabzədənin 21-ci əsrin başlanğıcında yazdığı şeirləri Ramazan Qafarlı “Yeni eranın ilk çağırışları” adlı ön şözündə belə xarakterizə edir: “Azərbaycan zamanın bir çox çətin sınağından çıxdı, qardaş qırğınının qar- şısı alınsa da, torpaqlar əsir düşdü və III minilliyin ilk ən çılğın carçısı da məhz Bəxtiyar Vahabzadə oldu” Şairin təqib olunduğu çağlarda yazdığı şeirləri “Sandıqdan səslər” başlığı altında verdikdən sonra ənənəvi olaraq «Əlvan çiçəklər», «İnsan və zaman», «Həsrət nəğmələri», «Qəzəllər, qoşmalar, gəraylılar», «Uşaq dünyası» silsiləsindən hesab etdiyi şeirləri vermişik.

http://web2.anl.az:81/read/page.php?bibid=vtls000741577

24.BƏXTİYAR VAHABZADƏ. ƏSƏRLƏRİ. 12 CİLDDƏ /TƏRT., ÖN SÖZ MÜƏL. VƏ RED. RAMAZAN QAFARLI/ 8-ci cild (Son illərdə yazılmış, müvafıq cildlərə düşməyən və yenidən işlənən şeirlər). – Bakı, “Еlm” nəşriyyatı, 2009. – 518 s

Ramazan Qafarlı cildə yazdığı “İnsan zamanla bağışmazsa…” adlı ön sözündə bildirir ki, “Bəxtiyar Vahabzadə bütün yaradıcılığı boyu zamanla çarpışıb, fələyin gərdişlərinə qarşı çıxıb, insanlığın tale yüklü problemlərinin çözülməsinə çalışıb. Qələmini süngüyə çevirib, sözlərinə od-alov qatıb. Yaşantılarında rastlaşdığı, xeyrinə işləyən mühüm hadisələri və iqtidar- ları hamı kimi mədh etməyib”. Şairin əsərlərinin 8-ci cildinə “Əlvan çiçəklər», «İnsan və zaman», «Həsrət nəğmələri» silsiləsindən son illərdə yazdığı şeirlərlə yanaşı qanadlı misraları da seçilib bir araya gətirilmişdir.

http://web2.anl.az:81/read/page.php?bibid=vtls000741579

 25.BƏXTİYAR VAHABZADƏ. ƏSƏRLƏRİ. 12 CİLDDƏ /TƏRT., ÖN SÖZ MÜƏL. VƏ RED. RAMAZAN QAFARLI/ 9-cü cild (Mərsiyə-rekviyem, hekayələr, pyeslər, tele-radio pyeslər) – Bakı,“Еlm” nəşriyyatı, 2009. – 814 s.

Ədibin hekayələri, pyesləri, tele-radio pyesləri toplanan cild Ramazan Qafarlılının B.Vahabzadənin dramaturgiyasına həsr olunun “B.Vahabzadə dramaturgiyasında özgələşənlər və doğmalaşanlar” adlı 35 səhifəlik məqaləsi ilə açılır. Sonra şairin akademik Z.Əliyevanın ölümünı hısr olunan “Mərsiyə-rekviyem” poeması təqdim olunur, onun nəsr yaradıcılığı və səhnə əsərləri təqdim olunur.

http://web2.anl.az:81/read/page.php?bibid=vtls000741579

 26.BƏXTİYAR VAHABZADƏ. ƏSƏRLƏRİ. 12 CİLDDƏ /TƏRT., ÖN SÖZ MÜƏL. VƏ RED. RAMAZAN QAFARLI/ 10-cü cild (Məqalələr. Ədəbiyyat və sənət). – Bakı, “ELM” nəşriyyatı, 2009 – 831 səh.

Xalq şairi B.Vahabzadə həm də görkəmli ədəbiyyatşünas alim, filologiya elmləri doktoru, AMEA-nın akademikidir. O, 60 illik yaradıcılığı boyu bədii əsərlərlə yanaşı, müntəzəm olaraq, ədəbiyyatın nəzəri məsələlərinə, ədəbiyyat tarixinə, klassik ədəbiyyat və incəsənətimizin aktual problemlərinə, onların ayrı-ayrı görkəmli nümayəndələrinin yaradıcılığına dair elmi-tədqiqi və ədəbi-tənqidi məqalələr yazmışdır. cilddə onların bir qismi toplanmışdır. Məqalələr (xüsusilə sovet dövründə yazılanlar) üzərində müasir dövrlə bağlı, habelə üs-lub xarakterli müəyyən redaktə işi aparılmışdır.

Ramazan Qafarlı cildin ön sözündə – “B.Vahabzadəni “Çətin addım” atmağa nə vadar etdi? Yaxud ustad şairin həyatının son günləri və son şeirləri” adlı essesində yazır ki, Hər cür bəxtiyarlığa layiq olan ulu bir xalq Bəxtiyarını itirdi. Azərbaycanlıların, dünya türklərinin bəxtiyarlığını hamıdan çox o istəyirdi. Ömrünü şam kimi əridirdi, Nazim Hikmətin “Sən yanmasan, mən yanmasam, o yanmasa, Necə çıxar qaranlıqlar aydınlığa?” çağırı- şına qoşulub insanları el yolunda oda, alova atılmağa səsləyirdi. “Yaşa- maq yanmaqdır, yanasan gərək” – deyirdi…”

http://web2.anl.az:81/read/page.php?bibid=vtls000741583

27.BƏXTİYAR VAHABZADƏ. ƏSƏRLƏRİ. 12 CİLDDƏ /TƏRT., ÖN SÖZ MÜƏL. VƏ RED. RAMAZAN QAFARLI/ 11-ci cild (Publisistika). – Bakı, “Еlm” nəşriyyatı, 2009. – 738 s.

B.Vahabzadə, həm də görkəmli publisistdir. Şairin poetik yaradıcılığının, dramaturgiyasının leytmotivini təşkil edən Vətən sevgisi, milli istiqlal, ana dili, mənəviyyat, haqq-ədalət və s. mühüm ictimai və bəşəri problemlər onun çoxşaxəli publisistikasında – məqalə, çıxış, məktub və müsahibələrində də eyni vətəndaşlıq mövqeyindən və bədii-emosional vüsətlə qaldırılır. Materialın həcmcə genişliyi nəzərə alınaraq, şairin publisistikasının iki cilddə verilməsi məqsədəuyğun sayılmışdır. Bu cildə, əsasən, mühüm ictimai-siyasi, sosial və mənəvi-əxlaqi problemlərə dair yazılar daxil edilmişdir.

Külliyatın tərtibçisi və elmi redaktoru Ramazan qafarlı cildə yazdığı “Bəxtiyar Vahabzadənin publisistikası” adlı ön sözündə yazır ki, “Bəxtiyar Vahabzadənin gələcək nəsillər üçün yadigar qoyduğu irs çoxcəhətlidir. Ədəbi ictimaiyyət vətənpərvər sənətkarı ilk-əvvəl lirik- fəlsəfi şeirlər və epik-lirik, üsyankar poemalar ustası kimi tanıyıb. Sonra o, məzmunlu dramlar – dövrünün ən məşhur səhnə əsərlərini yara- dıb, tamaşaçıların böyük rəğbətini qazanıb. Dahi yazarın nəsr əsərləri – hekayələri strukturu, dolğun xarakterləri, ideya-məzmunu, canlı epik lövhələri, dil və üslub xüsusiyyətləri ilə seçilib xüsusi poetik vüsətə malik olsa da, nədənsə, tədqiqatçıların diqqətindən kənarda qalıb. Ədəbi- nəzəri görüşləri isə Səməd Vurğunun yaradıcılıq yoluna həsr etdiyi iri həcmli monoqrafiyasında və Nizamidən, “Kitabi-Dədə Qorqud”dan başlayaraq gənc qələm sahiblərinədək iki min illik dövrdə yaşayıb-ya- radan onlarla fövqəladə istedadın sənət möcüzələrinə və xələflərinin uğurlu əsərlərinə yazdığı şərhlərdə öz təsdiqini tapır”.

http://web2.anl.az:81/read/page.php?bibid=vtls000741584

28.BƏXTİYAR VAHABZADƏ. ƏSƏRLƏRİ. 12 CİLDDƏ /TƏRT., ÖN SÖZ MÜƏL. VƏ RED. RAMAZAN QAFARLI/ 12-ci cild (Publisistika). – Bakı, “Еlm” nəşriyyatı, 2009. – 848 s.

“Əyilməz bir sənətkar” adlı ön sözdə Ramazan Qafarlı yazır: “Hər bir qüdrətli söz sənətkrının  özünəməxsus deyim tərzi, ifa ustalığı olur. B.Vahabzadənin də öz əsərlərini səsləndirməsi tamamilə fərqli idi. Təbiətən üsyankar, nara-hat, coşqulu, yanğılı, haqsızlıqlarla barışmazlığı səsinin tonunda üzə çıxıb təlatüm yaradırdı”. 12-ci cilddə şairin çıxışları, məktubları, rəyləri, müsahibələri ilə yanaşı böyük sənətkar barədə həmkarlarının, dövrün tanınmış şəxsiyyətlərinin söylədilləri maraqlı fikirlərə də yer ayrılmışdır.

http://web2.anl.az:81/read/page.php?bibid=vtls000741585

29.Azərbaycan qorqudşünaslığı [MƏQALƏLƏR topluSU] /AMEA, Folklor İn-tu; tərt. və ön söz. müəl. R. Qafarlı; elmi red. M. İmanov. Bakı, Elm və Təhsil, 2020, 364 səhufə

“Kitabi-Dədə Qorqud”un alman dilində ilk tərcüməsi və nəşrinin 200 illiyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 20 fevral 2015-ci il tarixli sərəncamı və Azərbaycan Nazirlər Kabinetinin həmin sərəncama uyğun olaraq hazırladığı fəaliyyət proqramı əsasında çap olunur. Qorqudşünaslıq elminin əsas qaynaqlarını özündə əks etdirən elmi əsərlər toplusunda XX əsrin birinci yarısında yaşayıb-yaratmış Əmin Abid, Həmid Araslı, Əli Sultanlı, Məmmədhüseyn Təhmasib, Əzəl Dəmirçizadə kimi klassik Azərbaycan tədqiqatçılarının əsərləri ilə bir sırada ötən yüzilliyin ikinci yarısında elmi fəaliyyətə başlayıb eposun alt qatdakı məziyyətlərini üzə çıxaran Fərhad Zeynalov, Samət Əlizadə, Tofiq Hacıyev, Xalıq Koroğlu, Bəkir Nəbiyev, Kamal Abdulla, İsa Həbibbəyli, Nizami Cəfərov, Şamil Cəmşidov, Bəhlul Abdulla, Ramazan Qafarlı və b. araşdırıcıların da elmi əsərlərinə yer ayrılmışdır.

http://web2.anl.az:81/read/page.php?bibid=vtls000396371

30.Azərbaycan-uşaq folkloru (mətn). Toplayanı, tərtib edəni və ön sözün müəllifi Ramazan Qafarlı. Bakı, “Ağrıdağ”, 2011, 469 səh.

Şifahi xalq ədəbiyyatının mühüm qollarından birini təşkil edən uşaq folkloru minlərlə dinləyicisini, oxucusunu uşaq aləminə səyahətə aparır, mahir bələdçi kimi onlara körpələrin istəklərini, arzularını, oyunlarını, əyləncələrini, məşğuliyyətlərini, psixologiyasını göstərir. Ən ümdəsi isə Azərbaycan türklərinin milli xüsusiyyətlərini, mənəvi dünyasını, adət-ənənələrini canlandıra bilir və keçmişinin qaranlıq səhifələrinə aydınlıq gətirir. Kitabda Azərbaycan türklərinin uşaq folkloru ilk dəfə sistemli şəkildə toplanaraq oxuculara təqdim olunur.

http://web2.anl.az:81/read/page.php?bibid=vtls000741323

 31.Lütvəli kişidən folklor nümunələri: Şəki folkloru /Toplayanı: L.Vahabov; Tərt. və elmi red.: R.Qafarlı; Red.: T.Tofiq qızı.-Bakı: Təhsil, 2003.-160 səh.: ill. Ön sözün – “Folklor fədaisi” məqaləsinin müəllifi.

Kitabda əvvəllər orta məktəbdə müəllim işləmiş 84 yaşlı Lütvəli Vahabovun atasından, yaşadığı rayonun ağsaqqallarından, ağbirçəklərindən eşitdiyi bayatılar, atalar sözləri, lətifələr, rəvayətlər, nağıllar və s. folkor örnəkləri toplanmışdır. Azərbaycanda ilk dəfə bir söyləyicinin repertuarına kitab həsr olunmuşdur.

http://ek.anl.az/lib/item?id=chamo:2234&theme=e-kataloq

32.Azərbaycan folkloru antologiyası: Şəki folkloru, 4-cü kitab 1-ci cild.- Toplayıcı və tərtibçilər: R.Qafarlı və b., H.İsmayılov, F. Çələbi; AzEA, Nizami ad. Ədəbiyyat İn-tu; Folklor Elmi-Mədəni Mərkəzi Bakı: Səda, 2000. 498 s.:

Nizami adına Ədəbiyyat İnstitutunun nəşr etdiyi “Azərbaycan folkloru antologiyası” silsiləsindən bu dəfəki cilddə Azərbaycanın dilbər guşəsi, dünyanın gülüş və yumor diyarı Şəkinin zəngin, təkrarsız folklor inciləri toplanmışdır.

http://web2.anl.az:81/read/page.php?bibid=vtls000014867

33.Ramazan QAFARLI. NİZAMİ POEZİYASINDA MƏKAN, ZAMAN VƏ KƏMİYYƏT VƏHDƏTİ: DİNİ-MİFOLOJİ DÜŞÜNCƏ KONTEKSTİNDƏ. “Nizami Gəncəvi və folklor” kitabı, Bakı, “Nurlan”, 2013, 214 səh.

Kitabda Azərbaycan və dünya ədəbiyyatının görkəmli siması Nizami Gəncəvi yaradıcılığı ilə bağlı məqalələr toplanmışdır. Məqalələr Nizami irsinin bədii-estetik cəhətdən tükənməz olduğunu göstərməklə yanaşı, nizamişünaslığın Azərbaycan humanitar-filoloji fikrinin aktual və perspektivli sahəsi olduğunu bir daha ortaya qoyur. Kitabdakı məqalələrin bir çoxu dahi şairin anadan olmasının 870 illik yubileyi ilə bağlı AMEA Folklor İnstitutunda keçirilən elmi sessiyada oxunmuş məruzələr əsasında hazırlanmışdır. Kitabda Ramazan Qafarlının iki iri həcmli məqaləsi verilmişdir: 1.NİZAMİ POEZİYASINDA MƏKAN, ZAMAN VƏ KƏMİYYƏT VƏHDƏTİ: DİNİ-MİFOLOJİ DÜŞÜNCƏ KONTEKSTİNDƏ. 2. NİZAMİNİN MƏHƏBBƏT İDEALI: MİF, ƏFSANƏ, YOXSA GERÇƏKLİK?

http://mifologiya.az/wp-content/uploads/2021/05/nizami_mekan_zaman_kemiyyet.pdf

34.Ramazan QAFARLI. NİZAMİNİN MƏHƏBBƏT İDEALI: MİF, ƏFSANƏ, YOXSA GERÇƏKLİK? “Nizami Gəncəvi və folklor” kitabı, Bakı, “Nurlan”, 2013, 214 səh.

Kitabda Azərbaycan və dünya ədəbiyyatının görkəmli siması Nizami Gəncəvi yaradıcılığı ilə bağlı məqalələr toplanmışdır. Məqalələr Nizami irsinin bədii-estetik cəhətdən tükənməz olduğunu göstərməklə yanaşı, nizamişünaslığın Azərbaycan humanitar-filoloji fikrinin aktual və perspektivli sahəsi olduğunu bir daha ortaya qoyur. Kitabdakı məqalələrin bir çoxu dahi şairin anadan olmasının 870 illik yubileyi ilə bağlı AMEA Folklor İnstitutunda keçirilən elmi sessiyada oxunmuş məruzələr əsasında hazırlanmışdır. Kitabda Ramazan Qafarlının iki iri həcmli məqaləsi verilmişdir: 1.NİZAMİ POEZİYASINDA MƏKAN, ZAMAN VƏ KƏMİYYƏT VƏHDƏTİ: DİNİ-MİFOLOJİ DÜŞÜNCƏ KONTEKSTİNDƏ. 2. NİZAMİNİN MƏHƏBBƏT İDEALI: MİF, ƏFSANƏ, YOXSA GERÇƏKLİK?

35.Ramazan QAFARLI. YARANIŞ, OYANIŞ VƏ YENİLƏŞMƏ BAYRAMI. Azərbaycan Milli Elmlər Akademiyasının Xəbərlər Məcmuəsi. Elmi-ictimai jurnal. Cild 3, sayı 1, mart 2006, səh. 11-19.

Qədim türklər təbiətlə bağlanan bayramlara xüsusi önəm verirdilər. İlk olaraq işığın mənbəyinə – günəşə, aya, ulduzlara tapınan əcdadlarımız bütün zamanlarda başını uca tutmuş, həmişə ümidini göylərə dikmiş, təsəllisini göylərdən almış və əllərini göyə qaldırıb göy üzündən pənah diləmişlər. İşıq – istilik – canlılıq Xeyrin, qaranlıq – soyuq – ölüm isə Şərin əlamətləri sayılmışdır. Əsas tapınaqları təbiət və onun hadisələri olmuşdur. Təbiətin bir üzünün ağlığı (işıqlılığı), digərinin qaralığı (qaranlıqlığı), bir çağının istiliyi, o birinin soyuqluğu də Xeyrə, Şərə yozulmuşdur. Xeyirin zamanı yazın gəlişi ilə başlayır. Novruz bayramı dünyanın Asiya, Avropa və Afrika kimi üç böyük qitəsində müxtəlif etnosları, xalqları, etnik qrupları, dövlətləri, siyasi quruluşları, ideologiyaları, tarixi və müasir mədəniyyətləri, səmavi və qeyri-səmavi dinləri, adət-ənənələri, dil ailələrini, mədəni arealları, insanlığın keçmişi, bugünü və gələcəyini biri-biri ilə birləşdirən, onlar arasında sosial, siyasi, mədəni, psixoloji harmoniya və sülhü bərqərar edən fenomenal mədəniyyət hadisəsidir. Novruz bayramı öz tarixi-mədəni kökləri etibarilə onu dünən və bu gün qeyd edən xalqların bayramı olmaqla yanaşı, həm də öz teokosmik-ümumbəşəri mahiyyəti baxımından bütün dünyada insanlığın yenilənmə və sülh bayramıdır.

Bir cavab yazın

Back to top