Xoş gəldiniz

Kainat, Ulduzlar, Yer, Goy, Dünyamız, Təbiət, Qəzalar, Gecə və Gündüz, İşıq və Zülmət,  İsti və Soyuq, Xeyir və Şər, Varlıqlar, Canlılar, İnsan necə yaranıb? Bəşər oğlunun şüuru oyanandan, dili açılandan bu suallra cavab axtarıb. Mifik düşüncədən metoforik, obrazlı, bədii, poetik ağıla doğru addımlar atdıqca bəşər ovladlarının təfəkkürü əvəzsiz sərvətlər yaradıb, əvvəl şifahi şəkildə, inkişafının sonpakı pillələrində isə yazı yaddaşına köçürməklə əsrlər boyu yaşatmışdır.

Yer kürəsinin ən qədim xalqlarından biri kimi Türk Kosmosu, Dünyanı və onun elementlərini, varlıqlarını, ilkin önəmli yaranışları özünəməxsus şəkildə dərk etmiş, bir çox sirlərin açarını arayıb tapmış və bədii sözün köməyi ilə kodlaşdıraraq gələcək nəsillərə ərməğan etmişdir. Sülalərə, tayfalara, qəbilələrə, xalqlara bölünməklə kökdən bir az uzaqlaşsa da, gen yaddaşında ulu babalarının təfəkkürünün möhtəşəm məhsullarını qoruyub saxlamış, ortaq epik-lirik abidələr, sənət nümunələri meydana gətirmişlər. Mifologiya.az veb-saytı mədəniyyət tariximizin ilkin səhifələrindən başlayaraq bu günümüzə qədər yaranan bu əvəzsiz sərvətlərlə sizləri tanış edəcək.

Əziz izləyicilərim! mifologiya.az veb-saytına xoş gəldiniz. Mədəniyyət tarixinə səyahətdə sizlərə bələdçilik etmək şərəfini qazansam, özümü xoşbəxt sayacağam. Bu yolçuluqda hamıya uğurlar diləyirəm.

Azərbaycan-türk mifoloji düşüncəsi arxaik struktur arxe­tip­ləri ilə zəngindir. Dünyanın yaranmasına öz mənəvi alə-mindən baxan ulu əcdad ilkin olaraq universal obrazlar silsi­lə­si­ni Qobustan qayalarına əks etdirmişdir. Burada kişi və qadın baş­lanğıcını göstərən təsvirlər, təbiət qüvvələrinin, heyvan və quş­ların canlandırılmasına aid səhnələr…

Bəşər mədəniyyət tarixinin XIX yüzilliyin II yarısı və XX əsrin əvvəlləri dövründə xalqların adət-ənənələri, məişət tərzi və ib­tidai inanc sistemlərinə aid çoxlu məlumatların əldə edilməsi mi­foloji dünyagörüşlərinin araşdırılmasına maraq oyatmış, nəti-cədə mif-ritual-din əlaqələrinə münasibətdə fikirlər haçalanmış, bir-birinə zidd baxışlar meydana…

Açar sözlər: mifoloji mətnlər, tədqiqat tarixi, toplu, oğuz, folklor, etnoqrafiya, tarix, fəlsəfə, mif, ritual, bədii şüur 80-ci illərdə A.Acalov[1]Azərbaycan türklərinin mifoloji mətnlərini toplayıb tərtib etmiş və 90-cı illərdə M.Məmmədov[2] Azərbaycan miflərinin mətnləri əsasında namizədlik dissertasiyası müdafiə et-mişdir. Y.M.Lotmanın məktəbini keçmiş…

Açar sözlər: Azərbaycan-türk mifologiyası, tədqiqat tarixi, tan­rı elmi, əsatir, əfsanə, mifik ob­raz, tanrılar və ruhlar, mif, ritual Azərbaycanda miflərə marağın tarixi çox qədim olsa da, araşdırılmasına son dövrlərdə başlanılmışdır. «Avesta»da, M.Kalankatuklunun «Albaniya tarixi»ndə (IX-X əsr), müsəlman intibahının görkəmli nümayəndələri Xaqani…

“Mif və romantizm” problemi son illərdə geniş aktuallıq qa­zanmışdır və prinsip etibarı ilə ona görə mühüm sayılmışdır ki, bütün araşdırmalar dünyaanlamının xüsusiyyətlərini və ro-man­tiklərin bədii düşüncəsinin spesifikliyini aydınlaşdırmaq məq­sədinə yönəldilmişdir. Romantik mifyaratmanın öyrənilməsi tələb edir ki, romantiklərdə tarixi-ənənəvi və milli-mənəvi…

Maspero «Şərq tarixi» kitabında «müqəddəs fahişəlik»dən bəhs açır və qədim Misir qadınları haqqında sonralar əksər Avropa və rus alimlərinin dilinə düşən bu sözləri yazır: «La sainte est toujours prostituee» V.V.Rozanov «Люди лунного цъвета» («Ay işığının insanları») əsərində məsələyə aydınlıq gə­tirməyə…

Arxetip

Maraqlıdır ki, bir çox sufilər təsəvvüfü – mütləq azadlıq, xeyir­xahlıq, qəlb genişliyi və özünə qarşı zülm etməmək kimi başa düşmüşlər. Rüvaym (915-ci ildə ölmüşdür) üzünü gənc İbn Hafifə tutub deyirdi ki, «Sufizm – ürəyi həqiqət naminə qurban verməkdir, onun haqqındakı…

Arxetiplər nəzəriyyəsi

Arxetiplər (ilk yaradılanlar) – universal mifoloji motiv və sü­jetlərin ilkin obrazları, isveçrəli psixoanalitik K.Q.Yunqun tə­li­minə görə, kollektivin qeyri-şüuri əhatəsində öz-özünə doğul­muş, təkcə kortəbii yaranış formalarında (yuxu və b. ona oxşar for­malarda) yaşamamış, həm də mif yaradıcılığına xidmət et­miş­dir.[1] Ona görə…

Milyon il əvvəllərdə, hələ mədəniyyətin və inkişafın gös­tə­ri­ciləri mövcud olmayan çağlarda insanların həyat, zaman və mə­kanla bağlı görüşlərinin əsasını təbiət obrazları təşkil etmiş, il­kin bədii yaradıcılıq formaları kimi mifologiya meydana gəl­miş və dünya barədə təsəvvürlərin qol-qanad açıb genişlən­mə­si­nə münbit şərait…

Back to top