Bizim nəsil ömrünün ən ehtiraslı və coşğun çağlarını acınacaqlı günlərdə yaşamışdır. İkinci Dünya müharibəsindən sonra dünyaya göz açan insanların uşaqlıq və gənclik çağları «itirilmiş» hesab edilirdi. Faşizmin törətdiyi cinayətlər bütün dünyanı bürüsə də, yaralar tez sağalmışdı. Bizim nəslin 1989-91-ci illərdə başlanan Qərbi Azərbaycan və Qarabağ acısı isə vəzifə düşgünlərinin səriştəsizliyi ucbatından hələ də ulu xalqı sarsıdır. XX əsrin sakinlərini neofaşistlərin caynağından ancaq Heydər Əliyev xilas edə bildi.
Mifin özünəməxsusluğu və təfəkkürdə hegomonluğu daha çox ilkin mədəniyyət mərhələsində özünü biruzə vermişdi. Bu dövrdə mif «mənəvi aləm»in və «elm»in ekvivalenti rolunu oynayırdı. Xüsusi mif sistemləri, anlayışları, kateqoriyaları, modelləri ilə dünyanı dərk etməyə, öyrənməyə və təsvirə təşəbbüs edilirdi. Bu mərhələdə…
Milyon il əvvəllər – hələ mədəniyyətin və təkamülün göstəriciləri nəzərə çarpmayan çağlarda insanların dünya, həyat, zaman, məkan və kəmiyyətlə bağlı görüşlərinin əsasını primitiv təbiət obrazları təşkil etmiş, ilkin bədii yaradıcılıq forması kimi mifologiyanın bəzi ünsürləri meydana gəlmiş və ulu əcdad…
Fırlanan dünyada heç nə yerində donub qalmır. Zaman dəyişdiyi kimi varlıqlar, hadisələr də anbaan başqalaşır. A.F.Losevin Mütləq (absolyut) dialektika-mütləq mifologiya təlimində göstərilir ki, «hər bir kateqoriya ilkin varlıqdır». Ancaq o, ilkinliyini həmişə qoruyub saxlaya bilmir, başqa sözlə, yerində donub qalmır,…
Klassik ritorika öz sahəsinə aid biliklərə üç aspektdən yanaşırdı: elocitio (söz), dispositio (sintaksis), inventio (məna). Buna uyğun olaraq rus formal nəzəriyyəsinin nümayəndələri də ədəbiyyatşünaslıq araşdırmalarını üç sahəyə ayırmışdılar: üslubiyyat, kompozisiya və mövzu. Azərbaycan ədəbiyyatşünaslığında araşdırmalar bölgünün sonuncu qrupuna əsərin ideya…
A. Əməliyyatlar: Mətnin diqqətlə oxunması və öyrənilməsi. Mikroanalizi (hissələrə ayırmaqla təhlil etmək). İnterpretasiyası (eposdakı problemlərin araşdırıcının başa düşdüyü şəkildə təsviri). Aydınlaşdırılması (qoyulan məsələləri mətndənkənar va-sitələrlə açıqlamaq). Modelləşdirilməsi: oğuznamə toplusunun ön sözü, müqəddiməsi, oğuz söyləmələri, sənət, sənətkar və oğuznamə haqqında ilk…
Struktur təhlil predmetinin kateqoriyaları Ümumi amillər: İşarə / məna – zaman, məkan, insan, cəmiyyət, təbiət / onların yaradıcılıq aktına çevrilib bədii obraz-larla əksi və qarşılıqlı əlaqəsi. Nitq/dil – Orta çağlarda Azərbaycan türklərinin şifahi və yazılı dili/fonopoetik, qramatik və leksik vasitələr,…
Son tədqiqatlarda miflərə işarələr sistemi kimi baxıldığından onların semiotika ilə əlaqəsi, bağlılığı, bir-birinə zidd tərəfləri barədə danışmaq, uğurlu cəhətlərindən faydalanmaq, ziyan gətirən məsələlərdən isə uzaq qaçmaq lazımdır. Semiotika folklorşünaslıqdan cavan elm sahəsidir. Doğrudur, müasir semiotikanın əsasında ingilis filosofu C.Lokkun «İnsan…