Month: May 2021

Qaziantep – daş heykəllər yurdu

Müdriklərimiz deyiblər ki, “Çox gəzən çox bilər”. Sovet imperiyası çağlarında hamımız
qapalı həyat sürürdük. Keçmiş SSRİ məkanından kənara çıxmaq üçün partiya bürolarından
icazə alırdıq. Sosializm idealogiyası ilə doldurulduğundan beyni kif atmış qocaman
kommunistlər tərəfindən sorğu-suala çəkilirdik. Kapitalist ölkələrinə getmək uçun isə ən
azı Sov. İKP üzvlüyünə namizəd olmalıydıq. Yoxsa burjualara satıla bilərdik. Çətinliklə başa
gələn xarici dövlətlərə səfərlər zamanı hər addımımızı ölçüb-biçib atırdıq ki, haqqımızda
təhlükəsizlik orqanlarına “qorxulu” məlumatlar çatdırılmasın. Əks halda gələcəyimiz
təhlükə altına alınardı. Dünyaya açılan qapılar üzümüzə qapanmışdı. Elə bilirdik ki, tikanlı sərhəd məftillərindən o yana şərin məskəni başlayır. Oralarda hər şey alınıb satılır. Vicdan,
namus, əqidə ancaq bizdə var. Yurdumuzda da, onun sərhədlərindən uzaqlarda da özümüz özümüzü qəfəsə salıb qapısına qıfıl vurmuşduq.

Beşik – bəşər oğlunun yer üzündəki ilk mənzilidir

Beşik bəşər oğlunun yer üzündəki ilk mənzilidir. Onun quruluşu dünyanın ilkin təsəvvürlərdəki mifik modelinə uyğundur. Göy türk qamlarının görüşlərində
dünya yurd (çadır) şəklindədir. Kosmosdakı Ağ yol (Süd yolu, Kəhkəşan) çadrın tikişləri, ulduzlar isə işıq üçün açılan dəliklərdir. Tanrılar hərdən çadrı açırlar ki, yerə tamaşa etsinlər. «Kitabi-Dədə Qorqud» eposunun
finalında oğuz-türk elinin iki qanadı bir-birinə asi düşüb vuruşur,
nəticədə şər məğlub olur. Qələbədən sonra elin başçısının gördüyü ilk iş bundan ibarətdir
ki, «Qazan gög alan çəmənə çadır dikdirdi». Göründüyü kimi, burada qurulan çadır göylə əlaqələndirilir.

Bənövşə baharın müjdəçisidir

Bənövşəni təbiətin qış yuxusundan oyanıb canlanmasının və baharın emblemi hesab edirlər. Onun heç
nə ilə müqayisəyə gəlməyən xoş ətri
var, ləçəklərinin xüsusi çaları xalq
arasında yeni rəng kimi (bənövşəyi)
qəbul edilir. Bu çiçək yaşıl yarpaqlarının arasından çıxıb boylandığı, başanı saplağına doğru əydiyi üçün folklorda və yazılı ədəbiyyatda poetik obraza çevrilmişdir.

“Qafqaz” jurnalı, sayı 12

“QAFQAZ” JURNALININ DAĞA VƏ GÜLƏ – UCALIQ VƏ SAFLIĞA HƏSR OLUNAN SAYI.
DAĞ UCALIQ RƏMZİDİR. Azərbaycanlılarda Dünya Dağına inam çox güclü olmuşdur. Xalq arasında dillər əzbəri olan bir silsilə bayatıların bu gün də dağlara müraciətlə (A dağlar, ulu dağlar…) başlanması, insanların dərdlərini ulu dağlarla bölüşməsi həmin inancdan doğur:

Dağların qarı dərman,
Yarama sarı dərman…
A dağlar, uca dağlar,
Dərd bilən qoca dağlar…

Dağ aşıb binə gəlləm,
İmana, dinə gəlləm,
Axıtma göz yaşını,
Gedərəm, yenə gəlləm.

İnsanın dağa ayaq basıb geri qayıtması ilə dinə, imana gəlməsi qəribə deyilmi? Yaxud dağların soyuq qarını belə yarasına dərman kimi sarımaq istəyənə olan əski inamda səcdə, ehtiram hiss olunmurmu? Yer üzündə hər bir İnsan qeyrətlə yaşayıb və qurub yaratdıqca dağa bənzəyib.
GÜL – SAFLIQ, MƏNƏVİ TƏMİZLİK, PAKLIQ RƏMZİDİR. İslam inancında gül müqəddəs sayılır. Ona görə ki, Məhəmməd peyğəmbərin tər damcılarından yaranmışdır. Müsəlmanlar gül suyunun təmizləyici gücə malik olduğuna, bütün çirkabları yox etdiyinə inanırlar. Təsadüfi deyil ki, türk sultanı Saləhəddin xaçpərəstləri Fələstindən qovduqdan sonra 1187-ci ildə Yerusəlim şəhərini tutur. Əmr edir ki, karvanlar iri qablarda gül suyu gətirsin. Çünki müqəddəs Ömər məscidini xaçpərəstlər kilsə kimi istifadə edərkən murdarlamışdılar. Oranı ancaq gül suyu ilə paklaşdırmaq mümkündür. II Sultan Məhəmməd də 1453-cü ildə Konstantinopolu (indiki İstanbulu) zəbt edəndən sonra Aya-Sofya məscidinin divarlarını, yerini qızılgül suyu ilə yudurtmuşdu. Yas mərasimində keçirilən bütün məclislərdə qəbir üstündən qayıdanların əllərinə gül suyu çiləyirlər. Ona görə ki, saflaşsınlar, xoş niyyətlə ehsanı qəbul etsinlər, dua oxusunlar.
Hamıya apxa, dayaq olan Dağ – İnsanın ürəyinin açarı olan qızılgülü qoynunda bitirib bütün elə-obanı ətirə qərq etmişdi. Dağ Qızılgül birliyi ilə Ucalıq saflıqla qovuşmuşdu.

“QAFQAZ TURİZM” jurnalı, sayı 4

Gəncəlilərin şəhər meydanlarının birində Aslana abldə ucaltmaları mubahisə obyektinə çevrilmişdi. Görəsəan, gunəş və aslan rəmzlərini ancaq farslara baglayanlar ulu Oguz və Dədə Qorqudun adlana yazılmış əski abldələri oxuyublarmı? Bozoxların Gunəşin (Gun xanın) ovladları olması haqqındakı təsəvvurdən xəbərləri varmı? Bəlkə «Atam adın sorsan – Qaba Agac, anam adın sorsan – Kagan Aslan» – deyan Basat da farsdır? Qarşımda arxetipik simvollara aid ondan çox ensiklopediya var. Onların heç birində Aslan və Gunəş farslarla, уа da konkret şəkildə hər hansı bir xalqla əlaqələndirilmir. Əksinə yazılır ki, «Aslan – hokmdarlıq qudrıtini, işıqlı odu və gunəşi bildirir. Bu ad уау mövsümündə ulduz burcunu (23 iyuldan 23 avqusta qədər) özundə daşıyır.

Aslan rəmzi

Aslan rəmzi

ASLAN – türklərin mifik dünyagörüşündə ilahi hakimiyyət, güc, himayədarlıq və xilaskarlıq rəmzidir… Davadəri öz xronikasında Oğuz xandan, onun soyaşlarından və yaratdığı qüdrətli dövlətdən bəhs açır. Onun yazdığına görə, Alp Arslan Balasaqun nəslindən olan Oğuz xan doğulandan sonra şir südü ilə bəsnənir. Təsadüfi deyil ki, Azərbaycan Atabəylər dövlətinin ən qüdrətli hökmdarlarının da adı Qızıl Arslan, Körpə Arslan idi.

“Koroğlu” eposunun ilk nəşrləri: Şopen və Xodzko – OLDUĞU KİMİ

«Koroğlu» Azərbaycan xalqının dünya mədəniyyəti xəzinəsinə bəxş etdiyi ən möhtəşəm ədəbi sənət nümunələrindən biridir. Eposun yurdumuzda yaranıb bir neçə istiqamətdə sərhədlərimizi aşaraq geniş yayılmasının əsas səbəbi odur ki, məzmununda milli məhdudiyyət və dini təəssübkeşlik yoxdur, daha doğrusu, üst qatda əsas qayəsi azadlıq və ictimai haqsızlığa qarşı barışmazlıq ideyaları aşılamaqdır. Ona görə də bir neçə əsr ərzində Azərbaycan «Koroğlu»su ilk olaraq Qafqazda – kumık, gürcü, abxaz və ermənilər, Şərqdə, əsasən Orta Asiyada – qazax, özbək, türkmən, qaraqalpaq və taciklər, Sibirdə tobol tatarları, Yaxın Şərqdə – fars, ərəb, kürd və osmanlı türkləri, Qərbə doğru istiqamətlənəndə – qaqauz, moldavan, macar, balkanlar, krım tatarları arasında özünü epik vüsətli qəhrəman tək təsdiqlətmişdir.

Back to top