Category: Müəllif

QARTAL VƏ QARĞA, yaxud ERMƏNİNİN TÜRKLƏ DAVASI

“Mən Xamenei həzrətlərinə müsəlmanlar, dindarlar adından təşəkkür edirəm. Deyə bilərəm ki, onun fətvası qələbənin carçısı idi. O qərar verdi ki, Qarabağ İslam torpağıdır və orada canını verənlər də şəhiddirlər. Bu bizim qələbəmizi sübut elədi, gətirib həmin qələbəyə çıxartdı…” Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın müşaviri Mücahit Küçükyılmaz Allahşükür Paşazadənin bu qalmaqallı sözlərinə belə reaksiya verib: “Görünür ki, Xamenei Ermənistana silah göndərərəkən, Azərbaycana da fətva göndərib.”

“ZİYALI İŞIĞINDA” RAMAZAN QAFARLI-70 BEYNƏLXALQ İCTİMAİ VƏ MƏDƏNİ ELMLƏR KONFRANSI KEÇİRİLİB

AMEA Folklor İnstitutu, Azərbaycan Dövlət Pedaqoji Universiteti və Türkiyənin İqtisadi İnkişaf və Sosial Araşdırmalar İnstitutunun (İKSAD) birgə təşkilatçılığı ilə 15 iyul 2021-ci il tarixində “Ziyalı işığında” Ramazan Qafarlı-70 Beynəlxalq İctimai və Mədəni Elmlər konfransı keçirilib. İlk olaraq Azərbaycan və Türkiyənin Dövlət himnləri səslənib, daha sonra Ramazan Qafarlı haqqında videoçarx nümayiş etdirilib.

QARABAĞ Beynəlxalq Konfransının Proqramı və Xülasələr kitabı

QARABAĞ
Beynəlxalq Sosial və humanitar Elmlər üzrə Müasir Tədqiqatlar Konfransının Proqramı və Xülasələr kitabı
17-19 iyun 2021 Qarabağ, Azərbaycan
REDAKTORU
Prof., Dr. Ramazan QAFARLI
KARABAGH
International Congress of Modern Studies in Social and Human Sciences June 17-19, 2021 Karabagh, Azerbaijan
Abstract Book
EDITOR
Prof. Dr. Ramazan GAFARLI

“DEDE KORKUT” KİTABININ MİTOLOJİ KAYNAKLARI VE YAPISAL OZELLİKLERİ

Bu incelemede Dede Korkut kitabının donem kaynakları, kokeni, mitolojik bağlantıları, sakral sayı sistemleri ve yapısal olaraq bilinmeyen kodlar konu edilmişdir. Yazar dastanda konu edilen boyun oniki degil, yirmidort olduğu noktasına deginerek, Drezden ve Vatikan nushalarında yazılmamıç boylara vurğu yapmakdadır. Burada bazi karışıklıklara açıqlama getirilmekdedir. Bamsı Beyrekin ölümü ve İç Oğuzun Dış Oğuzla savaşının sebebleri sunulmakdadır.

FOLKLORŞÜNASLIQ VƏ MİFOLOGİYA MƏSƏLƏLƏRİ (NƏZƏRİ MÜLAHİZƏLƏR, MAGİSTR HAZIRLIĞI ÜÇÜN PROQRAMLAR VƏ METODİK GÖSTƏRİŞLƏR)

Azərbaycan Respublikasının müstəqillik qazanmasından sonrakı on ildə xalqımızın mənəvi dəyərlərini öyrənməyə dövlətin göstərdiyi qayğı sayəsində böyük tədbirlər həyata keçirilmişdir. Ölkə prezidenti Heydər Əliyev cənablarının «Kitabi-Dədə Qorqud» eposunun 1300 illiyi ilə bağlı verdiyi tarixi Fərman və Prezident yanındakı müşavirələr göstərdi ki, qədim və zəngin folklora, yazı mədəniyyətinə malik Azərbaycan xalqının ədəbiyyatının dərin qatlardakı izlərinin aşkarlanması ümdə məsələlərdən biridir. Təsadüfi deyil ki, ali təhsilin magistr mərhələsinin tətbiqinə başlanandan «Folklorşünaslıq və mifologiya» ixtisası üzrə kadrların yüksək səviyyədə hazırlanması daim diqqət mərkəzində olmuşdur. «Folklorşünaslıq və mifologiya» ixtisası üzrə Təhsil Nazirliyinin təsdiqlədiyi təqvim-tematik planda döqquz fənnin tədrisi nəzərdə tutulur: 1.FOLKLORŞÜNASLIĞIN TARİXİNDƏN 2. DÜNYA XALQLARININ MİFLƏRİ 3. DÜNYA XALQLARININ NAĞILLARI 4. TÜRK XALQLARININ QƏHRƏMANLIQ EPOSU 5. AZƏRBAYCAN ŞİFAHİ XALQ YARADICILIĞININ ƏSASLARI 6. AZƏRBAYCAN FOLKLORUNUN JANR SİSTEMİ 7. ORTA ƏSRLƏR AŞIQ YARADICILIĞI 8. FOLKLOR POETİKASI (MƏTNŞÜNASLIQ) 9. FOLKLOR VƏ KLASSİK ƏDƏBİYYAT.

Yaşamaq – yanmaqdır…

Ömrünü başa vurduğu ərəfədə dünyanı tam dərk etməməyi insanın ən böyük bəlasıdırmı? Bəs qoca zamanın qarşısında diz qatlayıb yalvarması onun acizliyindənmi irəli gəlirdi?

Zaman, belə tələsmə
Zaman, mənə zaman ver.
Dünyanı anlamağa,
Zaman, mənə aman ver.
(B.Vahabzadənin “Zaman, belə tələsmə” seiri, 2001)

Yox, bu zaman-insan qarşılaşdırılmasında birincinin əbədiliyinin, ikincinin isə faniliyinin təsdiqidir. Tale Bəxtiyar Vahabzadənin istədiyi azacıq zamanı ona çox gördü. Şair “Çətin addım” atmaq – dünyasını dəyişmək məcburiyyəti qarşısında qaldı. Əbədiyyət yoluna çıxdı. Zəngin və dəyərli əsrləri ilə birlikdə “özümüzü kəsən qılıncı” da bizə verib yoxluğa qovuşdu.
Gorəsən, bu qılıncı əlinə alıb səhvlərini etiraf edən, günahlarını yumaq üçün öz silahını sinəsinə sancan, xalqı torpaq, Vətən itkisi bəlasından qurtaran tapılacaqmı?..

Back to top