Category: Elmi məqalələri

QARABAĞIN 28 İLLİK ERMƏNİ-RUS İŞĞALININ XALQ YARADICILIĞINDA İZLƏRİ VƏ TÜRKÜN ƏSKİ YURDA DÖNÜŞ MOTİVİNİN MİFOLOJİ-TARİXI-ƏDƏBİ QAYNAQLARI

Son yüz ildə Azərbaycanı dəfələrlə əzmaya çalışıblar, iki tərəfdən məngənənin ağzı tək araya alıb sıxıblar, mənliyini, dilini, tarixini əlindən alıblar. Axırıncı dəhşətli zərbələr – Bakı va Xocalı qırğını daha ölümcül olub… Azərbaycan türkünün yaddaşını dondurub özünü, kökünü unutdurublar. Onu unutqanlıq xəstəliyinə yoluxdurublar, manqurdlaşdırıblar. Allahdan əlac gəlib mənliyini təzədən tanımağa başlayanda isə mənfur qonşularımız Odlar ölkəsini qan dənizində boğmaqla sivil dünyadan ayırmağa can atıblar. Yurd yerləri zorla boşaldılıb. Türkün əzəli torpaqları əsir alınıb. Azərbayan parçalanaparçalana kiçilib. Hamımızın bir məlhəmi qalıb. Vatənin olan-qalanını göz bəbəyi tək qorumaq, dədə-baba ocaqlarının qədr-qiymətini bilmək… Bu istəklə döyüşə başklayıb 44 gün gecə-gündüz düşmənə qan uddurdu əsgərlərimiz. rnalını yaşatmaq. Anbaan şəhər və kəndlərimiz azad olundu. İşimizdəki balta sapları bizə «köçəri», «gəlmə» damğası vuranlara nökərçilik etsələr də, fakt və dəlillərin dili ilə danışıb qarğa-quzğunları susdurmalıyıq. Əcdadlarımızın qədim çağlara aid izlərini üzə çıxarıb dünyaya göstərməliyik. Bu xoş məramımızın bütün Türk dünyasında elliklə dəstaklənəcəyinə böyük ümidlər bəsləyirik.
Açar sözlər: Qarabağ, mif, əfsanə, bayatı, atalar sözü, nağıl, xalq mahnıları, erməni-rus işğalı, yurda dönüş motivi

“DEDE KORKUT” KİTABININ MİTOLOJİ KAYNAKLARI VE YAPISAL OZELLİKLERİ

Bu incelemede Dede Korkut kitabının donem kaynakları, kokeni, mitolojik bağlantıları, sakral sayı sistemleri ve yapısal olaraq bilinmeyen kodlar konu edilmişdir. Yazar dastanda konu edilen boyun oniki degil, yirmidort olduğu noktasına deginerek, Drezden ve Vatikan nushalarında yazılmamıç boylara vurğu yapmakdadır. Burada bazi karışıklıklara açıqlama getirilmekdedir. Bamsı Beyrekin ölümü ve İç Oğuzun Dış Oğuzla savaşının sebebleri sunulmakdadır.

Bəxtiyar Vahabzadənin son günləri və son şeirləri. Üçüncü yazı

Şairin ölümündən bir neçə gün qabaq dediyinə görə, son şeiri “Çətin addım”dır. 2008-ci ilin aprel ayında qələmə alınıb (Əslində sonrakı 10 ay ərzində də bir neçə kiçik şeir yazıb). Ömrü boyu vətən sevgisi ilə ürəyi döyünən B.Vahabzadə məhəbbət mövzusuna həsr etdiyi son misraları ilə yaradıcılığına nöqtə qoyub. Əslində onun üçün həyatının ən çətin addımı məhz yaradıcılığına nöqtə qoyması idi. Bu şeirdən sonra şair ötənləri saf-çürük etməklə məşğul olub. Bəli, haqqa əyilərək 84 illik yaşantısını – şirin nağılı bitirir. Sevgilisindən əfv diləyərək onu elə unutmasını istəyir ki, unudulduğunu onun gözlərindən oxuya və onun rahat olduğunu görə bilsin. Bu müdrik insana ahıl yaşında da üzüntülər çəkdirən sevgili kimdir? Bu sevgili onun Vətəni və xalqıdır. O, ancaq əbədiyyətə qovuşmaq üçün Vətənindən ayrılarkən haqqa əyilər, bir gilə istəyinin ürəyində qalmaması ilə barışardı.

Bəxtiyar Vahabzadənin son günləri və son şeirləri.  İkininci yazı

Yanvarın 27-də Türkiyə Cümhuriyyətinin Bakı Böyükelçisi Hulusi Kılıç və “Qafqaz Plus” jurnalının Türkiyə təmsilçisi Mehmet Hatiboğlu ilə birlikdə B.Vahabzadənin qonağı olduq. Orada şairin son şəkillərini çəkdim. Əhvali-ruhiyyəsi normal idi. Dostumuz İkramın oxuduğu şeirlərə kövrəlsə də, ürəyi həyat eşqi ilə döyünürdü, İstanbulu, Ankaranı bir də görmək, türk xalqı ilə görüşmək arzusundaydı. Hulusi Kılıç şairin külliyyatının tezliklə Türkiyədə də basılacağını vəd etdi.

Bəxtiyar Vahabzadənin son günləri və son şeirləri . Birinci yazı

Hər cür bəxtiyarlığa layiq olan ulu bir xalq Bəxtiyarını itirdi. Azərbaycanlıların, dünya türklərinin bəxtiyarlığını hamıdan çox o istəyirdi. Ömrünü şam kimi əridirdi, Nazim Hikmətin “Sən yanmasan, mən yanmasam, o yanmasa, Necə çıxar qaranlıqlar aydınlığa?” çağırışına qoşulub insanları el yolunda oda, alova atılmağa səsləyirdi. “Yaşamaq yanmaqdır, yanasan gərək” – deyirdi. Onun əsas missiyası sözün qüdrətini, gücünü insanlara çatdırmaq idi. Yorulmadan yazıb-yaradırdı. Türkün dilinə, tarixinə qəsd edənlərlə açıq döyüşməkdən çəkinmirdi.

Bəxtiyar Vahabzadəni dünyada necə tanıyırlar

Çingiz AYTMATOV (Qırqızıstan) – …Dünyada ad çıxaran çox şairlər var.
Qəzet və jurnalları vərəqlədikcə görürsən ki, əsl şair azdır. Tək-tənha qalanda, bir neçə
kəlmə ilə “Həyat nədir?” sualına cavab axtaranda yalnız sözü fikirdən, obrazdan, ruh və
nəfəsdən yoğrulmuş həqiqi şairlər sənin yaşamaq eşqinə, düşüncələrinə qol-qanad verir.
Müasirimiz Bəxtiyar Vahabzadə belə şairlərdəndir.
YARADIBDIR İNAM MƏNİ, MƏN İNAMIN ÖVLADIYAM… Sərlövhəyə
çıxarılmış bu Bəxtiyar Vahabzadə misraları barədə… Məncə, bu misralar şairin
yaradıcılığı üçün çox simvolik və xarakterikdir. Bəxtiyar Vahabzadə öz möhtəşəm
poeziya məbədini ucaltmışdır. O, qüdrətlidir. Əlləri mahir və qadir əllərdir. Qoyduğu
təməl möhkəm və gözəldir. Oxucu bu məbədi tez-tez ziyarət edir.

NƏSİMİNİN POEZİYASINDA MİFOLOJİ GÖRÜŞLƏR

Nasimi təkcə maddi varlıqları – kainatdakı bütün cismləri və dünyanı deyil, İnsanın daxilindəki mənəvi amilləri də puhi – əbədi aləm kimi məhz bəşər oğlunun timsalında mənalandırırdı:

Surətə baxü mənini surət içində tam kim,
Cism ilə çan mənəm, vəli cism ilə cana sığmazam.

Yani suratə bax və mənanı (iç görünüşü) tanı, çünki çism ilə – bütün aləm uilə can mənəm, o səbəbdən də cılız bədənə – cismə və cana sığmaram.

“DƏDƏ QORQUD” EPOSUNUN “TÜRKMƏN-LİSANİ” NÜSXƏSİNİN STRUKTUR-SEMANTİK ÖZƏLLİKLƏRİ

“Kitabi-Türkmən lisani” abidəsindəki “Salur Qazanın əjdahanı öldürməsi” oğuznaməsi ilə “Kitabi-Dədə Qorqud”dakı nəğmənin bir-biri ilə bağlılığı heç bir şübhə doğurmur. Ancaq bu, “Kitabi-Türkmən lisani” oğuznaməsini “Kitabi-Dədə Qor-qud”un nə üçüncü əlyazması və nüsxəsi, nə də “Salur Qazanın əjdahanı öldürməsi” oğuznaməsini “Kitabi-Dədə Qorqud”un 13-cü boyu hesab etməyə, zərrə qədər də olsun, əsas və imkan vermir. Əgər “üçüncü əlyzamaçılar” bu qədər həyəcanlanmayıb, soyuq başla düşünsə idilər, o halda epos poetikası haqqındakı bütün nəzəri bilikləri yadlarına düşər və bilərdilər ki, “Kitabi-Dədə Qorqud”un on birinci boyundakı bu “kontaminativ düyün” heç vaxt eyni mətn sisteminin (12-lik struktura malik sistemin) müstəqil elementi (13-cü boyu) ola bilməz.

Back to top