Makalede Bahtiyar Vahabzade’nin ana dili olan Azerbaycan Türkçesine olan düşkünlüğü,
ana dilinin bir halkın tarihî kimliğini muhafaza etmedeki rolü hakkında fikirleri ele alınmıştır.
1986’da Sovyetler Birliği Komünist Partisi’nin Azerbaycan’da eğitimi tamamen Rusçaya
çevirme teşebbüsü karşısında, Bahtiyar Vahabzade’nin neredeyse tek başına, bütün tehlikeleri
göze alarak gösterdiği tepki ve bu teşebbüsü engellemesi açıklanmıştır.
Category: Bəxtiyar Vahabzadə
Her cür [çeşit] beḫtiyarlığa layiġ olan ulu bir ḫalġ Beḫtiyarını itirdi.
Azerbaycanlıların, dünya türklerinin beḫtiyarlığını hamıdan [herkesten] çoḫ o isteyirdi.
Ömrünü şam [mum] kimi eridirdi, Nazim Hikmetin “Sen yanmasan, men yanmasam,
o yanmasa, Néce çıḫar ġaranlıġlar aydınlığa?” çağırışına ġoşulub insanları él [millet,
vatan] yolunda oda, alova atılmağa sesleyirdi. “Yaşamaġ yanmaġdır, yanasan gerek”
– déyirdi.
Seir nedir, yaxud nece yaranır? Bu suala cavab vermek mümkündürmü? Eger şerin, bedii sözün ne olduğunu bilsek, hemin sualın da açarı tapılar. Ele ise şeir nedir? Cavab birmenalı ve konkret şekilde teleb edilirse, şeir bedii söz senetinin qelibe, vezne, müeyyen ölçüye salınmış biçimli formasıdır. Lakin bu izah meseleye tam aydınlıq getirmir. Axı her şeyin özünemexsus tutumu, hecmi, çaları, biçimi olur. Oxşar varlıqların da, eyni növlü ve cinsli yaranışların da seçilen, ayrılan meqamları, cehetleri var. O sebebden de, tekce zahiri elametlere göre bedii yaradıcılıq hadisesinin mahiyyetini üze çıxarıb anlamaq çetindir. Çünki her bir yaradıcılıq prosesi mayasını menevi alemden, duy!u ve düşüncelerden alır, beynin yo!urduqlarının enerjisi insanın daxilinden, içerisinden gelir.
Azərbaycan xalqı aprelin 28-də görkəmli alim, həssaslıq və zəriflik mücəssəməsi Zərifə xanım Əliyevanın 85 illik yubileyini böyük ehtiramla yad etdi. Yüksək səviyyədə keçirilən yubiley və anım tədbirləri, ürək sözləri və dəyərləndirmələr bu münasibətin kökündə dayanan məntiqi baxışların yeni əyani təcəssümünə çevrildi. O yalnız mahir loğman, qayğıkeş ana və ləyaqətli insan deyildi. Heç də hamar, asan keçməyən ömür yolu ilə Azərbaycan qadınının tarixən formalaşmış ali keyfiyyətlərinin daşıyıcısı idi.
Zərifə xanım haqqında jurnalistlərimiz, şair və yazıçılarımız onlarca müxtəlif səpkili yazılar qələmə alıblar. Bu da hər birinin ürək səsindən, duyğularından irəli gələn istək və nümunələrdir. O, bütün fəsilləri sevirdi. Xüsusilə baharı. Elə doğumu da, həyatla vidalaşması da bu fəslin qismətinə düşdü. 1985-ci il aprelin 15-də dünyasını dəyişdi. Bu elə bir vaxt idi ki, Moskvada SSRİ miqyasında məsul vəzifələrdən birini tutan Heydər Əliyev ona və Azərbaycana qarşı çevrilən güclü qaraguruha qarşı da mübarizə aparırdı. Həmin hüznlü vaxtlarda dost, ağsaqqal təsəllisinə ehtiyac duyduğu anlarda sevimli şairimiz Bəxtiyar Vahabzadə də sarsılmış halda yanında dayanmışdı. Tezliklə duyğuları “Mərsiyə – Rekviyem” adlı əsərdə göz yaşları ilə süzülüb gələn misralara çevrildi. Bu şeir yalnız bir dəfə Heydər Əliyevin sağlığında Zərifə xanıma həsr olunmuş albomda işıq üzü görüb. Biz də bu nümunə ilə tanış idik. Düşündük ki, Vallah, kütləvi oxucudan uzaqda saxlamaq heç də insafdan deyil. Bəxtiyar müəllimdən xahiş etdik və razılığını aldıq. Zənnimizcə, bu, dərgimizin də, “Qafqaz”sevərlərin də könül dünyasından gələn duyğuların təcəssümü olardı.
Ömrünü başa vurduğu ərəfədə dünyanı tam dərk etməməyi insanın ən böyük bəlasıdırmı? Bəs qoca zamanın qarşısında diz qatlayıb yalvarması onun acizliyindənmi irəli gəlirdi?
Zaman, belə tələsmə
Zaman, mənə zaman ver.
Dünyanı anlamağa,
Zaman, mənə aman ver.
(B.Vahabzadənin “Zaman, belə tələsmə” seiri, 2001)
Yox, bu zaman-insan qarşılaşdırılmasında birincinin əbədiliyinin, ikincinin isə faniliyinin təsdiqidir. Tale Bəxtiyar Vahabzadənin istədiyi azacıq zamanı ona çox gördü. Şair “Çətin addım” atmaq – dünyasını dəyişmək məcburiyyəti qarşısında qaldı. Əbədiyyət yoluna çıxdı. Zəngin və dəyərli əsrləri ilə birlikdə “özümüzü kəsən qılıncı” da bizə verib yoxluğa qovuşdu.
Gorəsən, bu qılıncı əlinə alıb səhvlərini etiraf edən, günahlarını yumaq üçün öz silahını sinəsinə sancan, xalqı torpaq, Vətən itkisi bəlasından qurtaran tapılacaqmı?..
Əlimə bir kitab düşmüşdü. «Mif və nağıl» (müəllifi Ramazan Qafarlıdır). İşimin çoxluğuna baxmayaraq götürüb vərəqlədim. Girişi oxuyandan sonra yerə qoya bilmədim. Həcmcə böyüklüyü gözümə dursa da, başa çatdırdım. İlk növbədə, imzasını mətbuatda kəskin yazıları ilə tanıtmış müəllifin vətəndaşlıq mövqeyi, milliliyi, dərin və hərtərəfli biliyi, elmiliyi diqqətimi özünə çəkdi. Ancaq vətənini, xalqını, insanlığı böyük məhəbbətlə sevən bir şəxs bu cür yazmağa qadir olardı.
“Əyilməz bir sənətkar” adlı ön sözdə Ramazan Qafarlı yazır: “Hər bir qüdrətli söz sənətkrının özünəməxsus deyim tərzi, ifa ustalığı olur. B.Vahabzadənin də öz əsərlərini səsləndirməsi tamamilə fərqli idi. Təbiətən üsyankar, narahat, coşqulu, yanğılı, haqsızlıqlarla barışmazlığı səsinin tonunda üzə çıxıb təlatüm yaradırdı”. 12-ci cilddə şairin çıxışları, məktubları, rəyləri, müsahibələri ilə yanaşı böyük sənətkar barədə həmkarlarının, dövrün tanınmış şəxsiyyətlərinin söylədilləri maraqlı fikirlərə də yer ayrılmışdır.
Şairin ölümündən bir neçə gün qabaq dediyinə görə, son şeiri “Çətin addım”dır. 2008-ci ilin aprel ayında qələmə alınıb (Əslində sonrakı 10 ay ərzində də bir neçə kiçik şeir yazıb). Ömrü boyu vətən sevgisi ilə ürəyi döyünən B.Vahabzadə məhəbbət mövzusuna həsr etdiyi son misraları ilə yaradıcılığına nöqtə qoyub. Əslində onun üçün həyatının ən çətin addımı məhz yaradıcılığına nöqtə qoyması idi. Bu şeirdən sonra şair ötənləri saf-çürük etməklə məşğul olub. Bəli, haqqa əyilərək 84 illik yaşantısını – şirin nağılı bitirir. Sevgilisindən əfv diləyərək onu elə unutmasını istəyir ki, unudulduğunu onun gözlərindən oxuya və onun rahat olduğunu görə bilsin. Bu müdrik insana ahıl yaşında da üzüntülər çəkdirən sevgili kimdir? Bu sevgili onun Vətəni və xalqıdır. O, ancaq əbədiyyətə qovuşmaq üçün Vətənindən ayrılarkən haqqa əyilər, bir gilə istəyinin ürəyində qalmaması ilə barışardı.
Yanvarın 27-də Türkiyə Cümhuriyyətinin Bakı Böyükelçisi Hulusi Kılıç və “Qafqaz Plus” jurnalının Türkiyə təmsilçisi Mehmet Hatiboğlu ilə birlikdə B.Vahabzadənin qonağı olduq. Orada şairin son şəkillərini çəkdim. Əhvali-ruhiyyəsi normal idi. Dostumuz İkramın oxuduğu şeirlərə kövrəlsə də, ürəyi həyat eşqi ilə döyünürdü, İstanbulu, Ankaranı bir də görmək, türk xalqı ilə görüşmək arzusundaydı. Hulusi Kılıç şairin külliyyatının tezliklə Türkiyədə də basılacağını vəd etdi.