Monoqrafiyada Azərbaycan türk mifologiyasının genezisi, ümumi-nəzəri məsələləri apaşdırılır və Azərbaycan miflərinin bərpası yolları aşkarlanır. Mifologiyanın tədqiqi və nəzəri əsasları, Azərbaycan miflərini bərpaetmək üçün əsas mənbələr, mif və Azərbaycan xalqının tarix, mifoloji dərketmənin ilkin mərhələləri, mif və sakrallıq, mifologiyada kəmiyyət kateqoriyası, ənənəvi təqvim (yazqabağı) ritualları və mif (keçi mifinin rituallaması,Günəş ata, Xızır), İlaxır çərşənbələr (su çərşənbəsi, yaxud əzəl çərşənbə, od çərşənbəsi, torpaq çərşənbəsi, yel çərşənbəsi) kimi məsələlər ilk dəfə sistemli şəkildə təhlil olunur.
Category: Mifin struktur səviyyələri
Monoqrafiyada mifologiyanın tədqiqat tarixi, nəzəri-kateqorial aspektləri, araşdırılması yolları, mifogenezis, mifoloji görüşlərdə arxetipik simvollar, struktur poetikada mifoloji amillər, struktur təhlil sistemlərinin əsas kateqoriyaları, mifik düşüncənin genetik strukturu və s. kimi məsələlər ilk dəfə sistemli şəkildə təhlil edilir.
Azərbaycanlıların təsəvvürünə görə, yaşadıqları ərazidəki dağ silsiləsinə ulu əcdad Oğuzun şərəfinə Quz («Dədə Qorqud» eposunda Qazlıq dağı kimi xatırlanır) adı verilmişdir. Oğuzlarının tarixini daha qədim dövrlərə aparıb çıxaran faktlar aşkarlanmaqda davam edir. III Muradın hakimiyyəti dövründə (1574-1595) türk tarixçisi Osman…
Türkün tapınıb kultlaşdırdığı ilkin təbiət varlıqlarından biri də dağdır. Göy Tanrısına yaxınlığına görə ulu əcdadın təsəvvüründə Dağ kultlaşdırılmış, insanları Yaradana bağlayan əsas vasitə sayılmışdır. Qədim türk inancına görə, Dünya Dağı üç qatdan ibarətdir: birinci qat, başı günəşə çatan, doqquz iqlimin…
Tanrıların, mədəni qəhrəmanların, nəslin ilk nümayəndəsinin, ilahiləşdirilmiş bütün varlıqların icmadakı müqəddəslik mövqeyinə ehtiram göstərilməsi, çətin anlarda onlardan kömək istənilməsi və xatirələrinin əbədiləşdirilməsinə yönələn kollektiv və fərdi davranış növüdür, kultun daşıyıcısının fövqəltəbiiliyinə olan inama əsaslanır. Kult – bir sıra xüsusiyyətləri ilə…
Fetişizm[1] – maddi əşyalara itaətə əsaslanan dünyagörüşüdür. Belə ki, magiya mərhələsindən sonra fövqəltəbiiliyin xüsusi predmetlər vasitəsi ilə həyata tətbiqinə inam yaranır. Dua və əfsunlarla təbiətə təsir etməyin mümkünlüyünə razılaşan ulu əcdad işini daha sistemli qurmaq məqsədilə xüsusi sehirli vasitələr düşünməyə…
Magiya[1] – ilkin görüşlərin elə formasıdır ki, insanlar fövqəltəbii qüvvələrin gücü ilə dünyaya (təbiət hadisələrinə, ruhlara, adamların əhval-ruhiyyəsinə, sağlamlığına) təsir etməyin yolunun tapılmasına inanırlar. Azərbaycanda əfsun, cadu, sehir, tilsim, fal və duaların toplusu şəklində anılır. Magiya hərəkətlə bağlıdır, xüsusi ayinlər…
Antropomorfizm[1] elə bir dünyagörüşüdür ki, insana xas xüsusiyyətlərin əşyalara, təbiət hadisələri və qüvvələrinə, cansız varlıqlara, göy cisimlərinə, heyvan və quşlara aidliyinə inamdan doğmuşdur. Mədəniyyətin inkişafının müəyyən pilləsində dildə alleqorik ifadə vasitəsinə çevrilmiş və bədii yaradıcılıqda geniş istifadə edilərək insanlığın əlamətlərinin…
Animatizm[1] – elə bir inama əsaslanır ki, insanın, xüsusilə ölünün ruhunun əbədilik mövcudluğu ön plana çəkilir və zənn edilir ki, cismən bədən fəaliyyətini dayandırsa da, ruh real dünyada yaşamaqda davam edir, təkcə məhsuldarlığını itirmiş olur. Totemistik və animistik görüşləri öz…
Animizm – ilkin dini təsəvvürlərin əsasında duran elə bir inkişaf mərhələsidir ki, bütün varlıqlarda ruhun mövcudluğuna inanışa əsaslanır. Animizmin ilk elmi təhlilini verən E.Taylor təlim kimi götürəndə onun nəzəri əsasında iki ehkamın durduğunu vurğulayırdı: birincidə ruh varlığın məhvindən, daha doğrusu,…