Ömrünü başa vurduğu ərəfədə dünyanı tam dərk etməməyi insanın ən böyük bəlasıdırmı? Bəs qoca zamanın qarşısında diz qatlayıb yalvarması onun acizliyindənmi irəli gəlirdi?
Zaman, belə tələsmə
Zaman, mənə zaman ver.
Dünyanı anlamağa,
Zaman, mənə aman ver.
(B.Vahabzadənin “Zaman, belə tələsmə” seiri, 2001)
Yox, bu zaman-insan qarşılaşdırılmasında birincinin əbədiliyinin, ikincinin isə faniliyinin təsdiqidir. Tale Bəxtiyar Vahabzadənin istədiyi azacıq zamanı ona çox gördü. Şair “Çətin addım” atmaq – dünyasını dəyişmək məcburiyyəti qarşısında qaldı. Əbədiyyət yoluna çıxdı. Zəngin və dəyərli əsrləri ilə birlikdə “özümüzü kəsən qılıncı” da bizə verib yoxluğa qovuşdu.
Gorəsən, bu qılıncı əlinə alıb səhvlərini etiraf edən, günahlarını yumaq üçün öz silahını sinəsinə sancan, xalqı torpaq, Vətən itkisi bəlasından qurtaran tapılacaqmı?..