Category: Toplular

BƏXTİYAR VAHABZADƏ. ƏSƏRLƏRİ. 12 CİLDDƏ /TƏRT., ÖN SÖZ MÜƏL. VƏ RED. RAMAZAN QAFARLI/ 12-ci cild (Publisistika)

“Əyilməz bir sənətkar” adlı ön sözdə Ramazan Qafarlı yazır: “Hər bir qüdrətli söz sənətkrının özünəməxsus deyim tərzi, ifa ustalığı olur. B.Vahabzadənin də öz əsərlərini səsləndirməsi tamamilə fərqli idi. Təbiətən üsyankar, narahat, coşqulu, yanğılı, haqsızlıqlarla barışmazlığı səsinin tonunda üzə çıxıb təlatüm yaradırdı”. 12-ci cilddə şairin çıxışları, məktubları, rəyləri, müsahibələri ilə yanaşı böyük sənətkar barədə həmkarlarının, dövrün tanınmış şəxsiyyətlərinin söylədilləri maraqlı fikirlərə də yer ayrılmışdır.

“Koroğlu” eposunun ilk nəşrləri: Şopen və Xodzko – OLDUĞU KİMİ

«Koroğlu» Azərbaycan xalqının dünya mədəniyyəti xəzinəsinə bəxş etdiyi ən möhtəşəm ədəbi sənət nümunələrindən biridir. Eposun yurdumuzda yaranıb bir neçə istiqamətdə sərhədlərimizi aşaraq geniş yayılmasının əsas səbəbi odur ki, məzmununda milli məhdudiyyət və dini təəssübkeşlik yoxdur, daha doğrusu, üst qatda əsas qayəsi azadlıq və ictimai haqsızlığa qarşı barışmazlıq ideyaları aşılamaqdır. Ona görə də bir neçə əsr ərzində Azərbaycan «Koroğlu»su ilk olaraq Qafqazda – kumık, gürcü, abxaz və ermənilər, Şərqdə, əsasən Orta Asiyada – qazax, özbək, türkmən, qaraqalpaq və taciklər, Sibirdə tobol tatarları, Yaxın Şərqdə – fars, ərəb, kürd və osmanlı türkləri, Qərbə doğru istiqamətlənəndə – qaqauz, moldavan, macar, balkanlar, krım tatarları arasında özünü epik vüsətli qəhrəman tək təsdiqlətmişdir.

BƏXTİYAR VAHABZASƏ. ƏSƏRLƏRİ. 12 CİLDDƏ /TƏRT., ÖN SÖZ MÜƏL. VƏ RED. RAMAZAN QAFARLI/ 10-cü cild

Xalq şairi B.Vahabzadə həm də görkəmli ədəbiyyatşünas alim, filologiya elmləri doktoru, AMEA-nın akademikidir. O, 60 illik yaradıcılığı boyu bədii əsərlərlə yanaşı, müntəzəm olaraq, ədəbiyyatın nəzəri məsələlərinə, ədəbiyyat tarixinə, klassik ədəbiyyat və incəsənətimizin aktual problemlərinə, onların ayrı-ayrı görkəmli nümayəndələrinin yaradıcılığına dair elmi-tədqiqi və ədəbi-tənqidi məqalələr yazmışdır. cilddə onların bir qismi toplanmışdır. Məqalələr (xüsusilə sovet dövründə yazılanlar) üzərində müasir dövrlə bağlı, habelə üs-lub xarakterli müəyyən redaktə işi aparılmışdır. Ramazan Qafarlı cildin ön sözündə – “B.Vahabzadəni “Çətin addım” atmağa nə vadar etdi? Yaxud ustad şairin həyatının son günləri və son şeirləri” adlı essesində yazır ki, “Hər cür bəxtiyarlığa layiq olan ulu bir xalq Bəxtiyarını itirdi. Azərbaycanlıların, dünya türklərinin bəxtiyarlığını hamıdan çox o istəyirdi. Ömrünü şam kimi əridirdi, Nazim Hikmətin “Sən yanmasan, mən yanmasam, o yanmasa, Necə çıxar qaranlıqlar aydınlığa?” çağırı- şına qoşulub insanları el yolunda oda, alova atılmağa səsləyirdi. “Yaşa- maq yanmaqdır, yanasan gərək”.

BƏXTİYAR VAHABZASƏ. ƏSƏRLƏRİ. 12 CİLDDƏ /TƏRT., ÖN SÖZ MÜƏL. VƏ RED. RAMAZAN QAFARLI/ 11-ci cild (Publisistika)

Bəxtiyar Vahabzadə, həm də görkəmli publisistdir. Şairin poetik yaradıcılığının, dramaturgiyasının leytmotivini təşkil edən Vətən sevgisi, milli istiqlal, ana dili, mənəviyyat, haqq-ədalət və s. mühüm ictimai və bəşəri problemlər onun çoxşaxəli publisistikasında – məqalə, çıxış, məktub və müsahibələrində də eyni vətəndaşlıq mövqeyindən və bədii-emosional vüsətlə qaldırılır. Materialın həcmcə genişliyi nəzərə alınaraq, şairin publisistikasının iki cilddə verilməsi məqsədəuyğun sayılmışdır. Bu cildə, əsasən, mühüm ictimai-siyasi, sosial və mənəvi-əxlaqi problemlərə dair yazılar daxil edilmişdir.

Külliyatın tərtibçisi və elmi redaktoru Ramazan qafarlı cildə yazdığı “Bəxtiyar Vahabzadənin publisistikası” adlı ön sözündə yazır ki, “Bəxtiyar Vahabzadənin gələcək nəsillər üçün yadigar qoyduğu irs çoxcəhətlidir. Ədəbi ictimaiyyət vətənpərvər sənətkarı ilk-əvvəl lirik- fəlsəfi şeirlər və epik-lirik, üsyankar poemalar ustası kimi tanıyıb. Sonra o, məzmunlu dramlar – dövrünün ən məşhur səhnə əsərlərini yara- dıb, tamaşaçıların böyük rəğbətini qazanıb. Dahi yazarın nəsr əsərləri – hekayələri strukturu, dolğun xarakterləri, ideya-məzmunu, canlı epik lövhələri, dil və üslub xüsusiyyətləri ilə seçilib xüsusi poetik vüsətə malik olsa da, nədənsə, tədqiqatçıların diqqətindən kənarda qalıb. Ədəbi- nəzəri görüşləri isə Səməd Vurğunun yaradıcılıq yoluna həsr etdiyi iri həcmli monoqrafiyasında və Nizamidən, “Kitabi-Dədə Qorqud”dan başlayaraq gənc qələm sahiblərinədək iki min illik dövrdə yaşayıb-ya- radan onlarla fövqəladə istedadın sənət möcüzələrinə və xələflərinin uğurlu əsərlərinə yazdığı şərhlərdə öz təsdiqini tapır”.

BƏXTİYAR VAHABZADƏ. ƏSƏRLƏRİ. 12 CİLDDƏ /TƏRT., ÖN SÖZ MÜƏL. VƏ RED. RAMAZAN QAFARLI/ 10-cü cild (Məqalələr. Ədəbiyyat və sənət)

Xalq şairi B.Vahabzadə həm də görkəmli ədəbiyyatşünas alim, filologiya elmləri doktoru, AMEA-nın akademikidir. O, 60 illik yaradıcılığı boyu bədii əsərlərlə yanaşı, müntəzəm olaraq, ədəbiyyatın nəzəri məsələlərinə, ədəbiyyat tarixinə, klassik ədəbiyyat və incəsənətimizin aktual problemlərinə, onların ayrı-ayrı görkəmli nümayəndələrinin yaradıcılığına dair elmi-tədqiqi və ədəbi-tənqidi məqalələr yazmışdır. cilddə onların bir qismi toplanmışdır. Məqalələr (xüsusilə sovet dövründə yazılanlar) üzərində müasir dövrlə bağlı, habelə üs-lub xarakterli müəyyən redaktə işi aparılmışdır.

Ramazan Qafarlı cildin ön sözündə – “B.Vahabzadəni “Çətin addım” atmağa nə vadar etdi? Yaxud ustad şairin həyatının son günləri və son şeirləri” adlı essesində yazır ki, Hər cür bəxtiyarlığa layiq olan ulu bir xalq Bəxtiyarını itirdi. Azərbaycanlıların, dünya türklərinin bəxtiyarlığını hamıdan çox o istəyirdi. Ömrünü şam kimi əridirdi, Nazim Hikmətin “Sən yanmasan, mən yanmasam, o yanmasa, Necə çıxar qaranlıqlar aydınlığa?” çağırı- şına qoşulub insanları el yolunda oda, alova atılmağa səsləyirdi. “Yaşa- maq yanmaqdır, yanasan gərək”.

Back to top