Şifahi xalq ədəbiyyatının mühüm qollarından birini təşkil edən uşaq folkloru minlərlə dinləyicisini, oxucusunu uşaq aləminə səyahətə aparır, mahir bələdçi kimi onlara körpələrin istəklərini, arzularını, oyunlarını, əyləncələrini, məşğuliyyətlərini, psixologiyasını göstərir. Ən ümdəsi isə Azərbaycan türklərinin milli xüsusiyyətlərini, mənəvi dünyasını, adət-ənənələrini canlandıra bilir və keçmişinin qaranlıq səhifələrinə aydınlıq gətirir. Kitabda Azərbaycan türklərinin uşaq folkloru ilk dəfə sistemli şəkildə toplanaraq oxuculara təqdim olunur.
Category: Toplular
Nizami adına Ədəbiyyat İnstitutunun nəşr etdiyi “Azərbaycan folkloru antologiyası” silsiləsindən bu dəfəki cilddə Azərbaycanın dilbər guşəsi, dünyanın gülüş və yumor diyarı Şəkinin zəngin, təkrarsız folklor inciləri toplanmışdır.
Kitabda əvvəllər orta məktəbdə müəllim işləmiş 84 yaşlı Lütvəli Vahabovun atasından, yaşadığı rayonun ağsaqqallarından, ağbirçəklərindən eşitdiyi bayatılar, atalar sözləri, lətifələr, rəvayətlər, nağıllar və s. folkor örnəkləri toplanmışdır. Azərbaycanda ilk dəfə bir söyləyicinin repertuarına kitab həsr olunmuşdur.