Year: 2021

BƏXTİYAR VAHABZADƏ ƏBƏDİYYƏT YOLUNDA, YAXUD ŞAİRSİZ ÖTƏN BİR İLİMİZ

Kitabda Türk dünyasının dahi şairi, akademik, ictimai xadim, el ağsaqqalı Bəxtiyar Vahabzadənin ölümündən (13 fevral 2009-cu il) sonra Azərbaycan və dünyanın digər ölkələrinin mətbuatında işıq üzü görən müxtəlif səpgili yazılar toplanmışdır. Şairsiz qaldığımız bir il ərzində onun ölməz əsərlərini, ədəbi-ictimai fəaliyyətini qələm dostları ilə yanaşı elm və siyasət adamları da yüksək qiymətləndirmişdilər. Kitabda B.Vahabzadəyə həsr olunan vida şeirlərinə də yer ayrılır. Eləcə də oxucular qüdrətli söz ustasının son müsahibə və şeirləri ilə tanış ola bilərlər.

BƏXTİYAR VAHABZADƏ. ƏSƏRLƏRİ. 12 CİLDDƏ /TƏRT., ÖN SÖZ MÜƏL. VƏ RED. RAMAZAN QAFARLI/ 2-ci cild (1960-1969)

Cildin ön sözündə – Ramazan QAFARLININ “UCALIQ POEZİYASI” məqaləsində deyilir ki, “Bəxtiyar Vahabzadənin poeziyası elə nəhəg çıraqdır ki, nurunu mənəvi aləmin ən dərin guşəsinə çatdırmağa qadirdir, dinləyicilərinə haqqın yolunu göstərir, ruhları saflaşdırır. Bu poeziyanın sadəliyinin içərisində dərin fəlsəfi fikirlər gizlənir. Şeirlərinin poetik strukturuna nəzər salanda görürük ki, o, xalqın universallaşıb ümumbəşəri anlam kimi işlənən rəmzlərinə daha çox üz tutur”. Bəxtiyar Vahabzadənin külliyatının ikiinci cildinə 1960-1969-cu illərdə çap olunan “Əlvan çiçəklər”, “İnsan və zaman”, “Həsrət nəğmələri”, “Qəzəl, qoşma, gəraylı” rubrikasına aid şeirləri daxil edilmişdir. Ramazan Qafarlının “Ucalıq poeziyası” ön sözündə dediyi kimi, şairin “poeziyası elə nəhəg çıraqdır ki, nurunu mənəvi aləmin ən dərin guşəsinə çatdırmağa qadirdir, dinləyicilərinə haqqın yolunu göstərir, ruhları saflaşdırır. Bu poeziyanın sadəliyinin içərisində dərin fəlsəfifikirlər gizlənir. Şeirlərinin poetik strukturuna nəzər salanda görürük ki, o,xalqın universallaşıb ümumbəşəri anlam kimi işlənən rəmzlərinə daha çox üz tutur”.

BƏXTİYAR VAHABZADƏ. ƏSƏRLƏRİ. 12 CİLDDƏ /TƏRT., ÖN SÖZ MÜƏL. VƏ RED. RAMAZAN QAFARLI/ 1-ci cild (1949-1959)

Kitabın ön sözündə – Ramazan QAFARLININ “ŞEİRİN FƏLSƏFƏSİ, yaxud BƏXTİYAR VAHABZADƏNİN PƏNCƏRƏSİNDƏN GÖRÜNƏN DÜNYA” məqaləsində yazılır ki, “Bəxtiyar Vahabzadə poeziyası həyat dərsliyimizdir. Onun içərisində zaman, eşq, vətəndaşlıq, mübarizlik, üsyankarlıq, mərdlik, ərənlik, qeyrət, ar, namus, düzlük, saflıq və daha nələrə çağırış var. Bu poeziyada inamsızlıq, tərəddüd, məğlubluq, üzüdönüklük yoxdur. İnsan oxuduqca düşünür, düşündükcə mətinləşir, dözümlülük, əyilməzlik tapır, Bəxtiyar Vahabzadənin “ mən”ini – qəhrəmanlarını tanıdıqca özünü dərk edir, ümidsizlikdən yaxa qurtarır, vuruşmaq, qələbə çalmaq istəyir”. Şairin külliyatının birinci cildinə 1949-1959-cu illərdə çap olunan “Mənim dostlarım”, “Bahar”, “Dostluq nəğməsi”, “Əbədi heykəl”, “Çinar”, “Ceyran”, “Aylı gecələr”, “Seçilmiş əsərləri”, “Səyahət dəftərindən” kitablarındakı şeirləri, “Əbədi heykəl”, “Sadə adamlar”, “İztirabın sonu”, “Şəbi-hicran” və “Gülüstan” poemaları daxil edilmişdir.

AZƏRBAYCAN TÜRKLƏRİNİN MİFOLOGİYASI (MİFİK DÜNYA MODELİ, TƏSNİFAT)

Monoqrafiyada Azərbaycan türk mifləri təsnif edilir. İbtidai görüşlər sistemi və mif, totemizm və totem mifləri (Qaba Ağac, Buynuzlu ana maral, Boz qurd, Ağ quş), şamanizm və qam-şaman mifləri (tanrı panteonu), Çadır (otaq, yurd) mifik Dünya modeli, qam-şaman səyahətləri, ruhun əvəzlənməsi, yaxud can əvəzinə can vermə, dual təsəvvürlərin tarixi kökləri və əkizlər mifi, atəşpərəstlik tanrı panteonu (İşıqlı dünyanın tanrıları, Qaranlıq aləmin təmsilçiləri) mifoloji model və strukturlar, dev, əşdaha və pəri, Tanrı-insan qarşıdurması kimi məsələlər ilk dəfə sistemli şəkildə təhlil olunur.

AZƏRBAYCAN TÜRKLƏRİNİN MİFOLOGİYASI (BƏRPA, GENEZİS)

Monoqrafiyada Azərbaycan türk mifologiyasının genezisi, ümumi-nəzəri məsələləri apaşdırılır və Azərbaycan miflərinin bərpası yolları aşkarlanır. Mifologiyanın tədqiqi və nəzəri əsasları, Azərbaycan miflərini bərpaetmək üçün əsas mənbələr, mif və Azərbaycan xalqının tarix, mifoloji dərketmənin ilkin mərhələləri, mif və sakrallıq, mifologiyada kəmiyyət kateqoriyası, ənənəvi təqvim (yazqabağı) ritualları və mif (keçi mifinin rituallaması,Günəş ata, Xızır), İlaxır çərşənbələr (su çərşənbəsi, yaxud əzəl çərşənbə, od çərşənbəsi, torpaq çərşənbəsi, yel çərşənbəsi) kimi məsələlər ilk dəfə sistemli şəkildə təhlil olunur.

Uşaq folklorunun janr sistemi və poetikası

Monoqrafiyada Azərbaycan uşaq folklorunun nəzəri əsasları, mənşəyi, yaranma yolları, toplanması, nəşri və araşdırılması tarixi, təsnifatı, lirik, epik, dramatik janrların poetikası, ideya-məzmunu, ana nəğmələri (layla, oxşama, dilaçma), uşaq nəğmələri (düzgü, sanama, dolama, acıtma), tapmaca, yanıltmac, nağıl, oyun və tamaşaların spesifik xüsusiyyətləri ilk dəfə sistemli şəkildə təhlil edilir.

Azərbaycan uşaq folkloru (mətn)

Şifahi xalq ədəbiyyatının mühüm qollarından birini təşkil edən uşaq folkloru minlərlə dinləyicisini, oxucusunu uşaq aləminə səyahətə aparır, mahir bələdçi kimi onlara körpələrin istəklərini, arzularını, oyunlarını, əyləncələrini, məşğuliyyətlərini, psixologiyasını göstərir. Ən ümdəsi isə Azərbaycan türklərinin milli xüsusiyyətlərini, mənəvi dünyasını, adət-ənənələrini canlandıra bilir və keçmişinin qaranlıq səhifələrinə aydınlıq gətirir. Kitabda Azərbaycan türklərinin uşaq folkloru ilk dəfə sistemli şəkildə toplanaraq oxuculara təqdim olunur.

Ramazan Qafarlının monoqrafiya və kitabları haqqında xalq şairi, akademik B.Vahabzadə, akademiklər – B.Nəbiyev, İ.Həbibbəyli, M.İmanov, AMEA-nın müxbir üzvləri – Y.Qarayev, A.Nəbiyev, V.Əliyev və başqaları respublika mətbuatında məqalələrlə çıxış etmişlər. Ramazan Qafarlı 1990-cı ildə Soçidə keçirilən Gənc tənqidçilərin Ümumittifaq müşavirəsinin, 2000-ci…

LÜTVƏLİ KİŞİDƏN FOLKLOR NÜMUNƏLƏRİ: ŞƏKİ FOLKLORU

Kitabda əvvəllər orta məktəbdə müəllim işləmiş 84 yaşlı Lütvəli Vahabovun atasından, yaşadığı rayonun ağsaqqallarından, ağbirçəklərindən eşitdiyi bayatılar, atalar sözləri, lətifələr, rəvayətlər, nağıllar və s. folkor örnəkləri toplanmışdır. Azərbaycanda ilk dəfə bir söyləyicinin repertuarına kitab həsr olunmuşdur.

Back to top