Year: 2021

Elm xadimlərimiz: Bəkir Nəbiyev

Akademik Bəkir Nəbiyevin bütün mənəvi keyfiyyətləri, səmimiliyi, qayğıkeşliyi, təmkini, qüruru və ziyalılığı bizim üçün məktəbdir. Onunla hər dəfə ünsiyyətdə olanda insan sözün hikmətinə və qüdrətinə bir daha heyran olur. Əminəm ki, elmimizin ağsaqqalı dilimizə, ədəbiyyatımıza, mədəniyyətimizə, nəhayət, milli düşüncəmizə hələ çox töhfələr verəcək! Xalqımız Bəkir müəlllimi yalnız böyük tədqiqatçı-alim kimi deyil, həm də mahir pedaqoq, publisist və gözəl təşkilatçı, ictimai xadim kimi tanıyır. Yaratdığı elmi məktəb daimi yaşayacaqdır. O, elm məbədgahımız Elmlər Akademiyasında uzun illər humanitar bölməyə rəhbərlik etmişdir. Direktoru olduğu Nizami adına Ədəbiyyat institutunda səmərəli fəaliyyətini bu gün də davam etdirir, sədrlik etdiyi ixtisaslaşdırılmış müdafiə şurasında isə elmə yalnız istedadlı və ləyaqətli gənclərin yol açmasına çalışır. O, uğurlu elmi yaradıcılıqla yanaşı yeni alimlər nəslinin yetişməsində əvəzsiz işlər görür.

İTİRİLMİŞ MƏDƏNİYYƏTLƏRİN SİRRİ, 8-ci yazı: daş qəbirlər

İTİRİLMİŞ MƏDƏNİYYƏTLƏRİN SİRRİ, 8-ci yazı: daş qəbirlər Marıqlıdır ki, uzaqgörənlərinin əsərlərində Qafqazda yaşayan prototürk tayfaları barədə də olduqca maraqlı məlumatlar qeydə alınmışdır. «Svill orakullarının kitabı»nın CXVII fəslində b. e. ə. 3600-cı ilə Yaxın Şərqdən Qara dəniz sahillərinə (Ayıdağ və Qaradağa)…

İTİRİLMİŞ MƏDƏNİYYƏTLƏRİN SİRRİ, 4-cü yazı: «Oğuzun arsızı türkmənin dəlisinə bənzər»

Göbəkkəsmə nişanlı olan bu gənclər ancaq bir-biri ilə yetkinlik yaşlarında görüşürlər. Qız nişanlısına özünü danıb dayənin rolunu üzərinə götürür və bildirir ki, «Gəl, imdi sənünlə ava çıqalım. Əgər sənin atun mənim atumı keçərsə, onun atını (yəni Banıçiçəyin) dəxi keçərsən. Həm sənünlə ox atalım. Məni keçərsən, anı dəxi keçərsən və həm səninlə güləşəlim. Məni basarsan, anı dəxi basarsan». Maraqlıdır, oğuz igidi Beyrək yaxşı anlayır ki, rəqibi qadındır, lakin fərqinə varmadan onunla at çapmağa, ox atmağa, güləşməyə razılıq verir. Hətta sonda basılacağından ehtiyatlanıb «el içində başına qaxınc, üzünə toxunc (rişxənd) etməsinlər» deyə qadınlıq əlamətlərindən faydalanmaqla qələbə çalır: qızın sinəbağını ələ keçirir, döşündən yapışıb arxası üzərinə yerə vurur. Beləliklə, «hiyləyə» əl atmaqla dayə nişanındakı nişanlısına üstün gələndən sonra Banıçiçək Bamsı Beyrəyi qəbul edir.

İTİRİLMİŞ MƏDƏNİYYƏTLƏRİN SİRRİ, 5-ci yazı: ƏRBATIRAN QADINLAR – AMAZONKALAR PROTOTÜRK CAVANLARINA NİYƏ BEL BAĞLADILAR

SAVROMATLAR. Q.A.Stratanovskaya tarixin atasına istinadən yazır ki, amazonkalar haqqında mif matriarxat (anaxaqanlıq) dövrünün izləri olaraq ilk dəfə qədim skif tayfaları arasında yayılmışdır. Uyğun təsəvvürlər sonralar kari, laki və lidilərdə də mövcud olmuşdur. Qadınların «kişilərsiz cəmiyyət» qurub müstəqil yaşamaları ideyası Qafqaz…

İTİRİLMİŞ MƏDƏNİYYƏTLƏRİN SİRRİ, 3-cü yazı: İldırım (Mars) qılıncı ilə səma daşından hazırlanan Misri qılınc paraleli

Herkayıl-Koroğlu mifinin mayasında duran motivlər çox qədim zamanlardan Qərb dünyasının diqqətini özünə cəlb etmişdir. Belə ki, Bizans tarixçisi Prisk Atillanın sehrli qılıncından bəhs açaraq bildirmişdi: «Təbiidir, Atilla elə zənn etməli idi ki, onu böyük uğurlu tale gözləyir. Mars qılıncı tapılanda…

Back to top