Category: Mifologiya

MİF, ƏFSANƏ, NAĞIL VƏ EPOS (EPİK ƏNƏNƏDƏ JARLARARASI ƏLAQƏ)

Monoqrafiyada Azərbaycan türklərinin mifologiyası, nağıl, əfsanə, rəvayət və eposları təhlil olunur. Mifritual sintezinin folklorun epik ən‘ənənəsinə tə‘siri, janrlararası əlaqənin prinsipləri göstərilir. Mif, nağıl və əfsanənin janrlaşmasında poetik vasitələrin rolundan bəhs açılır. Monoqrafiyada söykökümüzlə bağlı bir sıra mübahisəli məsələlərə aydınlıq gətirilir. İlk dəfə olaraq Azərbaycan türklərinin mifoloji modellərinin, sistemlərinin ilkin qaynaqlarına üz tutulur, kateqoriyaları araşdırma obyektinə çevrilir. Nağıl süjetqurma sənətinin bünövrəsini qoyan yaradıcılıq forması kimi təqdim edilir. Əfsanələrin əlamətləri, sərhədləri aydınlaşdırılır. Sakral rəqəmlərin mahiyyəti və işlənmə dairəsi nəzərdən keçirilir. Monoqrafiya tədqiqatçılar, aspirantlar, magistrlər və tələbələr üçün nəzərdə tutulmuşdur.

Mifologiya. Altı cilddə. İkinci cild

Monoqrafiyada Azərbaycan türklərinin sakral düşüncə atributları və ən əski bədii yaradıcılıq formaları – mif-ritual sintezinin dinlə, əfsanələrlə, nağıllarla qarşılıqlı əlaqələri, bağlılığı, eləcə də mifologiyanın bir sıra nəzəri məsələləri, spesifik xüsusiyyətləri, bəzi arxetiplərin mənşəyi, yaranma yolları, bir sözlə, ritual-mifoloji rekonstruksiya problemləri ilk dəfə sistemli şəkildə təhlilə cəlb edilir.

Mifologiya. Altı cilddə. Birinci cild.

Monoqrafiyada mifologiyanın tədqiqat tarixi, nəzəri-kateqorial aspektləri, araşdırılması yolları, mifogenezis, mifoloji görüşlərdə arxetipik simvollar, struktur poetikada mifoloji amillər, struktur təhlil sistemlərinin əsas kateqoriyaları, mifik düşüncənin genetik strukturu və s. kimi məsələlər ilk dəfə sistemli şəkildə təhlil edilir.

Azərbaycanlıların təsəvvürünə görə, yaşadıqları ərazidəki dağ silsiləsinə ulu əcdad Oğuzun şərəfinə Quz («Dədə Qorqud» eposunda Qazlıq dağı kimi xatırlanır) adı verilmişdir. Oğuzlarının tarixini daha qədim dövrlərə aparıb çıxaran faktlar aş­karlanmaqda davam edir. III Muradın hakimiyyəti dövründə (1574-1595) türk tarixçisi Osman…

Türkün tapınıb kultlaşdırdığı ilkin təbiət varlıqlarından biri də dağdır. Göy Tanrısına yaxınlığına görə ulu əcdadın təsəvvü­rün­­də Dağ kultlaşdırılmış, insanları Yaradana bağlayan əsas va­sitə sayılmışdır. Qədim türk inancına görə, Dünya Dağı üç qatdan ibarətdir: birinci qat, başı günəşə çatan, doqquz iqlimin…

Kultlar

Tanrıların, mədəni qəhrəmanların, nəslin ilk nüma­yən­də­si­nin, ilahiləşdirilmiş bütün varlıqların icmadakı müqəddəslik möv­qeyinə ehtiram göstərilməsi, çətin anlarda onlardan kömək is­tənilməsi və xatirələrinin əbədiləşdirilməsinə yönələn kollektiv və fərdi davranış növüdür, kultun daşıyıcısının fövqəltəbiiliyinə olan inama əsaslanır. Kult – bir sıra xüsusiyyətləri ilə…

Fetişizm[1] – maddi əşyalara itaətə əsaslanan dünyagö­rüşü­dür. Belə ki, magiya mərhələsindən sonra fövqəltəbiiliyin xüsusi pred­metlər vasitəsi ilə həyata tətbiqinə inam yaranır. Dua və əf­sun­larla təbiətə təsir etməyin mümkünlüyünə razılaşan ulu əcdad işi­ni daha sistemli qurmaq məqsədilə xüsusi sehirli vasitələr dü­şün­məyə…

Magiya[1] – ilkin görüşlərin elə formasıdır ki, insanlar föv­qəl­təbii qüvvələrin gücü ilə dünyaya (təbiət hadisələrinə, ruh­la­ra, adamların əhval-ruhiyyəsinə, sağlamlığına) təsir etməyin yo­lunun tapılmasına inanırlar. Azərbaycanda əfsun, cadu, sehir, til­sim, fal və duaların toplusu şəklində anılır. Magiya hərəkətlə bağ­lıdır, xüsusi ayinlər…

Antropomorfizm[1] elə bir dünyagörüşüdür ki, insana xas xü­susiyyətlərin əşyalara, təbiət hadisələri və qüvvələrinə, cansız var­lıqlara, göy cisimlərinə, heyvan və quşlara aidliyinə inamdan doğ­muşdur. Mədəniyyətin inkişafının müəyyən pilləsində dildə al­leqorik ifadə vasitəsinə çevrilmiş və bədii yaradıcılıqda geniş is­tifadə edilərək insanlığın əlamətlərinin…

Animatizm[1] – elə bir inama əsaslanır ki, insanın, xüsusilə ölü­nün ruhunun əbədilik mövcudluğu ön plana çəkilir və zənn edi­lir ki, cismən bədən fəaliyyətini dayandırsa da, ruh real dün­ya­da yaşamaqda davam edir, təkcə məhsuldarlığını itirmiş olur. To­temistik və animistik görüşləri öz…

Back to top