Category: Müəllif
Akademik Bəkir Nəbiyevin bütün mənəvi keyfiyyətləri, səmimiliyi, qayğıkeşliyi, təmkini, qüruru və ziyalılığı bizim üçün məktəbdir. Onunla hər dəfə ünsiyyətdə olanda insan sözün hikmətinə və qüdrətinə bir daha heyran olur. Əminəm ki, elmimizin ağsaqqalı dilimizə, ədəbiyyatımıza, mədəniyyətimizə, nəhayət, milli düşüncəmizə hələ çox töhfələr verəcək! Xalqımız Bəkir müəlllimi yalnız böyük tədqiqatçı-alim kimi deyil, həm də mahir pedaqoq, publisist və gözəl təşkilatçı, ictimai xadim kimi tanıyır. Yaratdığı elmi məktəb daimi yaşayacaqdır. O, elm məbədgahımız Elmlər Akademiyasında uzun illər humanitar bölməyə rəhbərlik etmişdir. Direktoru olduğu Nizami adına Ədəbiyyat institutunda səmərəli fəaliyyətini bu gün də davam etdirir, sədrlik etdiyi ixtisaslaşdırılmış müdafiə şurasında isə elmə yalnız istedadlı və ləyaqətli gənclərin yol açmasına çalışır. O, uğurlu elmi yaradıcılıqla yanaşı yeni alimlər nəslinin yetişməsində əvəzsiz işlər görür.
İsveçrənin New 7 Wonders qeyri-kommersiya təşkilatı dunyanın yeni yeddi möcüzəsini seçmişdir. Portuqaliyada ümumdünya şəbəkəsində ikinci səsvermənin nəticəsi elan edilmişdir. Dunyanın yeni möcüzələrini 200 tarixi yer arasından seçmişlər. 200 il əvvəl tərtib edilmiş ilkin siyahıdan yalnız Misir ehramları “dünyanın mötəbər möcüzəsi” statusunu qazanmışdır. “Dünya möcüzələrinin” seçilməsi internet vasitəsilə həyata keçirilmişdir. İstənilən adam öz səsini xoşuna gələn mıcüzəyə verə bilərdi. Səsvermədə 100 milyon nəfərdən çox adam iştirak etmişdi. Nəticədə: Böyük Çin səddi, Tac-Mahal (Aqra, Hindistan), Kolizey (Roma, İtaliya), Qayalarda çapilmiş Petra şəhəri (İordaniya), İsa Məsihanın heykəli (Rio-de-Janeru, Braziliya), Maçu-Pikçu (And dağlarındakı qədim İnk şəhəri, Peru), Çiçen-İsa (qədim mayya şəhəri, Meksika) qalib gəlmişdir. Uduzanlar arasında Kreml və Qızıl meydan memarlıq ansamblı (Moskva), Eyfel qülləsi (Paris), Stoynhenc (İngiltərə), Sidney Opera Teatrı (Avstraliya), Azadliq abidəsi (ABŞ) olmuşdur.