Xoş gəldiniz

Kainat, Ulduzlar, Yer, Goy, Dünyamız, Təbiət, Qəzalar, Gecə və Gündüz, İşıq və Zülmət,  İsti və Soyuq, Xeyir və Şər, Varlıqlar, Canlılar, İnsan necə yaranıb? Bəşər oğlunun şüuru oyanandan, dili açılandan bu suallra cavab axtarıb. Mifik düşüncədən metoforik, obrazlı, bədii, poetik ağıla doğru addımlar atdıqca bəşər ovladlarının təfəkkürü əvəzsiz sərvətlər yaradıb, əvvəl şifahi şəkildə, inkişafının sonpakı pillələrində isə yazı yaddaşına köçürməklə əsrlər boyu yaşatmışdır.

Yer kürəsinin ən qədim xalqlarından biri kimi Türk Kosmosu, Dünyanı və onun elementlərini, varlıqlarını, ilkin önəmli yaranışları özünəməxsus şəkildə dərk etmiş, bir çox sirlərin açarını arayıb tapmış və bədii sözün köməyi ilə kodlaşdıraraq gələcək nəsillərə ərməğan etmişdir. Sülalərə, tayfalara, qəbilələrə, xalqlara bölünməklə kökdən bir az uzaqlaşsa da, gen yaddaşında ulu babalarının təfəkkürünün möhtəşəm məhsullarını qoruyub saxlamış, ortaq epik-lirik abidələr, sənət nümunələri meydana gətirmişlər. Mifologiya.az veb-saytı mədəniyyət tariximizin ilkin səhifələrindən başlayaraq bu günümüzə qədər yaranan bu əvəzsiz sərvətlərlə sizləri tanış edəcək.

Əziz izləyicilərim! mifologiya.az veb-saytına xoş gəldiniz. Mədəniyyət tarixinə səyahətdə sizlərə bələdçilik etmək şərəfini qazansam, özümü xoşbəxt sayacağam. Bu yolçuluqda hamıya uğurlar diləyirəm.

Xəmsə” jurnalı, sayı 02

Yaradıcı Zamanı insanlara ən böyük ərmağan olaraq ona görə bağışlayıb ki, onlar ağıllanmağa, müdrikləşməyə və kamilləşməyə imkan tapsınlar. Lakin bəşər oğlu ayağını torpağa basıb ağlı kəsəndən zamanı boş yerə xərcləyir, göz bəbəyi kimi qorumur, sanki itirməkdən zövq alır, yalnız çatışmadığını duyanda təəssüflənməyəbaşlayır.

Xəmsə” jurnalı, sayı 01

Salam dostlar! Qapınızı döyüb evinizə qonaq gəlmişik. Bizi tanımasanız da, gülər üzümüzü görüb yaddaşınızın donunu açmağa çalışırsınız. Özünüzlə bizim aramızda yaxınlıq duyursunuz, amma harda rastlaşdığımızı xatırlaya bilmirsiniz. Əslində ailənizdə böyükdən-kiçiyə hər kəslə tay-tuşuq. Deyə bilərsiniz ki, yox, biz sizinlə heç vaxt görüşməmişik. Yenə öz sözümüzün üstündə qalırıq ki, hər birinizlə ayrı-ayrılıqda yaxın münasibətimiz var. Qəflətən qonaq gəlməyimizin səbəbi isə hamınızı maraq dünyasına səyahətə çıxarmaqdır.

Hünərli dünyada təxtü-tac alar,
Alçalmaz heç zaman, başı ucalar. (Nizami Gəncəvi)

Back to top