Xoş gəldiniz

Kainat, Ulduzlar, Yer, Goy, Dünyamız, Təbiət, Qəzalar, Gecə və Gündüz, İşıq və Zülmət,  İsti və Soyuq, Xeyir və Şər, Varlıqlar, Canlılar, İnsan necə yaranıb? Bəşər oğlunun şüuru oyanandan, dili açılandan bu suallra cavab axtarıb. Mifik düşüncədən metoforik, obrazlı, bədii, poetik ağıla doğru addımlar atdıqca bəşər ovladlarının təfəkkürü əvəzsiz sərvətlər yaradıb, əvvəl şifahi şəkildə, inkişafının sonpakı pillələrində isə yazı yaddaşına köçürməklə əsrlər boyu yaşatmışdır.

Yer kürəsinin ən qədim xalqlarından biri kimi Türk Kosmosu, Dünyanı və onun elementlərini, varlıqlarını, ilkin önəmli yaranışları özünəməxsus şəkildə dərk etmiş, bir çox sirlərin açarını arayıb tapmış və bədii sözün köməyi ilə kodlaşdıraraq gələcək nəsillərə ərməğan etmişdir. Sülalərə, tayfalara, qəbilələrə, xalqlara bölünməklə kökdən bir az uzaqlaşsa da, gen yaddaşında ulu babalarının təfəkkürünün möhtəşəm məhsullarını qoruyub saxlamış, ortaq epik-lirik abidələr, sənət nümunələri meydana gətirmişlər. Mifologiya.az veb-saytı mədəniyyət tariximizin ilkin səhifələrindən başlayaraq bu günümüzə qədər yaranan bu əvəzsiz sərvətlərlə sizləri tanış edəcək.

Əziz izləyicilərim! mifologiya.az veb-saytına xoş gəldiniz. Mədəniyyət tarixinə səyahətdə sizlərə bələdçilik etmək şərəfini qazansam, özümü xoşbəxt sayacağam. Bu yolçuluqda hamıya uğurlar diləyirəm.

BƏXTİYAR VAHABZASƏ. ƏSƏRLƏRİ. 12 CİLDDƏ /TƏRT., ÖN SÖZ MÜƏL. VƏ RED. RAMAZAN QAFARLI/ 10-cü cild

Xalq şairi B.Vahabzadə həm də görkəmli ədəbiyyatşünas alim, filologiya elmləri doktoru, AMEA-nın akademikidir. O, 60 illik yaradıcılığı boyu bədii əsərlərlə yanaşı, müntəzəm olaraq, ədəbiyyatın nəzəri məsələlərinə, ədəbiyyat tarixinə, klassik ədəbiyyat və incəsənətimizin aktual problemlərinə, onların ayrı-ayrı görkəmli nümayəndələrinin yaradıcılığına dair elmi-tədqiqi və ədəbi-tənqidi məqalələr yazmışdır. cilddə onların bir qismi toplanmışdır. Məqalələr (xüsusilə sovet dövründə yazılanlar) üzərində müasir dövrlə bağlı, habelə üs-lub xarakterli müəyyən redaktə işi aparılmışdır. Ramazan Qafarlı cildin ön sözündə – “B.Vahabzadəni “Çətin addım” atmağa nə vadar etdi? Yaxud ustad şairin həyatının son günləri və son şeirləri” adlı essesində yazır ki, “Hər cür bəxtiyarlığa layiq olan ulu bir xalq Bəxtiyarını itirdi. Azərbaycanlıların, dünya türklərinin bəxtiyarlığını hamıdan çox o istəyirdi. Ömrünü şam kimi əridirdi, Nazim Hikmətin “Sən yanmasan, mən yanmasam, o yanmasa, Necə çıxar qaranlıqlar aydınlığa?” çağırı- şına qoşulub insanları el yolunda oda, alova atılmağa səsləyirdi. “Yaşa- maq yanmaqdır, yanasan gərək”.

“Qafqaz” jurnalı, sayı 20

İnsan-zaman qarşıdurmasında hələ bəşər oğlunun qələbə çaldığını heç kim görməyib. Əbədi yaşamaq arzusna düşənlər çox olub. Ancaq 60-90 illik (müstəsna hallarda insan dünyada 100 ildən artıq qalıb) ömür payını sonsuzlaşdırmaq təşəbbüsləri puça çıxıb. Cismani həyatı ölümsüzləşdirmək təşəbbüsləri hələlik heç bir nəticə verməyib. Dünyaya gələn bir gün gedəcəyini bildikcə hərisləşib, cılızlaşıb, hər şeyi qamarlayıb özününküləşdirmək istəyib. Nə qədər var-dövlət, sərvət toplasalar da, bir gün gözlərini dünya işığına həmişəlik qapayanda qismətlərinə bir parça torpaq düşüb. Şüleymana qalmayan dünyanı Zaman heç kimə verməyib. İnsan o halda əbədi yaşayır ki, milyonların ruhunu oxşayan sənət nümunələri yaradır.

Back to top